15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qüdrət Həsənquliyev: “Namuslu kişi başqasının ailəsinə dil uzatmaz”
Tarix: 30-03-2021 14:13 | Bölmə: Siyasət

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Cəmil Həsənlinin qızına aid olduğu iddia edilən videomateralın yayılması ilə bağlı məsələyə münasibət bildirib. Reyting.az xəbər verir ki, Q. Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə açıqlamasında bir azərbaycanlı kimi baş verənlərdən narahatlıq keçirdiyini bildirib:
“Həm ölkə Konstusiyasına görə, həm də mənəvi baxımdan başqalarının şəxsi həyatına bu dərəcədə müdaxilə etmək olmaz. Biz Şərq ölkəsiyik, özümüzə məxsus milli mentalitetimiz var, müsəlmanıq və bizim ölkədə ailə, qadın toxunulmazdır. Məhz bu səbəbdən, bu gün Azərbaycanda iqtidarı ittiham edən qüvvələrə zaman-zaman müraciət edirdim ki, siz xaricdə oturub iqtidar təmsilçilərinin ailələrini ağır formada təhqir edən insanları cəmiyyətə “bloqqer” kimi təqdim etməyin. Onlarla aranızda məsafə saxlayın, onların fəaliyyətini pisləyin və bəyan edin ki, əxlaqi dəyərləri ayaqlar altına atan insanlarla siyasətçi olaraq nə bu gün, nə də gələcəkdə bir yerdə ola bilmərik. Açıq şəkildə deyin ki, əgər hakimiyyətə gəlmək imkanımız olarsa, o zaman belələri mütləq məsuliyyətə cəlb olunacaq, qanunvericiliyə uyğun formada cəzalandırılacaqlar. Bunun qarşılığında isə çox təəssüf ki, “daha əxlaqlı və demokratik cəmiyyət uğrunda mübarizə apardıqlarını” bəyan edərək başqalarının tapşırıqları ilə yerinə yetirənlər susmağa üstünlük verdilər. Bəziləri isə həmin internet tv-lər vasitəsi ilə belələrini xalqa “bloqqer” kimi təqdim etməyə çalışdılar. Onların davranışlarında “pis heç nə görmədiklərini” vurğuladılar. Onları “qəhrəman” kimi Azərbaycan xalqına təqdim etməyə cəhd göstərdilər. Elə bu videomaterial yayılmamışdan öncə də biz növbəti dəfə belə yanaşmaları müşahidə etdik. Amma “qırmızı xətt”i keçənlər, başqalarının ailə üzvlərini təhqir edənlər və onlara dəstək verənlər başa düşməliydilər ki, cəmiyyətdə hər kəs bundan ziyan görəcək. Vaxtilə Milli Məclisin plenar iclasında çıxış edərkən demişdim ki, heç bir namuslu kişi başqasının ailəsinə dil uzatmaz, başqasının xanımını, uşağını təhqir etməz. Nə qədər geri zəkalı və hətta əxlaqsız olsan da, başa düşməlisən ki, əgər sən başqalarının ilə üzvlərini təhqir edirsənsə, o zaman sənin ailə üzvlərini bundan beş qat artıq söyüb təhqir edəcəklər, aşağılayacaqlar. Əgər sən başqasını söyürsənsə, o zaman belə anlaşılır ki, həmin söyüşləri özün də qəbul etməyə hazırsan. Bu fikirləri mən parlament kürsüsündən səsləndirmişəm, stenoqramlarda, iclasdan hazırlanan reportajlarda bütün bunlar qalır”.
BAXCP sədri mənəvi dəyərləri tapdalayan, əxlaq normalarını ayaqlar altına atan, mənəvi sərhədləri aşan şəxslərin öz həyatlarını da təhlükə qarşısında qoyduqlarını və bunun fərqində olmadıqlarını deyib: “Biz bilirik ki, həm xaricdə, həm də daxildə Azərbaycanda sabitliyi pozmaq istəyən, mənəvi dəyərləri aşındırmağı, cəmiyyəti tamamilə deqrodasiyaya uğratmağı arzulayan və bununla da ölkəmizi uçuruma yuvarlatmağa çalışan müəyyən qüvvələr var. Həmin qüvvələr tərəfindən bu insanların həyatına qəsd oluna, ailələrinə, qadınlarına aid materiallar toplanılıb müxtəlif resurslar vasitəsilə yayımlana bilər. Bunu xarici dövlətlərin xüsusi xidmət orqanlarının da, daxildə sabitliyi pozmaq istəyənlərin də etməsi mümkündür. İndi ölkəmizin daxilində bir dialoq mühiti yaranıb və bu mühiti pozmaq istəyən qüvvələr istənilən an hərəkətə keçə bilərlər. Bu baxımdan da həmin adamlar ciddi şəkildə düşünməlidirlər. Anlamalıdırlar ki, onlar özlərini Azərbaycan hökumətinin deyil, təxribatçı dairələrin hədəfinə çevirirlər. Bu formada mübarizə apardığını deyən, əslində isə əxlaqsızlıqla məşğul olan insanlar ciddi şəkildə qınanmalıdırlar. Əgər kim əxlaqlı, sivil mübarizə üsulunu məqbul sayırsa, belələrini qınamalıdır. Amma biz nəyin şahidi oluruq? Bəzən hansısa internet tv-də özünü qadın hesab edən birisi söyüş söyənləri ətrafına toplayıb dişini ağarda-ağarda onların təhqirlərindən zövq aldığını nümayiş etdirir. Və sonra da iddia edir ki, guya o demokratiya və yüksək dəyərlər uğrunda mübarizə aparır. Bütün bunlar bizim cəmiyyətimiz üçün çox üzücü hallardır və belə halları qətiyyətlə pisləyirəm, lənətləyirəm və hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu videonun kimlər tərfindən yayımlandığını, necə yayıldığını araşdırmalı, günahkarları tapmalı və çalışmalıdırlar ki. həmin şəxslər layiqli cəzalarını alsınlar”.
BAXCP sədri bir neçə il öncə “BBC Azərbaycanca”dan insan səsini və üzünü klounlaşdıran, müxtəlif, o cümlədən intim videolarda insanların üzünü yüksək dəqiqliklə dəyişən təhlükəli tətbiqlərin, proqramların yaradıldığı barədə məlumat oxuduğunu qeyd edib: “Doğrudur, belə tətbiqlər qadağan edilsələr də, reallıqda mövcuddurlar və gizli yollarla onları əldə etmək mümkündür. Ən qorxulusu odur ki, belə hallar ölkədə geniş vüsət ala bilər. Bu baxımdan, hesab edirəm ki, hər kəs papağını qarşısına qoyub ciddi şəkildə düşünməlidir. Necə etməliyik ki, cəmiyyətimizin bu şəkildə çirklənməsinə imkan verməyək? Nə etməliyik ki, birgəyaşayışı təmin edilməsində müstəsna yera sahib olan dəyərlər sıradan çıxarılmasın, əxlaq normalarının pozulması adi hala çevrilməsin? Amma diqqət yetirirəm ki, radikal düşərgədə təmsil olunan bəzi şəxslər yalnız Cəmil Həsənlinin müdafiəsinə qalxıblar, yalnız onun mənəvi terrorla üzləşdiyini deyirlər. Amma Cəmil Həsənli ilə əks düşərgədə təmsil olunan şəxslərə, iqtidar nümayəndələrinə, yaxud iqtidarı müdafiə edənlərə qarşı alçaldıcı, təhqiredici informasiyalar yayılanda radikal düşərgə təmsilçilərinin belə halları pislədiyini, lənətlədiyini müşahidə etmirik. Belə olmamalıdır. “Mənim rəqibimi söyən şəxs “mübarizdir”, “qəhrəmandır”, “haqq-ədalət uğrunda mübarizə aparır”, məni, yaxud mənimlə eyni düşərgədə təmsil olunan başqa birisini söyənlər isə əxlaqsızlıqla, mənəvi terrorla məşğuldurlar” kimi yanaşmalar olduqca təhlükəlidir və cəmiyyəti ayaqda saxlayan, birgəyaşayışı təmin edən mənəvi dəyərlərin sıradan çıxıralmasına xidmət edir. Əgər cəmiyyətimizdə bu kimi halların baş verməməsini istəyiriksə, oz zaman əxlaqi dəyərtlərə olan münasibətimiz ayrı-ayrı şəxslərə, onların siyasi baxışlarına görə dəyişməməlidir”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək