15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İTC soyqırımla əlaqədar bəyanat verib
Tarix: 28-03-2021 14:58 | Bölmə: Siyasət

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İrəvan Türk Cümhuriyyətinin (İTC) Millət Şurası bəyanat qəbul edib.
İTC Millət Şurasının sədri professor Qafar Çaxmaqlının imzası ilə Reyting.az-a təqdim edilən bəyanatda deyilir:
“İrəvan Türk Cümhuriyyəti 1918-ci ilin mart və aprel aylarında ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində mülki türk-müsəlman əhaliyə qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı bu günlərdə bəyan edir ki, bu vəhşi akt yalnız xalqımıza qarşı deyil, bəşəriyyətə qarşı torədilmiş Soyqırımı cinayətidir. 1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.
Mart soyqırımı ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyası yaratmış və bu qırğınların qəsdən və planlı şəkildə törədildiyi aşkar edilmişdir. Fəaliyyət göstərdiyi dövr ərzində - 15 iyul 1918-1 noyabr 1919-cu il il - FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Lənkəran, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, İrəvan və Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi. Çox təəssüf ki, Azərbaycanın 28 aprel 1920-ci il işğalından sonra bu təhqiqatlar yarımçıq qalmışdı.
1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır. Bu günün bütün dünyada simvollaşdırılması və dünya ölkələrinin parlamentlərində və beynəlxalq təşkilatlarda “Azərbaycanlıların Soyqırımı Günü” kimi qəbul edilməsi İrəvan Türk Cümhuriyyətinin də ideoloji, siyasi fəaliyyətinin əsas istiqamətidir.
Bu bir gerçəkdir ki, Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən Stepan Şaumyan və onun ətrafında olan erməni-bolşevik yönətimi məqsədyönlü şəkildə və bilərəkdən bu cinayətə imza atmışlar. Neft Bakısı və onun şimal hissəsini türk-müsəlman əhalidən təmizləmək və Azərbaycanın bu hissəsində Rusiyaya bağlı bir erməni dövləti qurmaq planlaşdırılmışdı. Təsadüfi deyildi ki, o qanlı günlərdə Lenin gördüyü bu amansız cinayəti dəstəkləmiş və S. Şaumyana yazmışdı:
“Hörmətli yoldaş Şaumyan:
Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik”.
Şaumyan özü də etiraf edirdi ki, azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Rusiya ordusu içərisində cəbhədən dönmüş 4000 silahlı Daşnaksütyun Partiyasına bağlı erməni əsgəri iştirak etmişdir. Azərbaycan türklərinə qarşı törədilən soyqırımlar Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və Şərqi Anadolunun Qars, Ərzurum, İğdır, Güney Azərbaycanın Xoy, Səlmas, Urmiya bölgələri ilə yanaşı, İrəvan quberniyasının, Zəngəzur qəzasının və Qərbi Azərbaycanın bütün mahallarını da əhatə etmişdir.
1918-ci ilin mart-may aylarında yalnız İrəvan quberniyasının 119 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər yerlə yeksan edilmiş, yüz minlərlə insan öz yurdunu tərk etməyə məcbur olmuşdur.
İndiki Ermənistan ərazisində Azərbaycan türklərinin toplu halda yaşadığı ərazilərdə də soyqırım cinayətləri törədilmişdir. Silahlı erməni birləşmələri azərbaycanlı əhalini köçə məruz qoymaq üçün İrəvanın bütün mahallarında qırğınlar törətdilər. Bu olaylar tarixə “qaçaqaç” hadisəsi kimi düşmüşdür. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik köçə basqın edilərək onların hamısı son nəfərinədək öldürülmüşdür. Zəngəzur qəzasında erməni silahlı dəstələri tərəfindən 115 türk kəndi məhv edilmiş, tarix səhnəsindən silinmişdir. Tarixi qaynaqlarla təsdiq edilmişdir ki, Zəngəzurda da Xocalı soyqırımına bənzər soyqırımı olmuşdur. Bir neçə gün içərisində 3257 kişi, 2276 qadın, 2196 uşaq amansızcasına öldürülmüşdür. Ümumən Zəngəzur qəzası üzrə 10068 nəfər öldürülmüş, 50 min insan öz dədə- baba yurdunu tərk etmişdir. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Nahiyənin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkcə Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, onlardan 12 nəfərinin başı kəsilmişdi.
Gözəldərə kəndi yandırıldıqdan və kişilər qətlə yetirildikdən sonra sağ qalan qadınlar meşəyə qaçmış, ermənilərə əsir düşməsinlər deyə özlərini öldürmüşdülər. Bütün bunlar İrəvan quberniyasında yaşayan xalqımıza qarşı erməni vəhşiliyinin yalnız bir hissəsidir. Xalqımıza qarşı basqı və zorakılıq aktları sonrakı tarixlərdə də amansızlıqla davam etdirilmişdir. Bütün bunlar, erməni vəhşətinin cəzasızlığı tariximizin ən böyük faciəsi olan Xocalı soyqırımının törədilməsinə gətirib çıxarmışdır.
Bu gün adına Ermənistan deyilən ərazidə 500 mindən artıq azərbaycanlı əhali fiziki cəhətdən məhv edilmiş və bir milyondan artıq yerli əhali öz yurdunu tərk etməyə məcbur olmuşdur.
İTC Mart qırğınının günahsız qurbanlarının xatirəsini anır, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayır. 1918-1920-ci illərdə törədilən erməni cinayətləri beynəlxalq səviyyədə hüquqi həllini tapmalı və layiqli cəzasını almalıdır”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək