15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Deputat: “Vəzirov 50 yer təklif etdi, Elçibəy 100 yer istədi..."
Tarix: 23-01-2022 11:31 | Bölmə: Siyasət

"20 Yanvar Azərbaycan xalqının tarixində, müstəqilliyə doğru gedən yolda hələ də sirr pərdəsi açılmamış hadisələrdən biridir. Bu hadisə, həqiqətən də, Azərbaycan üçün böyük faciə oldu”.
Reyting.az xəbər verir ki, bu sözləri deputat, BQP başqanı, xalq hərəkatının fəal iştirakçılarından biri Fazil Mustafa "Yeni Müsavat”a açıqlamasında deyib.
Deputat mövzu ilə bağlı tarixə qayıdış edib və bildirib ki, həmin vaxtı Azərbaycan rəhbərliyini də anlamaq olar: "Çünki həm Moskvadan asılılıq çox böyük və hər hansı bir konkret, müstəqil qərar qəbul etmək imkanı yox, üstəlik də böyür-başda Moskvanın canişinləri oturub, Polyaniçko kimi çox yüksək səviyyədə hazırlıqlı bir kəşfiyyatçı və idarəçi əslində dövləti ələ keçirib. Eyni zamanda Rusiyadan, Kommunist Partiyasının rəhbərliyindən gələn şəxslər də tamamilə hakimiyyətin müstəqil qərar qəbul etməsini, danışıqlar aparmasını mümkünsüz edib. Həmçinin hakimiyyətdaxili mübarizənin də burda əhəmiyyətli rolu var. Bir çox halarda ittiham edirlər, amma əslində bəlkə də ən az rolu olan adamlardan biri Vəzirov idi. Hətta Rıjkov da açıqlamasında bildirdi ki, o, qoşunun Bakıya yeridilməsinə etiraz edirdi və Qorbaçova da bu barədə fikrini bildirmişdi. Eyni zamanda Vəzirov fevral ayında Azərbaycan Ali Sovetinə seçkilər keçirməyi nəzərdə tuturdu”.
F.Mustafa bu məqamda olduqca ilginc faktı açıqlayıb: "Hətta Vəzirov AXC rəhbərliyi ilə danışıqlar da aparmışdı. Əbülfəz Elçibəyə Allah rəhmət eləsin, özünün ifadə etdiyi bir görüşün fraqmentini bəlkə də şahidsiz olduğuna görə tez-tez söyləmək olmur, amma söylədiyinə iqtibas edərək deyirəm ki, Vəzirov görüşdə Xalq Cəbhəsinə 50 yer verə biləcəyini söyləmişdi. Bununla da siz Pribaltika yolu ilə daha yaxşı, uğurlu nəticələr əldə edə bilərsiniz və addım-addım demokratikləşməyə getmək olar. Onda hətta Əbülfəz bəy söyləmişdi ki, 50 yer azdır, 100 yer olsa, daha doğru variant olar. Vəzirov isə bildirmişdi ki, orda 100 nəfər sağlam adam tapmağın çox çətin olacaq, çünki biz onların hamısını, Xalq Cəbhəsinin elitasında olanları bir-bir araşdırmışıq. Sonradan mən belə başa düşdüm ki, AXC rəhbərliyində məsələ müzakirə olunanda "biz 360 yerə iddia edirik, ona görə də belə bir danışıqlara getmək olmaz” ifadəsi işlənib. Nəticə də ortaya bu formada çıxdı. Daha çox kütlənin rəğbətini qazanmaq istəyən, kütlənin simpatiyası ilə meydan aurasını öz üzərinə götürənlər – elə onun daxilində biz tələbələr də var idik, biz də bu hərəkatın ön sıralarındaydıq, radikal cinaha aid idik və bu gün həqiqətən də bütün mənəvi məsuliyyəti həm də bizlər daşıyırıq, mən şəxsən özümü söyləyirəm”.
Hərəkat üzvü etirafının davamında deyib: "Biz siyasi uzaqgörənlik keyfiyyətinə sahib deyildik, bunu açıqca söyləmək lazımdır. Yəni biz daha çox emosional duyğularla problemlərin çözülə biləcəyini və SSRİ-nin imkanlarını nəzərə almamaqla, xalqın dəmiri, daşı deşə biləcək qədər qüvvəyə malik olduğunu düşünürdük. Həm də Qarabağ məsələsi bizi xeyli çaşdırmışdı ki, biz ancaq xalq hərəkatını gücləndirməklə, silah əldə etməklə bu torpaqları ermənilərdən təmizləyə bilərik. Bütün bunlar hamısı siyasətdənkənar illüziyaları daha çox canımıza hopdurmuşdu. Ona görə də fransız inqilabının yaşadığı prosesi əslində biz də yaşamış olduq. Bu, o deməkdir ki, orda kütlənin, yaxud ayrı-ayrı burjuaziyanın, başqalarının gözünü qorxutmaq üçün kabinetdə edam barədə danışılırdı. Sonradan meydana yığışan xalq tələb edirdi ki, o edamı gerçəkləşdirin! Təqribən burda da belə olurdu, müəyyən bir radikallıq, kəskin mövqe sərgilmək üçün addımlar atılırdı, sonradan arxanca gələnlər bu addımların davam etməsini və konkretləşməsini istəyirdi. Necə ki, 1988-ci ildə əslində meydana bir günlük çıxıb, tələblər qoymağı nəzərdə tuturduq, amma kütlə yığışandan sonra tələb etdi ki, elə burda qalırıq, getmirik və buna da hamı tabe olmağa başladı”.
Deputat qeyd edib ki, böyük liderlərin əsas rolu bu kimi hallara qarşı müqavimət göstərməkdir: "Mən bilən o dövrdə bu gedişatla razılaşmayan, AXC-nin özünü sözdə liberal qanadı adlandıran hissəsi daha ilımlı yolu seçməyi düşünürdülər. Amma onlarda da yetərincə cəsarət yox idi ki, bu yolun vacib olduğunu göstərsinlər. Orada cəsarətli davranan bir Zərdüşt Əlizadə oldu. O, 7 yanvarda və AXC daxilində demokratiyanın olmadığını, fikir dinlənilmədiyini, qaragüruhçuluğun üstünlük təşkil etdiyini bir daha daxili mübarizədə göstərmiş oldu. Burda tək ağıllı yol o dövrün Azərbaycan hakimiyyəti ilə uclaşmaya getmək idi. Yəni ki, koordinasiya etmək lazım idi və Vəzirov da münasib adam idi. Mütəllibovun bu xarakteri yox idi, amma Vəzirov daha maraqlı və münasib adam idi, AXC ondan ağıllı formada istifadə etmədi. Nəhayət, alınan qərarlar ona gətirdi ki, barrikadalar qurulsun, müqavimət göstərək... Yenə də siyasi qərarlar o dərəcədə aşağı oldu ki... 1989-cu ilin 9 aprelində Tiflisdə baş verən qırğının ittifaq miqyasında geniş şəkildə müzakirə olunması bir növ hamını arxayınlaşdırmışdı. Belə bir vəziyyətdə SSRİ rəhbərliyi ikinci eyni addıma əl atmayacaq düşüncəsi beyinlərə hakim oldu”.
F.Mustafa qeyd edib ki, bu kimi məsələlərdə daha fərqli yol izləməyə ehtiyac var idi: "Amma siyasətdə nəticə baş verəndən sonra daha çox səhvləri görməyə başlayırsan”.
Qırğınla bağlı məsuliyyət məsələsinə gəldikdə, deputat bildirib ki, Azərbaycan Milli Məclisinin bu barədə tarixi qərarı var: "Artıq SSRİ adlı dövlət yoxdur ki, o masştabda bunu həll edəsən. Rusiya rəhbərliyinə də bununla bağlı hər hansı ittiham irəli sürmək hüquqi cəhətdən absurddur. Bu məsələni gündəmə gətirib, hüquqi müstəvidə müzakirə aparmağın da bir anlamı yoxdur. Burada söhbət mənəvi məsuliyyətdən gedir və hər kəs də mənəvi məsuliyyətini yəqin ki, tarixin verdiyi qiymət yönündə alacaq. Düşünürəm ki, burada ən böyük məsuliyyət SSRİ rəhbərliyinin üzərinə düşür. Sən qatilsən, qətliam törətmisən, vəhşilik etmisən! Amma buna rəvac verən addımlara gəldikdə, o dövrdə Azərbaycan rəhbərliyindən daha çox, bizim də daxil olduğumuz AXC rəhbərliyinin məsuliyyəti var. Biz daha uzaqgörən siyasət izləməliydik. Təbii ki, bunu indiki vəziyyətdə söyləyirik. O dönəmdə şəxsən mən olsaydım, yenə də dirəniş qərarını qəbul edərdim. Çünki o dövrün əhval-ruhiyyəsi, duyğuları, düşüncələri fərqli idi. Amma sual bu gün verildiyinə görə keçmişə baxıb, keçmişi səmimi təftiş etmək, proseslərə obyektiv yanaşmaq bizi gələcəkdə səhvlərdən qoruya bilər, deyə, bu məsələləri açıq söyləməyi mənəvi borc hesab edirəm. Bu cür məsələlərin təkrar olunma ehtimalı böyükdür. Çünki hər hansı bir siyasi lider kütlənin istər siyasi, istər dini, istər sosial cəhalətinə qarşı özünün konkret, qəti, inandırıcı mövqeyini ortaya qoymalıdır. Əks təqdirdə, 20 Yanvar baş verir, belə faciələri yaşayırsan. Ona görə də hətta Əbülfəz Elçibəy o dönəm Müdafiə Şurasının sədri seçilmişdi və faktiki olaraq AXC rəhbərliyində bəzən radikallarla bir az mötədil davrananlar arasında ortaq nöqtə tapmağa çalışırdı. Amma zaman göstərir ki, mötədil qüvələrin düşüncələrində də, radikalların yanaşmasında da əslində kütlənin idarə olunması prosesində daha cəsur davranmağa ehtiyac yaranır. Yəni bu fikirləri ortaqlaşdırmaq yerinə, daha populyar olmayan, zəruri olan, xalqı qırğından qoruyan və xalqı az itkilərlə irəlilədən yolu seçmək lazımdır. Bu gün də bu anlayışın daşıyıcıları meydan sulayırlar. Ona görə gələcəkdə də belə situasiyalar baş verə bilər. Çünki biz keçmişi doğru təhlil etməmişik”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək