15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sabiq nazir: “Sərdar Cəlaloğlu agentdir, kod adı…”
Tarix: 06-01-2021 19:50 | Bölmə: Siyasət

Son günlər məlum üçtərəfli razılaşmanın icrası, Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti, Türkiyə hərbçilərinin bölgəyə gəlişi kimi mövzular ətrafında siyasətçilər, politoloqlar, ictimai fəallar arasında müzakirələr və mübahisələr xeyli artıb. ADP sədri Sərdar Cəlaloğlu ilə keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov arasında da bu mövzularla bağlı mübahisə baş verib.
Reyting.az xəbər verir ki, T. Zülfüqarov telekanalların birindəki müzakirələr zamanı S. Cəlaloğlu ilə aralarında yaranan mübahisəni özünün “feysbuk” səhifəsində davam etdirib. Sabiq nazir paylaşdığı statusda partiya sədrini “agent” olmaqda ittiham edib, hətta onun kod adını, onu “əməkdaşlığa” cəlb edənin kimliyini bildiyini də yazıb: “Özüm baxmıram, amma dostlarım deyir ki, Sərdar Cəlaloğlu mənimlə bağlı isterikanı davam etdirir. O, bununla məşhurdur ki, “əməkdaşlığa” (hələlik onun kod adını və onu “verbovka” edən əməkdaşın adını söyləmirəm) başlayandan sonra informatorluqdan başqa, həm də ona nə deyirlərsə, həmin şeyi “səsgücləndirici” ilə söyləməklə məşğuldur. Lakin bu, yeni xəbər deyil, bunu hamı, ya da demək olar ki, hamı bilir. Beləliklə, bizim KİV-lər yazdığı kimi, “şok açıqlama” - onu “Space”-ə Prezident Aparatından xüsusi olaraq, XİN-nin bir keçmiş işçisi göndərib. Orada bir neçə əməkdaş var, mən onlardan birini – Məmmədyarovun sevimlisini nəzərdə tuturam.
Mən bu verilişdə iştirakdan bir neçə dəfə imtina etdim və dedim ki, mənə bu formatda müzakirələr maraqlı deyil. Sonra “Məmmədyarov dostları”nın nə düşündüyünü başa düşmək üçün razılaşdım…”
T. Zülfüqarovun ittihamlarına “AzPolitika.info”-ya açıqlamasında cavab verən S. Cəlaloğlu isə deyib ki, sabiq nazirin yazdıqları yalan və böhtandır: “Bu, böhtandan başqa bir şey deyil. Mən onun haqqında bəzi fikirlər demişəm. O da indi guya mənə cavab verir. Belə üstüörtülü danışmağa ehtiyac görmürəm. Məni kim, harada “verbovka” edibsə, desin. Mən elə adamlardan deyiləm ki, məni “verbovka” etsinlər.
Hakimiyyətə münasibətim müsbət olanda açıq demişəm ki, bu hallara görə münasibətim yaxşıdır, pis olanda da, demişəm ki, pisdir. Həbsxanalarda yatmışam. Ancaq işgəncələrə məruz qalmağıma baxmayaraq, heç bir dostum və ya başqa partiya haqqında yanlış fikir deməmişəm. Əslində, mənim həyat yolum göstərir ki, onun dedikləri böhtandan başqa bir şey deyil”.
S. Cəlaloğlu T. Zülfüqarovu açıq danışmağa və bildiyi faktları açıqlamağa çağırıb: “Bir daha bildirirəm ki, qoy Tofiq Zülfüqarov fikirlərini açıq desin. Mənə şər atmağa nə ehtiyac var? Lazım gəlsə, məhkəməyə müraciət edərəm. Bu nə deməkdir, guya məni kimsə “verbovka” edib?
Mən ona Rusiyanın maraqlarını müdafiə etdiyinə dair irad bildirmişəm. Çünki deyirdi ki, rusların bura gəlməsi düz oldu. Bu fikirləri yanlış və səhv saymışam. O da buna görə mənə qarşı belə formada hücum edir.
Biz “Space” kanalında verilişdə idik. Mən bəzi məqamlara etirazımı bildirdim. Bundan sonra guya mənim onu agent adlandırdığımı dedi, hərçənd mən ona agent deməmişdim, sonra da dedi ki, siz agentsiniz. Hətta arqument kimi mənim kiminsə müavini olduğumu nümunə gətirdi.
Mən onda başa düşdüm ki, Sülhəddin Əkbərlə məni qarışdırır. Çünki ikimizin də rəhbəri olduğumuz partiyaların adında “demokrat” sözü var. Sülhəddin bəy Elçibəy hakimiyyəti zamanı Milli Təhlükəsizlik nazirinin müavini işləyib. Belə anladım ki, mənimlə onu qarışdırır. Ancaq mən heç vaxt kiminsə müavini olmamışam. Üstəlik, dövlət vəzifəsində çalışmamışam. İlyas İsmayılov və Rəsul Quliyev ADP-də həmsədr olduğu zaman baş katib vəzifəsini tutmuşam. Həyatım boyu heç kimin müavini olmamışam. Görünən odur ki, mənim haqqımda çox dayaz məlumata malikdir. Onun məntiqi belədir ki, “sən müavin olmusan və buna görə agentsən””.
ADP sədri deyib ki, onun fəaliyyəti hər zaman şəffaf olub və heç kim onu hansısa böhtan vasitəsilə şantaj edə bilməz:
“Mənim tərcümeyi-halım təmiz, həyatım, yaşamım, işim şəffafdır. Məni hamı yaxşı tanıyır. Müxalifət də, iqtidar da. Bu cür şantajla məni dayandırmaq olmaz. Faktı varsa desin. Belə daş atmaq, ağıllarına gələni demək… Nə deyirlər, desinlər. Hansı ləqəblər istəyirlər, quraşdırsınlar. Mən Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olan bütün qüvvələrə qarşı mübarizəmi açıq və net şəkildə aparacağam”.
Partiya sədri xatırladıb ki, T. Zülfüqarov televiziyadakı çıxışı zamanı Dağlıq Qarabağda azərbaycanlılardan, ruslardan və ermənilərin qeyri-formal dəstələrindən ibarət hərbi qüvvələr yaratmağı təklif edib: “Mən də buna etiraz etdim. Nəyə görə, burada türk qoşunları olmamalıdır, əvəzində ermənilər və ruslarla birgə Azərbaycanın suveren ərazilərinə nəzarət həyata keçirilməlidir? Bundan sonra qəfildən dedi ki, guya mən ona agent demişəm.
Bir dəfə də açıqlamasında Rasim Musabəyovu müdafiə etmişdi. O zaman Musabəyov rus kanalına demişdi ki, türklərin Qarabağda nə işi var? Tofiq Zülfüqarov da qeyd etmişdi ki, Musabəyovu tənqid edənlərin başı xarabdır və s. Mən də bildirmişdim ki, Musabəyovu müdafiə etmək elə onun mövqeyində durmaq deməkdir. Sonradan Tofiq Zülfüqarov deyəndə ki, Dağlıq Qarabağda azərbaycanlılar, ruslar və ermənilərdən ibarət hərbi qüvvələr yaradılmalıdır, onda anladım ki, bunun mövqeyi Musabəyovun, Abutalıb Səmədovun və digərlərinin mövqeyi ilə eynidir.
Bir daha qeyd edirəm ki, bəzi şəxslər Rusiyanın fəaliyyətinə haqq qazandırır, Dağlıq Qarabağı bizdən qoparmaq siyasəti ilə bağlı xalqımızı çaşdırmaq istəyirlər. Mən də buna qarşı mübarizə aparıram. Konstitusiyaya görə, Azərbaycan dövlətinin maraqlarının, Vətənin müdafiəsi hər bir vətəndaşın hüququdur. Mən də Vətənimi müdafiə edirəm. Nə deyirlər, desinlər, amma dedikləri sözlər fakta söykənsin. Belə ittihamlar sadəcə, öz mövqeyini müdafiə edə bilməməkdən doğur. Adətən, insanlar gücsüz olan kimi söyüşə üstünlük verirlər. Bu da həmin şeydir. Mən ona agent deməmişəm, əslində o, özü-özünü agent adlandırıb. Mən, sadəcə onun fikirlərini yanlış saymışam”.(Yeni Sabah)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək