15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Uyğurlara qarşı işgəncə dözülməz həddə çatıb - Politoloq
Tarix: 19-10-2021 11:55 | Bölmə: Siyasət

"Çində alternativ fikrə və tənqidə yer yoxdur. Tənqidçilər ya həbs olunur, ya “əmək düşərgələrinə” göndərilir, ya da ölkəni tərk etmək məcburiyyətində qalırlar".
Reyting.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
E. Şahinoğlu xatırladıb ki, Çində koronavirusa ilk yoluxanlar qeydə alınanda Pekin əvvəlcə bu xəstəliyi və fəsadlarını gizlətməyə çalışıb, ancaq xəstəliyin miqyası artdıqca, Pekin bu haqda xəbəri beynəlxalq aləmə yaymaq məcburiyyətində qalıb: "Ancaq artıq zaman əldən verilmişdi. Çünki səhiyyə üzrə ekspertlərin bir qismi ində də o fikirdədir ki, Pekin xəstəlik və onun miqyası barədə məlumatları zamanında beynəlxalq aləmlə bölüşsəydi, koronavirusun dünyaya yayılmasının qarşısını almaq olardı.
Misal üçün, Çindən sonra virus İran və İtaliyada sürətlə yayıldı. Bu necə baş verdi? İranın Qum şəhərində yaşayan iş adamı Çindən qayıtdıqda virusa yoluxmasından xəbərsiz idi. O, bu virusu bilmədən əvvəlcə yaşadığı şəhərə, sonra isə bütöv ölkəyə yaydı. Elə Cənubi Qafqaz ölkələrinə də virusun böyük hissəsi İrandan yayıldı. İranda virusa yoluxanların və ölənlərin sayı hələ də azalmır.
İtaliyada da oxşar vəziyyət yarandı. İtaliyanın bir sıra tikiş fabriklərində çinlilər çalışırdı. Onların bir qismi Çindən tətildən qayıtdıqda virusla İtaliyaya daxil oldular və virus bir anda İtaliyanı bürüdü, oradan da Avropaya yayıldı. İtaliyada ilk aylarda hər gün ölənlərin sayı yüzlərlə idi. Yəni əgər Çin xəstəliyin təhlükəsi və miqyası barədə əvvəlcədən məlumat versəydi, nə iranlı iş adamı Çinə gedər və virusu İrana yayar, nə də İtaliya çinli işçilərin ölkəyə girişinə icazə verərdi".
Politoloq qeyd edib ki, Pekinin uyğur siyasəti də eynidir:
"Çinin hakimiyyət strukturları uyğurlar problemləri olmadığını iddia edir. Ancaq soruşanda ki, “bəs onda uyğurlar niyə zorla əmək düşərgələrində saxlanılır?",- cavab eynidir: “Uyğurlar özləri əmək düşərgələrində çalışmaq istəyirlər”.
Heç bir insan zorla düşərgədə, özü də pulsuz çalışmaq istəməz. Bunun yalan olduğunu hamı bilir. Buna baxmayaraq, Pekin “əmək düşərgələri” siyasətindən imtina etmir. Vəziyyət o dərəcə dözülməz həddə çatıb ki, hətta uyğurlara əziyyət verənlərin bir qismi də daxilən əzab çəkməyə başlayıblar.
Çin polisinin yüksək rütbəli zabiti Avropa ölkələrindən birində sığınacaq taparaq “əmək düşərgələrində” əsl vəziyyət barədə dünyaya car çəkib. ABŞ-ın məşhur CNN televiziya kanalı həmin zabitdən müsahibə alıb. Zabit deyib ki, Çinin hakimiyyət strukturları məlumat toplamaq məqsədilə həbsdə olan uyğurlara işgəncə verirlər:
“Uyğurlara qarşı işgəncədə elektrikdən istifadə edirlər, qrup şəklində bir-birlərini zorlamaya məcbur edilirlər.
Bizə əmr verilirdi ki, uyğurları bir-birinə bağlayaraq onların bədənlərindən elektrik keçirək. Bundan başqa, uyğurları ayaqlarından asırdıq, başlarını suya salırdıq, dəmir zəncirlərlə döyürdük. Bunun nəticəsində uyğurlar ərzaq qəbul edə bilmir, yuxu hisslərini itirirdilər”.
Politoloq əlavə edib ki, uyğurlara verilən işgəncə barədə keçmiş illərdə də məlumatlar var idi: “Ancaq bu dəfə faktları işgəncəni bilavasitə həyata keçirən zabit açıqlayıb. Çinin hakimiyyət strukturları əllərində onu bayraq ediblər ki, uyğurlar içərisində radikallar var və onlar terrora meyllidirlər. Əlbəttə, uyğurlar arasında terrora meyllilər var, ancaq onlar böyük bir xalqı təmsil etmirlər. “Əmək düşərgələrində” çürüdülənlərin terrorçularla əlaqəsi yoxdur, onların günahı sadəcə uyğur olmalarında və haqlarını tələb etmələrindədir".
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək