15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bayden Ermənistanla Azərbaycanı sülhə necə gətirə bilər?
Tarix: 02-04-2021 17:55 | Bölmə: Siyasət

ABŞ-ın “Foreign Policy” jurnalında “Bayden Ermənistan və Azərbaycana bölgədə sülhü bərqərar etməyə kömək edə bilər. Bəs bundan ötrü hansı addımlar atılmalıdır?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi 2013-2017-ci illərdə ABŞ-ın ATƏT-də səfiri olmuş Daniel Bayerdir. Reyting.az Novator.az-ın ingiliscədən çevirdiyi məqaləni təqdim edir:
Baydenin prezidentliyinin ilk 100 günü hələ başa çatmayıb, onun administrasiyasının milli təhlükəsizlik və xarici siyasət üzrə komandası isə artıq Səudiyyə Ərəbistanının Yəməndə dəstəklədiyi müharibədən tutmuş hərbi çevrilişin və amansız repressiyaların həyata keçirildiyi Myanmaya, qıcanmaqda olan Çinin havasını almağa qədər bütün dünya boyu iri münaqişə ocaqlarını söndürə bilib.
Ötən ilin sonlarında Ermənistanla Azərbaycan arasında müharibə başlandı. İndi güllə və bomba səsləri kəsilsə də, əsas münaqişə hələ bitməyib. Ancaq xəbər başlıqlarından yan ötdüyünə görə bu problem od-alovları söndürməklə məşğul olanların da gözündən yayınıb.
Bunun belə olması isə çox pisdir, tək ona görə yox ki, tam sönməyən münaqişə ocağının közərtiləri yenidən zorakılığa, insan əzablarına gətirib çıxara bilər, həm də ona görə ki, eləcə alovu söndürmək quruculuq üçün yox, dağıntını dayandırmaq üçün çalışmaq deməkdir. Yalnız bu yolu tutub getməklə qurub-yaratmaq mümkün deyil. Odu söndürmək azdır, quruculuq da gərəkdir. Başqa sözlə desək, nisbi sabitlik dövrü – problem nə qədər dərinə işləsə də, onu həll etmək nə qədər çətin olsa da, – real tərəqqiyə çatmaq üçün bir fürsətdir.
Azərbaycanla Ermənistan arasındakı münaqişənin kökü bütün münaqişələrdə olduğu kimi uzaq keçmişə gedib çıxır. Onun çağdaş təzahürü isə otuz il əvvəldən – Moskvadakı episentrindən yayıla-yayıla ucqarları bürüyən, axırda Sovet İttifaqını çökdürən dalğadan başlanır.
Ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağ və ətraf rayonların statusu ilə bağlı olan bu münaqişə 1994-cü ildən 2020-ci ilin sentyabr ayına, müharibənin yeni dalğası baş qaldıranadək dondurulmuş hesab edilirdi. İki keçmiş sovet respublikası arasında bir neçə il davam edən, bir milyondan çox insanın yurd-yuvasından didərgin düşməsinə, minlərlə insanın qətlə yetirilməsinə səbəb olan müharibə 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs sazişi nəticəsində dayanmışdı. ABŞ, Rusiya və Fransa 1997-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrləri kimi münaqişənin birdəfəlik həllinə nail olmaq üçün danışıqlar təşkil etmək öhdəliyini daşıyır.
Lakin son illər diplomatiya zəifləyib və 2016-cı ildəki dörd günlük alovlanma da daxil olmaqla təmas xətti mütəmadi şəkildə aşılıb. 1994-cü il razılaşması nəticəsində Ermənistan təkcə Sovet İttifaqı dövründə Azərbaycanın tərkibinə daxil olan və ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağ üzərində deyil, azərbaycanlılardan ibarət ətraf rayonlar üzərində də faktiki nəzarəti ələ keçirmişdi. Həmin dövrdə Azərbaycan tərəfi Ermənistan qoşunlarının daha da irəliləyərək başqa əraziləri də nəzarət altına alacağından ehtiyatlandığı və ermənilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə hücum edəcəyindən narahat olduğu üçün bu razılaşmaya imza atmışdı.
Amma sonrakı onilliklərdə Azərbaycanın neft sərvəti hesabına qazandığı pullar, Türkiyənin hərbi texnika, kəşfiyyat və təlim sahəsində göstərdiyi dəstək, eyni zamanda Ermənistanın nisbətən yoxsullaşması və Rusiyadan asılı qalması vəziyyəti kökündən dəyişdi. Status-kvodan narazı olan Azərbaycan hərbi cəhətdən mühüm üstünlük əldə etdi. Nəticədə münaqişə yenidən alovlandı. Tərəflərin səmərəli şəkildə danışıqlar aparmaması və beynəlxalq birliyin onları danışıqlar aparmaq üçün yola gətirə bilməməsi ötən il yeni müharibəyə səbəb oldu.
Bu dəfə rollar dəyişdi. Azərbaycan Dağlıq Qarabağ ətrafındakı ərazini geri qaytardı və Dağlıq Qarabağın mühüm hissəsini nəzarətə götürdü. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə tərəflər yenidən Rusiyanın vasitəçiliyi ilə bir atəşkəs razılaşması imzaladılar.
Maraqlıdır ki, bu razılaşma 2000 nəfərədək rus sülhməramlısının yeni təmas xətti boyunca və Dağlıq Qarabağı Ermənistana birləşdirən dəhlizdə yerləşdirilməsini nəzərdə tutdu. Bu qərar rus sülhməramlılarının keçmiş sovet respublikalarında – Gürcüstanda və Moldovada suverenliyi gücləndirmək əvəzinə təxribatlar törətdiyinə şahid olan insanların çoxunu narahat edir.
Yeni status-kvo çətin ki, yaxın zamanda dəyişsin. Belə görünür ki, tərəflərin heç biri konstruktiv şəkildə irəliləməyə hazır deyil. 10 noyabr bəyanatı sülh razılaşması yox, sadəcə atəşkəs razılaşmasıdır. Rusiya və Türkiyənin proseslərə fəal müdaxiləsi və birmənalı olmayan məqsədləri də vəziyyəti çətinləşdirir, münaqişə zonası isə hazırda həssas tranzit marşrutlarından və dağlıq ərazilərdən ibarət qarmaqarışıq bir tablonu xatırladır. Münaqişə zonasının xəritələrinə baxanda vəziyyət nəinki aydın olmur, əksinə, adam daha da başını itirir.
Bu gün öz zəfərini qeyd edən Azərbaycan hökumətdə korrupsiya və iqtisadiyyatda durğunluq səbəbindən kövrək və repressiv neft-qaz ölkəsi olaraq qalır. Ermənistanda 2018-ci ilin siyasi dəyişikliyi zamanı ümid mənbəyi olmuş demokratik islahatlar isə baş nazir Nikol Paşinyanın özü kimi qarmağa keçib: ölkənin məyuslaşmış xalqı və zəif institutları korrupsiya, Qərb əleyhinə çağırışlar və Rusiyanın yaydığı dezinformasiyalar qarşısında çox aciz duruma düşüb.
Paşinyan sələflərindən yaxşı olsa da, Ermənistanda demokratiyaya keçidin etibarlı bələdçisi ola bilmədi. O, Ermənistanın məğlubiyyətindən sonra baş qaldırmış qəzəbin doğurduğu siyasi böhrandan çıxmaq üçün növbədənkənar seçkilər çağırdı. İstənilən halda Ermənistan çox acınacaqlı bir şəkildə Moskvadan asılı qalacaq.
Həm Bakıda, həm də Yerevanda liderlər öz xalqlarının sadəcə bir nəslinə deyil, daha geniş təbəqələrinə müharibə ovqatı aşılayıblar və sülhün bərqərar olması üçün az iş görüblər.
Bütün bunların fonunda tamamilə mümkündür ki, Bayden administrasiyasındakı yüksək rütbəli məmurlar öz aralarında belə düşünsünlər: biz vəziyyəti izləyək, amma gücümüzü başqa yerə yönəldək, diplomatik müstəvidə aparıcı rol oynamağa çalışmaq lazım deyil.
Amma belə düşünmək yanlış olardı. Əksinə, Ağ evin yeni administrasiyası Cənubi Qafqaz regionuna ABŞ-ın fəal iştirakının əhəmiyyətini nümayiş etdirmək meydanı kimi baxmalı və bundan prezident Co Baydenin ümumbəşəri dəyərlərə, insan haqlarına söykənən demokratik xarici siyasətə sadiq olduğunu sübuta yetirən bir örnək kimi istifadə etməlidir.
Bu o demək deyil ki, dərhal ciddi irəliləyiş olacaq. Xeyr, baş verənləri soyuqqanlı şəkildə təhlil etmək və nəticələrə şübhə ilə yanaşmaq üçün kifayət qədər əsas var. Amma ABŞ-ın fəal diplomatiyası olmadan tərəqqinin əldə ediləcəyinə ümid çox azdır.
Bəs Bayden administrasiyası Ermənistanla Azərbaycan arasında sülhü birdəfəlik bərqərar etmək üçün hansı addımları ata bilər? Burada dörd addım mümkündür. Qarşıda uzun bir yol görünsə də, bu addımlar konstruktiv kurs formalaşdıra bilər.
Birinci addım budur: tərəfləri atəşkəsi qorumaq, hesabatlılıq və səhvləri düzəltmək öhdəliklərini yerinə yetirməyə vadar etmək.
Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə imzaladığı razılaşma mükəmməl deyil. Amma hazırda atəşkəs rejiminin saxlanması üçün başqa qısamüddətli alternativ həll yolu da yoxdur.
10 noyabr razılaşmasında hər iki tərəfin əsir və girov götürdüyü bütün hərbi və mülki şəxsləri mübadilə etməsi şərt qoyulub. Etibarlı mənbələrdən əldə olunan məlumatlara görə, hələ də qaytarılmayan hərbi əsirlər var. Onların qaytarılması prioritet götürülməlidir.
Rəsmi Vaşinqton həmçinin ATƏT-in Minsk qrupunun yerlərdə atəşkəsin və insan hüquqlarının pozulması, müharibə cinayətlərinin törədilməsi barədə şikayətlər üzrə məruzələr hazırlamasını dəstəkləməlidir. Hesabatlılıq aktual məlumatların bildirilməsini tələb edir və bu baxımdan zərərçəkənlərin şikayətlərinin nəzərə alınması vacibdir. ATƏT məcburi köçkünlərə müavinətlərin ödənməsi ilə bağlı mümkün yanaşmalara dair tövsiyələr də verə bilər.
Bayden administrasiyanın atmalı olduğu ikinci addım humanitar işi və köçürülmə fəaliyyətini dəstəkləmək olmalıdır. Adətən silahlar susanda diqqət başqa yerə yönəldilir. Yerlərdəki insanlar öz yaşayışlarını yenidən necə quracaqları sarıdan narahatdırlar. Onların əmlakları məhv edilib, onlar iş yerlərini itiriblər. Ərazidə naməlum sayda minalar basdırılıb. İnfrastruktur və nəqliyyat marşrutları dağıdılıb. Ailələr öz yurd-yuvalarından didərgin düşüblər. Bəziləri yenidən öz evinə qayıdıb.
İnsanların yeni siyasi coğrafiyaya uyğunlaşmasını dəstəkləmək üçün görülən praktiki işlər atəşkəs barədə aparılan danışıqlar və ya siyasi razılaşmalar qədər aktual olmur. Halbuki həmin praktiki işlər sülhə zəmin yaratmaq üçün həyati əhəmiyyət daşıyır. Çünki insanların problemlərini həll etmədən münaqişəni həll etmək mümkün deyil.
Azərbaycanın öz nəzarəti altına aldığı ərazilərə əhalini köçürmək asan olmayacaq. Bakıdakı korrupsiyalaşmış hökumətin yerli idarəetmə problemlərini məsuliyyətlə aradan qaldırmaq sahəsində təcrübəsi yoxdur. Bununla yanaşı yeni köçürülən ermənilər hazırda Azərbaycanın nəzarətində olan erməni dini və mədəni mərkəzlərinin taleyindən narahatdırlar. Bu işdə nə Rusiyaya arxalanmaq olar, nə də Türkiyəyə.
Beynəlxalq ictimaiyyət hər iki tərəfi narahat edən məsələləri həll etmək üçün özünün həm təcrübəsindən, həm də nüfuzundan yararlanmalıdır. Münaqişədən sonrakı sakitlik dövründə yeni ocaqların yaranmasına imkan vermək olmaz. ABŞ regionda insanlar arasında etimadın gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirə bilən QHT-ləri və beynəlxalq təşkilatları dəstəkləmək üçün Avropa ölkələri ilə və digər ölkələrlə əməkdaşlıq etməlidir.
Üçüncü addım regional iqtisadi inkişaf strategiyasının işlənib hazırlanmasını tələb edir. Gələcəkdə transsərhəd əməkdaşlığı təmin etmək üçün ən inandırıcı metod infrastrukturun inkişafı da daxil olmaqla yeni regional iqtisadi strategiya müəyyənləşdirməkdir. Nəticədə həm Azərbaycanın, həm Ermənistanın, həm də onlarla sərhəddə yerləşən Gürcüstanın (daxildə yaranan siyasi böhranın öhdəsindən gəlməyə çalışdığı bir vaxtda) iqtisadiyyatını gücləndirmək üçün beynəlxalq investisiya cəlb edilə bilər.
ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının illik sessiyalarında yüksək səviyyədə müzakirəyə çıxarılması üçün regiondakı vəziyyəti elə növbəti həftədəncə həm rəsmi, həm də qeyri-rəsmi formada sessiyaların gündəliyinə salmalıdır.
Vaşinqton regional inkişafa zəmin yaratmaq üçün Avropa İttifaqı və Cənubi Qafqazdakı üç hökumətlə işləməlidir. Mərkəzi Asiyada regional məsələlər üzrə əməkdaşlığı gücləndirmək məqsədilə Obama administrasiyasının yaratdığı C5+1 platforması indi üç Cənubi Qafqaz ölkəsini, ABŞ-ı və Avropa İttifaqını cəlb etməklə yeni SC3+2 platformasının yaradılması üçün bir model rolunu oynaya bilər.
Beynəlxalq ictimaiyyətin maliyyə investisiyaları tərəflərin siyasi öhdəliklərinin həyata keçirilməsinə və regional iqtisadi inkişafa mane olan sərhəd-keçid məntəqələri və kommunal infrastruktur kimi mübahisəli məsələlərin həllinə yönəldilməlidir. Həmçinin bütün maliyyə yardımları geniş vüsət almış korrupsiya problemini həll etmək üçün görülən tədbirlərə uyğunlaşdırılmalıdır.
Dördüncü addım diplomatiyanı gücləndirmək olmalıdır. Minsk qrupunun amerikalı həmsədrinə səfir rütbəsi verilməlidir. Vaşinqton həmsədrləri ATƏT-in işçi qrupu ilə birlikdə müntəzəm görüşlər keçirməyə, bölgədə tərəqqiyə mane olan qüvvələrə (bu qüvvələrin əməlləri mediada nadir hallarda işıqlandırılır) qarşı mübarizə strategiyası hazırlayıb reallaşdırmağa çağırmalıdır. Həm də Vaşinqton Moskva ilə danışıqlara başlamalıdır ki, 10 noyabrda imzalanmış atəşkəs bəyanatı BMT Təhlükəsizlik Şurasında ratifikasiya edilsin və Təhlükəsizlik Şurası qətnamə qəbul edərək yekun sülh razılaşması bağlanmasına çağırsın.
Ruslar Təhlükəsizlik Şurasının Putinin tələsik hazırladığı bir səhifəlik razılaşmanı təsdiqləməsini müsbət qarşılayarlar. Əvəzində həmin qətnamə həm də Cənubi Qafqazın hər üç ölkəsini əhatə edəcək regional inkişaf planının beynəlxalq səviyyədə təsdiqlənməsinə gətirib çıxarmalıdır. Qətnamədə tərəflərin suverenliyi, o cümlədən tərəflərin Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsini beş ildən sonra dayandırmaq hüququ təsdiqlənə bilər.
Geosiyasətin getdikcə gücləndiyi bir dövrdə daha çox “ağırçəkili qüvvələr” üzərində köklənmək, dünyanın qalan hissəsinə, xüsusən də kiçik ölkələrə böyük güc rəqabəti prizmasından baxmaq kimi təbii bir tendensiya yaranıb. Doğrudan da böyük güc rəqabəti dünyanın digər yerlərində də özünü tez-tez büruzə verir – bəzən dolayı şəkildə, vasitəçilərin iştirakı ilə. Müəyyən dərəcədə məhz bu səbəbdən böyük güc rəqabəti beynəlxalq siyasəti başa düşməyin bir modeli olaraq qalır.
Ancaq bu da mənzərəni tam əks etdirmir. Eleonora Ruzveltin dediyi kimi, insan hüquqları “evin yan-yörəsindəki kiçik yerlərdən” başlanır. Bu səbəbdən nüvəsində insan hüquqları dayanan xarici siyasət yalnız geosiyasət və ən güclü oyunçular üzərində köklənə bilməz. Geosiyasi rəqabət təkcə hakimiyyət uğrunda deyil, həm də ideologiya və dünyagörüşü uğrunda mübarizəyə çevriləndə kiçik yerlər də böyük sınaq meydanına çevrilə bilər.
Çoxları Ermənistanla Azərbaycan arasındakı münaqişəyə həllolunmaz məsələ kimi baxır. ABŞ-ın bu məsələdə tərəqqini yüksəltmək üçün ciddi səylər göstərməsi dəyərlərə əsaslanan xarici siyasətin nə demək olduğunu nümayiş etdirmək baxımından yaxşı fürsətdir.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək