15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
ABŞ Çini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək istəyir
Tarix: 03-03-2022 20:03 | Bölmə: Siyasət

Amerika Çini Ukrayna böhranında Rusiya ilə sıx əməkdaşlıqdan çəkindirmək istəyir. Reyting.az-ın məlumatına görə, ABŞ-ın “Wall Street Journal” qəzetində dərc olunan məqalədə belə deyilir.
Bildirilir ki, Çini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək üçün Vaşinqton ilk növbədə Pekinin Ukraynadakı müharibədən ziyan çəkməsinə, yaxud ziyan çəkəcəyinə inanmasına çalışır: “ABŞ prezidenti Cozef Bayden administrasiyasının təmsilçiləri deyirlər ki, Vaşinqton bu məqsədə nail olmaq üçün Moskva ilə Pekin arasındakı istənilən fikir ayrılığından yararlanmağa cəhd edir. Rusiya Ukraynaya irimiqyaslı hücuma keçib. Belə bir dövrdə Çin ya Rusiyanı dəstəkləməli, ya da Avropa, ABŞ və dünyanın digər hissəsi ilə mühüm iqtisadi əlaqələrini qoruyub saxlamaq yolunu tutmalıdır. Vaşinqton istəyir ki, Pekin məhz belə bir seçim qarşısında qalsın və konkret seçim etməyə vadar olsun.
Amerikalı rəsmilər xəbərdarlıq edirlər ki, Çin şirkətləri və bankları Rusiyaya sanksiyalardan, xüsusilə bəzi texnologiyaların bu ölkəyə ixracına qoyulan qadağalardan yayınmaqda kömək etməyə çalışsa, Pekin özünü zərbə altında qoyacaq. ABŞ Dövlət Departamenti bəyan edib ki, hər hansı ölkə, o cümlədən Çin sanksiyaların tətbiqinə mane olsa, onun özü sanksiyalar altına düşə bilər”.
Məqalədə bildirildiyinə görə, Ağ ev Çini Ukraynanın işğalı ilə bağlı aydın ictimai mövqe sərgiləməyə məcbur etmək üçün beynəlxalq forumlardan da yararlanır:
“Vaşinqton BMT Təhlükəsizlik Şurasına Rusiyanın Ukraynadan çıxmasını tələb edən qətnamə layihəsi təqdim etmişdi. Fevralın 27-si Rusiya bu qətnamənin qəbuluna veto qoyanda bitərəf qalanlardan biri də Çin oldu. Vaşinqton bunu narazılıqla qarşıladı. ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild bitərəf qalan ölkələrin Rusiyanın təcavüzkar və təxribatçı addımlarına şərik olduğunu vurğuladı.
Daha sonra martın 3-də Vaşinqton BMT-nin İnsan Hüquqları Şurasının Ukraynadakı vəziyyətlə bağlı Cenevrədə xüsusi iclası və BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynada hərbi əməliyyatlarını pisləyən qətnamənin qəbulu zamanı da Çinə təsir göstərib onu bitərəf mövqe tutmaqdan çəkindirməyə, yəni Çini Rusiyadan ayırmağa çalışdı. Lakin Çin yenə bitərəf mövqe tutdu.
Bayden administrasiyasının nümayəndələri düşünür ki, Çini Rusiyaya dəstəyi azaltmağa məcbur etmək cəhdləri nəticə versə, bu, Ukrayna məsələsində Moskvanın əl-qolunu daha yaxşı bağlaya, Çinlə Rusiyanın digər məsələlərdə də birgə hərəkət etmək imkanlarını məhdudlaşdıra və Kremldə Pekinin etibarlı tərəfdaş olmasına şübhə yarada bilər.
Amerikalı rəsmilər deyirlər ki, Vaşinqtonun və onun avropalı müttəfiqlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalar və başqa sərt tədbirlər həm də Tayvanla bağlı Pekinə bir siqnaldır. Pekin Çin ərazisi saydığı, demokratik yolla idarə olunan adaya – Tayvana hücum etsə, nələrlə qarşılaşacağını bilməlidir. ABŞ prezidenti Cozef Baydenin administrasiyası açıq təcavüzün və beynəlxalq qaydaları pozmağın hansı nəticələrə gətirib çıxaracağını Çinə anlatmağı, Pekinə bu istiqamətdə xəbərdarlıq olunmasını vacib sayır”.
Məqalədə deyilir ki, Rusiya Ukraynaya hücuma keçəndən Pekin bu məsələdə ictimai mövqeyini balanslaşdırmağa çalışır:
“Pekin bir yandan Kiyevlə Moskvanı danışıqlara çağırır və bununla Rusiya ilə tərəfdaşlığını saxlamağa cəhd edir, o biri yandan da milli suverenitetin qorunması və müdaxilənin yolverilməzliyi prinsipinə sadiqliyini bəyan edir. Ukrayna ilə geniş ticarət və investisiya əlaqələri olsa da (Çin Ukraynadan qarğıdalı və buğda idxal edən əsas ölkədir), Pekin balans yaratmağa çətinlik çəkir”.
10 ilə yaxındır Çin Xalq Respublikasına Si Cinpin sədrlik edir. Bu müddətdə Çinlə Rusiya bir-birinə xeyli yaxınlaşıb. Si Cinpinlə 20 ildən çoxdur Rusiya Federasiyasına rəhbərlik edən Vladimir Putin arasında sıx münasibətlər yaranıb: “Bu yaxınlıq 1950-ci ildən sonra ABŞ-ı zəiflətmək məqsədilə Sovet İttifaqı ilə Çin arasında formalaşmış əməkdaşlıq səviyyəsindədir. 2022-ci ilin fevralında, Ukraynaya hücum ərəfəsində Vladimir Putin Çinə səfər edərək Pekində keçirilən Qış Olimpiya Oyunlarının rəsmi qonağı oldu. Həmin vaxt Si Cinpinlə Vladimir Putin öz yaxın münasibətlərini dünyaya nümayişkaranə şəkildə bəyan etdilər”.
Məqalədə xatırladılır ki, ötən ilin payızında Rusiya Ukrayna sərhədi boyunca qoşun yığanda ABŞ rəsmiləri gözlənilən işğalı dayandırmaq üçün Pekinin Moskvaya təsir etməsinə çalışıblar. Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasına az qalmış ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Vanq Yi ilə iki dəfə danışıq aparıb. Hər iki danışıqda məqsəd rus işğalını dayandırmaq üçün Pekinin Moskvaya təsir imkanlarından istifadə etmək olub”.
“Wall Street Journal” Amerikanın sabiq məmurlarına istinadla yazır ki, Cozef Bayden ABŞ-ın vitse-prezidenti, Si Cinpin Çin Xalq Respublikası sədrinin müavini olduğu dövrdə onların arasında işgüzar münasibətlər olub (Bayden 2009-2017-ci illərdə vitse-prezident, Si Cinpin 2008-2012-ci illərdə sədr müavini postunu tutub).
Amma bugünlərdə prezident Baydenə Rusiyanı təcrid etmək üçün Çini köməyə çağırıb-çağırmadığı haqda sual veriləndə o, hələlik bu məsələni şərh etməyə hazır olmadığını bildirib.
Ağ evin mətbuat katibi Cen Psaki isə Rusiyanın Ukrayanaya müdaxiləsindən sonra bəyan edib ki, Bayden dünya liderlərinin Putinin təcavüzkar siyasətinə qarşı çıxmasını, həm də tək bununla kifayətlənməyərək birbaşa Ukrayna xalqına dəstək nümayiş etdirməsini vacib sayır: “Prezident Bayden hesab edir ki, indi gizlənmək, yayınmaq, durub hadisələrin hara getdiyini gözləmək zamanı deyil”.(Novator.az)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək