15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Deputat: "Məni öldürməklə nə edəcəksiniz?" - Müsahibə
Tarix: 18-02-2022 13:29 | Bölmə: Siyasət

Reyting.az Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin APA-ya müsahibəsini təqdim edir:
- Məşhur videçəkilişin "Facebook”-da səhifənizə yerləşdirildiyi gün nə baş vermişdi?
- Mən keçən il dekabrda parlamentdə çıxışımda Azərbaycanın problemlərini 7 başlı əjdahaya bənzətmişdim. Demişdim ki, bu problemlərin öhdəsindən ancaq cənab Prezident gələ bilər. Çox təəssüf ki, o problemlər kənarda qaldı, bir çoxu bunu lağlağıya çevirdi. Məsələn, "Meydan TV”-də 200 əjdaha profili ilə mənə sataşmağa çalışdılar. O vaxtdan şifahi formada da mənə belə sataşmalar olurdu. Fevralın 15-də Milli Məclisin iclasında iştirak etdim, sonra da yeni köməkçi götürməklə bağlı prosedurlarla bağlı evə gəlməkdə gecikdim. Saat 5-dən sonra evə gəldim. Evdə yalnız həyat yoldaşım idi. Gördüm ki, qapıda açar taxılan yerə balaca bir kağız qoyulub. Açıb oxuyandan sonra dərhal fotoşəklini çəkdim, yerinə qoydum ki, lazım olar.
- Kağızda nə yazılmışdı?
- Kağızda bir insanın adı, Moskva ünvanı vardı, yazılmışdı ki, bu insan səni əjdaha kimi udacaq. Birinci mərtəbədə videokamera var, bizim mənzil olan ikinci mərtəbədə videokamera yoxdur. Üçüncü mərtəbə otelə məxsusdur, oradan da çıxış həyətə düşür. Gün ərzində də otelə onlarla adam gəlir.
- Kağızda adı yazılan adamı tanıyırsınız? Adı, kimdir, hansı peşə sahibidir?
- Tanımıram. İndi o kağızda yazılan adamın adını çəksəm, istintaqın gedişinə ziyanı olar. Məsləhət olub ki, bu məsələ müvafiq şəkildə araşdırılsın. Mən özüm də hazırda kağızdakı şəxsin adının açıqlanmasının tərəfdarı deyiləm. Çünki kağızda adı yazılan deyil, bu əməli üçüncü qüvvələr etmiş də ola bilər. Bu məsələ həm də Moskvada araşdırılır.
- Niyə müvafiq qurumlara müraciət etmədiniz, sosial şəbəkə üzərindən müraciət yaydınız?
- Birinci, hüquqi müstəvidə hərəkət edərək, lazımi qaydada məlumat verdim. İkinci, bu, əqidə məsələsidir ki, məni öldürməklə nə edəcəksiniz? Əlimdəki əjdaha da simvolik məsələ idi. Yəni ola bilər ki, mənə qarşı bunu təşkil edən parlamentdə çıxışımda əjdahaya bənzətdiyim həmin rüşvətxorlar, korrupsionerlərdən biri idi. Çünki Prezidentə müraciət etmişəm ki, bu problemləri yaradanlarla bağlı məsələni kökündən həll etmək, bu problemləri, bahalığı, inhisarçılığı yaradanların, bu əjdahaların başını kəsmək lazımdır. Videogörüntüyə baxanlar, duyan da duyur k, əlimdəki əjdaha simvolik məna daşıyır.
Çoxu başa düşür, onlara təşəkkür edirəm. Amma Əvəz Zeynallı kimilər var ki, mənimlə düşmənçilik edir. Qərəzlidir, insanı gülüş hədəfinə çevirməyə çalışırlar. Mən dövlətimin, millətimin gələcəyinə bağlı insanam, ancaq belə məsələləri lağlağı obyektinə çevirirsən! Yaxşı ki, şərhlərdə ona cavab verirlər ki, Əvəz bəy, ayıbdır. Belə adamlar, düşmənlər də çoxdur, başa düşmürlər ki, söhbət tək Tahir Kərimlidən getmir. Bu, dövlətin dərin qatlarında gedən çox ciddi bir prosesdir. Biz istəyirik ki, insanlarımız rifaha qovuşsun. Bunun qarşısını kəsən əjdaha başlarını da kəsmək istəyirik, bu insanlar məni lağ obyektinə çevirirlər. Görün, nə qədər cılız adamlardılar.
- Ancaq cəmiyyətdə suallar var ki, Tahir Kərimli deputatdır, sözünü parlamentdə deyə bilər, parlamentdə təmsil olunan partiyanın rəhbəridir, dövlətin müəyyən strukturlarına çıxışı var. İnsanlar deyirlər ki, belə olan halda Tahir Kərimlinin "Facebook”da bu cür müraciəti ona nə dərəcədə yaraşır, kimə müraciət edir, bu, nə müraciətdir?
- Əvvəla, mən tək deputat deyiləm, həm də insanam. Gəncliyimdən Təbriz, Böyük Azərbaycan sevdalısı olmuşam. Həm də müraciəti sosial şəbəkədə ona görə yaydım ki, məni öldürsələr, nəsə etsələr, bilinsin ki, niyyətim nədir. Bu, əslində, xalqa müraciət idi. Mən də, dostlarım da sonra bu müraciəti sosial şəbəkələrdən yığışdırdıq, amma artıq gec idi. Artıq saytlar, digərləri müraciəti götürmüşdü, qabağını ala bilmədik. Amma mən məsələnin bu qədər dərin olacağını bilmirdim. Fikirləşirdim ki, yaddaşda qalar, birdən başıma iş gələndə bilsinlər ki, Tahir Kərimli bu sevda ilə yaşayan adam olub. Gənclərə, cəmiyyətimizə müraciət edirdim və dərindən dinləsələr, başa düşərlər. Bunu bir vəsiyyət kimi etdim. Mənim "Facebook”-da rəsmi səhifəm var, məlumatları ora başqası qoyur. Dedim, müraciət qoyuldu. Amma mən gözləmirdim ki, müraciətə müsbət reaksiyalarla bərabər, belə mənfi reaksiyalar da olar. Mən hüquqi müstəvidə addım atmışdım, bu, ancaq əqidə müstəvisində müraciətim idi.
- Müraciəti nə vaxt çəkdiniz və "Facebook”-a nə vaxt qoyuldu?
- Parlamentdən saat 5-dən sonra gəlib o kağızı gördüm, evdə ancaq həyat yoldaşım idi. Dərhal otağa girib qapını bağladım, müraciəti edib, yerləşdirmək üçün bacım oğluna göndərdim. Ailəm illərlə əzab çəkib, təqiblərə məruz qalıb, evimin qapısında iki güllə izi olub, ona görə də ailəmin bunu bilməsini istəmədim. Bu müraciəti dərhal etdim. Çünki bilirdim ki, 15-20 dəqiqədən sonra əsəbim soyuyacaq, bu addımı atmayacam. Fikirləşdim ki, bunlara bir əqidə müstəvisində də cavab verim. Videoçəkilişi bacım oğluna göndərdim, yayıldı.
- Bu müraciəti sosial şəbəkədə yerləşdirməyə qərar vermişdinizsə, sonradan silməyinizin seçicilərinizdə, cəmiyyətdə necə qarşılanacağını düşündünüz? Çünki cəmiyyətdə belə fikir var ki, deputat yüz ölçüb, bir addım atmalıdır, üzərində məsuliyyət var, yetkin insanlardır. Deyilir ki, yaxşı, müraciəti qoymuşdu, sonra niyə sildi?
- Müraciətin "Facebook” səhifəmdən çıxarılması sonradan ailəmin müqaviməti ilə bağlı oldu. İkincisi, artıq bu müraciət o qədər geniş yayıldı ki, artıq onun çıxarılmasının da əhəmiyyəti yox idi. Ailənin təzyiqi ilə bu görüntünü çıxardım. Dövlət tərəfindən bununla bağlı mənə hər hansı təsir də olmayıb.
- Sizi bir insan kimi xarakterizə edən tanınmış simalardan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli demişdi ki, Tahir Kərimli aldanmış kəvakib obrazıdır. Başqa bir şəxs də sizin haqqınızda bildirmişdi ki, Tahir Kərimlidə hiber emosiya problemi var. O müraciətə baxanlardan bəziləri isə deyir ki, Tahir Kərimli normal durumda deyil. Hətta içki qəbul etdiyinizi düşünənlər də var. Bütün bunlar barədə nə deyə bilərsiniz?
- Əvvəla, mən içki içmirəm, mində bir dəfə hansısa məclisdə ola bilər. Mən ömrümdə araq içməmişəm. Bu, içki məsələsi deyil. Sadəcə, özümün başa düşülməməyim, doğurdan da, həmişə mənə psixoloji təsir edib. Məsələn, sistemə qarşı mübarizə aparırdım, mənə o vaxt dedilər ki, öz yerlin Ayaz Mütəllibova qarşı mübarizə aparırsan, başa düşmürsən ki, onu başqa bir region yıxmaq istəyir. Ayaz Mütəllibov yıxıldı, bütün şirvanlılar mənə düşmən oldu. Məni başa düşmədilər ki, əqidə mübarizəsi aparıram, məni maraqlandırmır, şirvanlıdır, naxçıvanlıdır, qarabağlıdır. Ondan sonra rəhmətlik Əbülfəz Elçibəyə dedik ki, prezident olma, gəlib prezident oldu. Sonra dedik ki, bizi qoyub getmə, getdi. On illərlə başımız müsibətlər çəkdi. O vaxt da parlamentdə çıxışımda dedim ki, niyə belə hərəkətlər etdin? Bu dəfə də Xalq Hərəkatının üzvləri mənə düşmən oldu.
Belə oldu ki, hakimiyyətlə münasibətdə mərkəzçi mövqe tutmağa qərar verdik. Bu dəfə də yeni düşmənlər qazandıq. Dedilər ki, Tahir hakimiyyətlə işbirliyinə getdi. Mən heç vaxt heç kimlə danışıq aparıb deputat olmamışam. Danışıq aparan Cəbhə, Müsavat, AMİP olub. Onlara ittiham yoxdur, bizi ittiham edirlər. Təsəvvür edin, 7 ildir ki, deputatam. Qohumlarımdan, partiyadaşlarımdan, ən yaxın insanlardan biri də vəzifəyə qoyulmayıb. Bu insanlar da deyirlər ki, yaxşı, özün deputatsan, biz niyə işsiz qalmışıq? Ali təhsilli hüquqşünas bacım oğlu taksi sürsün, qardaşlarım işsiz olsun! Səkkiz bacı-qardaşıq. Sovet dövründə evlərimiz, maşınlarımız, dolanışığımız olub. Hamısı deyir ki, Tahir, müstəqilliyin arxasınca getdik ki, ac, yalavac qalaq! Müharibə başlayan kimi, övladımı cəbhəyə göndərmişəm, heç reklam da etməmişəm. Babamın qardaşı 1918-ci ildə şəhid olub. Əmim müharibədə şəhid olub. Bacım oğlu Qarabağ müharibəsində şəhid olub. Azərbaycanın bütün mübarizə mərhələlərində şəhidlər vermişik. Mənim atam ensiklopediyada xüsusi qeyd olunmuş, Şamaxı və Göyçay qəzalarında qaçaqlıq etmiş qaçaq Zahidin sonbeşik övladı olub, qaçaq Zahidin nəvəsiyəm. Atam, biz, ömrümüz boyu heç vaxt öz mənafeyimizi güdməmişik, xalqın mənafeyini gözləmişik, xalq üçün qurban vermişik, var-dövlət toplamamışıq. Məsələn, bu gecə Ağsuya gəlmişəm, qardaşımın bir daxmasına sığınmışam. Bu qədər üzərimizə ittihamlar, ləkələr, sonra da dürüst olduğun halda başa düşülməmək… Hanı mənim villalarım? Nə özümün, nə övladlarımın, nə qardaşlarımın adına bir avtomobil var? Başa düşülməmək məndə narahatlıq yaradır. Ona görə də "Facebook”-da müraciətim sanki mənim bir vəsiyyətim idi.
- Siz belə çıxışlar edəndə bəziləri irad tutur ki, deputatdır, partiyası parlamentdə təmsil olunur, dövlət də partiyaya büdcədən kifayət qədər vəsait ayırır, məntəqə və dairə seçki komissiyalarında yerlər ayrılır, bu niyə yaxınlarının vəzifələrdə olmamasından şikayətlənir...
- Məgər başqalarının partiyaları parlamentdə təmsil olunmur, dövlət büdcəsindən maliyyələşmir? Niyə hamının qohum-əqrəbası vəzifədə işləyir, mənimki işləmir? Mən deputat maaşımı kreditə verirəm. Mən özüm üçün ağlamıram. 22 il evimə 1 manat pul gəlməyib. Ağlamıram, bu gün şükür edirəm ki, əməkhaqqı alıram, dolanıram. Əgər başqalarının özlərinə, yaxınlarına hər cür şərait yaradılırsa və bu, normal haldırsa, qoy olsun...
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək