15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vətən müharibəsinin birinci ildönümü ilə bağlı bəyanat qəbul olunub
Tarix: 24-09-2021 13:39 | Bölmə: Siyasət

Sentyabrın 27-də Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından cəbhəboyu atəşkəsi pozması nəticəsində ölkəmizin əks-hücum əməliyyatına məcbur olmasının - Vətən müharibəsinin başlamasının I-ci ildönümü tamam olur.
Reyting.az xəbər verir ki, Böyük Quruluş Partiyası (BQP) bununla bağlı bəyanat imzalayıb.
BQP-nin bəyanatında xatırlanır ki, Vətən müharibəsinin başladığı gün Ermənistan Silahlı Qüvvələri arsenalında olan bütün növ silahlardan Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini genişmiqyaslı intensiv atəşə tutması ilə mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən əks-həmlə əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar qısa müddətdə genişlənərək İkinci Qarabağ müharibəsi ilə nəticələnib.
Bəyanatda daha sonra qeyd olunur:
“Azərbaycan Vətən müharibəsinədək - bütün bu illər ərzində hərbi qarşıdurmadan yayınmaq üçün üzərinə düşən bütün fədakarlığı göstərərək, işğal faktının danışıqlar yolu ilə aradan qaldırılmasına ciddi səy göstərib. Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının böyük bir hisssəsini itirən Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində Ermənistan Respublikası ilə 30 ilə yaxın müddətdə diplomatik danışıqları davam etdirib. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistanın rəhbəri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatı ilə ciddi ölçüdə sarsıldı. Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan "yeni torpaqlar üçün yeni müharibə", Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində, avqust ayında, təmas xəttinin Goranboy rayonu istiqamətində diversiyaya cəhdləri, eyni zamanda Ermənistan tərəfdən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda PKK, YPG terrorçularının, o cümlədən, Livan ermənilərinin köçürülməsi, avqust ayının sonlarında Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Hakopyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi gərginliyi son həddə çatdırdı.
Ermənistan tərəfinin bu qəbildən olan təhrikedici bəyanatları və hərəkətləri onun danışıqlar prosesindən tamamilə imtina etməsi demək idi.
Azərbaycan uğurlu hərbi əmiliyyatlar nəticəsində cəmi 44 gün ərzində işğal altında olan torpaqların böyük bir qismini azad etməyə və Ermənistanı təslimçi sülhə imza atmasına nail oldu.
Torpaqların işğaldan azad edilməsi ilə meydana çıxan mənzərə - məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi-mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması erməni işğalçılarının vəhşiliklərini bütün çılpaqlığı ilə ortaya çıxardı. Ermənilər hərbi əməliyyatlardan kənar vaxtlarda, Respublika Prezidentinin dediyi kimi, sanki həmin yerlərdən vəhşi qəbilə keçmiş kimi evləri, dini və mədəniyyət abidələrini, qəbirləri dağıtmaqla dünya tarixində görünməmiş vəhşiliklər törətmişlər. Vəhşi düşmən hər yeri xarabazara çevirib. Ağaclar kəsilib, meşələr məhv edilib, torpaqlar yararsız hala salınıb. Zəbt olunmuş Azərbaycan ərazilərində soydaşlarımızın məzarlarını, mərmər daşları, qəbirüstü abidələrini qarət ediblər. 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər yüzlərlə yaşayış məntəqələri viran olmuş səhranı, Ağdam ruhlar şəhərini xatırladır. Ermənistanın müharibə cinayətləri bununla da bitmir. Gəncə iki dəfə ballistik raketlə, Bərdə kasetli mərmilərlə atəşə tutulub. Tərtərə, Ağdama,
Goranboya atılan mərmilərin sayı minlərlədir. Ermənistan hərbi əməliyyatlar zamanı “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Yüzədək mülki şəxs - uşaqlar, qadınlar, qocalar erməni faşizminin qurbanı oldu, minlərlə ev, yaşayış binası, infrastruktur obyekti dağıdıldı. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində uzun müddət talançılıqla məşğul olmuş, təbbi sərvətlərimizi acgözlüklə qanunsuz şəkildə istismar etmişdir. 1977-ci ildə Cenevrə Konvensiyasının bir nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunub və belə əməllər müharibə cinayəti sayılır. Erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyalarına ziddir.
30 illik münaqişəni hərbi-siyasi yollarla həll etməklə Azərbaycan, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə bölgədə yeni vəziyyət formalaşıb və regional əməkdaşlığın həyata keçirilməsi üçün unikal imkanlar yaranıb. Bu imkanları dərk edərək, iki ölkə arasında delimitasiya və demarkasiya işlərinin sona çatdırılması, bir-birinn suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunlmazlığına hörmət edilməsi əsasında sülh müqviləsinin bağlanması ilə əməkdaşlıqdan faydalanmaq və ya bunun əksini etmək artıq Ermənistanın verəcəyi qərardır.
Böyük Quruluş Partiyası xalqımızın gücünün, iradəsinin və birliyinin nümayişinə çevrilən 44 günlük Vətən müharibəsində olduğu kimi müharibədən sonrakı mərhələdə də Azərbaycanın beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətindəki səylərini yüksək qiymətləndirir və dəstəkləyir. Eyni zamanda nüfuzlu beynəlxalq təşkilatları, dünya ölkələrini, beynəlxalq ictimaiyyəti haqqın, ədalətin, beynəlxalq hüququn yanında yer almaqla Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizəsinə dəstək olmağa çağırırıq.
Vətən müharibəsinin birinci ildönümündə - 27 Sentyabr - Anım Günündə torpaqlarımızn azadlığı uğrunda qazanılan qələbədə ən böyük paya sahib olan əziz şəhidlərimizin və qəhrəman qazilərimizin misilsiz qəhrəmanlıq və fədakarlıqlarını bir daha sayğı və minnətdarlıqla anır, qanlarının son damlasına qədər vuruşub həyatını qurban verən bütün şəhidlərin ruhları qarşısında baş əyir, onlara Uca Allahdan rəhmət diləyirik”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək