15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ombudsman Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Tarix: 22-02-2021 11:09 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatından Reyting.az-a bildirilib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalı soyqırımı törədilib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilib: "29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla öldürülüb. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin və əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin növbəti dəhşətli nümunəsidir. Ermənistan tərəfindən yürüdülən bu siyasətin digər təzahürü 1990-cı illərin əvvəllərində Qazax rayonunun Bağanis Ayrım kəndində, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Axullu, Nəbilər, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərində azərbaycanlı əhaliyə qarşı törədilmiş etnik təmizləmə olmuşdur. Bundan başqa, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonununAğdaban kəndlərinin işğalı zamanı da çoxsaylı mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla mülki şəxs girov götürülüb və itkin düşüb”.
Bəyanatda qeyd edilib ki, Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub: “Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə və məqsədli şəkildə kütləvi məhvi BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmışdır.
Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynayıb. Artıq Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri tərəfindən qəbul edilən müvafiq sənədlərdə Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı kimi qəbul edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb”.
Qeyd olunub ki, sülh prosesini tamamilə pozan və məsələnin danışıqlar yolu ilə həll olunma perspektivlərini tamamilə əngəlləyən, habelə yeni ərazilər işğal etmək istəyində olduğunu açıq şəkildə bəyan edən Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq, Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutub: “Nəticədə 12-si uşaq olmaqla, 94 nəfər mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 414 nəfər yaralanmışdır. Bu hücumlar nəticəsində 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdılıb.
Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edilib. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, yüz minlərlə insana uzun müddət gözlədikləri öz dədə-baba torpaqlarına qayıtmaq və fundamental hüquqlarını bərpa etmək imkanı yaradılıb.
XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Soyqırımın törədilməsindən 29 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayətə münasibətdə biganəlik və ikili standartlar təcavüzkarda cəzasızlıq sindromunu gücləndirərək onu etnik təmizləmə və işğal siyasətini davam etdirməyə sövq edib. Dünya ictimaiyyətinin Xocalı soyqırımına adekvat reaksiya verməməsi mənəviyyatdan kənar olmaqla yanaşı, həm də qəbuledilməzdir, çünki gələcəkdə bu cür cinayətlərin təkrarlanmasına zəmin yaradır.
Bir daha beynəlxalq təşkilatları və dövlətləri Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün onu soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırıram”.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək