15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sahibə Qafarova: “Azərbaycan qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından biridir”
Tarix: 24-12-2021 13:08 | Bölmə: Siyasət

“Bugünkü iclasımız çox əlamətdar bir gündə keçirilir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olub. Belə bir ailədə böyüməsi gələcək siyasi lider üçün əsl məktəb olub. Orta təhsil və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı yüksək ali təhsil, zəngin biliklər bu təcrübəni daha da möhkəmləndirib, onun gələcəkdə dövlət xadimi kimi formalaşmasında mühüm rol oynayıb. Cənab prezident hələ Dövlət Neft Şirkətində Birinci vitse-prezident, Milli Məclisin deputatı kimi Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmin Assambleyanın sədrinin müavini, Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi mühüm vəzifələrdə fəaliyyət göstərərkən, daim bir amala - doğma Vətənin dirçəlişinə və tərəqqisinə, milli maraqlara xidmət edib. Xalqın İlham Əliyevə yüksək etimadının təməlində məhz bu dəyişməz mövqe dayanır. Bunun nəticəsi idi ki, 2003-cü il avqust ayının 4-də cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunub. Həmin ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində isə cənab İlham Əliyev xalqımızın mütləq əksəriyyətinin dəstəyini qazanaraq, prezident seçilib”.
Reyting.az xəbər verir ki, bunu Milli Məclisin sədri bu gün keçirilən plenar iclasdakı çıxışı zamanı deyib.
S. Qafarova bildirib ki, ali kürsüdə fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan edən möhtərəm cənab prezident ölkəmizə bu yolla böyük zəfərlər qazandıb: “O, Yeni Azərbaycan Partiyasının sədri kimi də ulu öndərin ideya siyasi xəttini davam etdirərək, partiyanı ölkəmizin və regionun ən güclü siyasi təşkilatına çevirib.
Hörmətli həmkarlar! Qürur hissi ilə demək olar ki, Azərbaycanın son yarım əsrlik tarixi ulu öndərin və cənab prezidentin adı ilə sıx bağlıdır. Bu günün özəlliyini nəzərə alaraq, mən son 18 ildə ölkəmizin qazandığı bir sıra mühüm uğurları diqqətinizə çatdırmaq istərdim. Möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin, tolerantlığın ünvanı kimi tanınır. Dövlətimizin başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasi kursu ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb, ona böyük nüfuz qazandırıb. İnkişaf etmiş dövlətlərin sırasında layiqli yer tutan Azərbaycan 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu uğur ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, daim yüksələn statusunun göstəricisi idi.
BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün bu təşkilatın sədri seçilməsi də regional və beynəlxalq arenada söz sahibi kimi qəbul edilməsinin nəticəsidir.
Möhtərəm prezidentin təşəbbüsü ilə bu il noyabr ayının 28-də Madrid şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir sübutudur.
Bu gün Azərbaycan qlobal mədəniyyətlərarası dialoqun, aparıcı siyasi platformaların reallaşdırıldığı ünvanlardan biridir.
Hörmətli deputatlar! Mən, beynəlxalq əməkdaşlıq sahəsində cənab prezidentin türk birliyinin daha da güclənməsi naminə yorulmaz və səmərəli fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bu il noyabrın 12-də möhtərəm prezidentimizin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi bu mühüm xidmətlərin nəticəsi idi”.
Spiker əlavə edib ki, son 18 ilin ən böyük uğurlarından biri Azərbaycanın sürətli, dinamik iqtisadi inkişafına nail olunması, ölkəmizin iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisə edilməyəcək səviyyəyə yüksəlməsidir: “Müasir Azərbaycan bu gün regional və beynəlxalq miqyaslı iqtisadi layihələri həyata keçirən ölkədir. Möhtərəm prezident İlham Əliyevin liderlik məharəti və gərgin səyləri ilə yaradılan əməkdaşlıq platformaları regiona yatırılan investisiyaların artmasına gətirib çıxarıb. Bakı–Tbilisi–Ceyhan, “Cənub Qaz Dəhlizi”, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi digər beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi Azərbaycan liderinin iqtisadi, siyasi təşəbbüslərinin və səylərinin nəticəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də inamla həyata keçirilən davamlı islahatlar Azərbaycanın dayanıqlı və dinamik inkişafını təmin edir. Dünyada iqtisadi və maliyyə böhranının yaşandığı, pandemiyanın yaratdığı çətinliklərin davam etdiyi bir vaxtda ölkə iqtisadiyyatının bütün istiqamətlərində artıma nail olunub.
Hörmətli həmkarlar! Əlbəttə, biz ötən 18 ildə əldə olunmuş nailiyyətlərimizi qeyd edərkən, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbəni böyük qürur hissi ilə vurğulamalıyıq. Bu zəfər İlham Əliyevin böyük sərkərdəlik və siyasi-diplomatik məharətinin nəticəsi idi. Məhz buna görə xalqımız cənab prezidenti tarixi qələbəmizin memarı hesab edir. Azərbaycanın ərazi bütövlüyünü təmin edən möhtərəm prezident özünün dediyi kimi, həm də ulu öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirib.
Hörmətli həmkarlar! Prezidentin müəyyən etdiyi strateji yol xəritələri sırasında Qarabağa Böyük qayıdışı mən xüsusi olaraq, qeyd etmək istərdim. Bilirsiniz ki, Ermənistanın işğal dövründə viran qoyduğu ərazilərimizin azad olunmasından dərhal sonra həmin torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan öz maliyyə resurslarına arxalanaraq qədim ata-baba yurdlarımızda dağıdılmış şəhər və kəndləri bərpa edir, yenilərini salır, infrastruktur layihələri həyata keçirir. Onu da qeyd edim ki, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın ümumi inkişafına da böyük təkan verəcəkdir. Cənab prezidentin siyasi və diplomatik məharətinin növbəti nəticəsi regionun və türk dünyasının nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayacaq Zəngəzur dəhlizinin reallaşması olacaqdır. Bu layihə ölkəmizin tranzit potensialını daha da gücləndirəcək, nəinki region, Avropa üçün də geniş imkanlar açacaqdır.
Hörmətli deputatlar! Prezident İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrin də modernləşdirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində işlər planlı və ardıcıl şəkildə davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hər an qadirdir.
Prezident İlham Əliyevin humanitar siyasəti də əksər ölkələr üçün nümunə sayıla bilər. Şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin daim diqqət mərkəzində saxlanılması, aztəminatlı ailələrin, sosial müdafiəyə ehtiyacı olan bütün şəxslərin dövlət qayğısı ilə əhatə olunmaları bu siyasətin nə qədər geniş dairəni əhatə etdiyini göstərir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdə Azərbaycanın Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük rolu vardır. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına, ölkəmizin beynəlxalq miqyasda təbliğ olunmasına mühüm töhfələr verir.
Hörmətli həmkarlar! Cənab prezident dövlət başçısı kimi fəaliyyətə başlayarkən belə bir ifadə səsləndirib: “Mən hər bir azərbaycanlının prezidenti olacağam”. Bəli, bu gün tam qətiyyətlə deyə bilərik ki, möhtərəm prezident İlham Əliyev hər bir azərbaycanlının prezidentidir və xalqımız öz lideri ilə qürur duyur.
Hörmətli həmkarlar! 60 illik yubileyi münasibəti ilə möhtərəm prezidentimizi təbrik etmək üçün Milli Məclisin deputatları adından təbrik məktubu hazırlanıb. Həmin təbrikdə Azərbaycan dövlətinə uğurla rəhbərlik edən möhtərəm prezidentimizə bizim ən xoş arzularımız çatdırılıb. İcazənizlə, cənab prezidenti yubiley yaşı münasibəti ilə bir daha ürəkdən təbrik edək, ona möhkəm cansağlığı, müstəqil Azərbaycanın sivil, demokratik, qüdrətli dövlət kimi inkişafı naminə fədakar fəaliyyətində yeni-yeni uğurlar arzu edək”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək