15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycan İsraildə səfirlik açır: Bakı Tehran-Təl-Əviv balansını pozur?
Tarix: 09-04-2022 13:44 | Bölmə: Siyasət

İsrail Dövlətinin Prezidenti İshaq Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məktub ünvanlayıb. Məktubda cənab Hersoq iki ölkə arasında mövcud münasibətlərin inkişafından və bir sıra digər məsələlərdən bəhs etsə də bir məqam xüsusilə diqqət çəkir.
İshaq Hersoq İlham Əliyevə məktubunda qeyd edir:
"İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə yeni səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq.
Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.
Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim".
Ümumiyyətlə, Azərbaycanın İsraildə səfirlik açmaq niyyəti hər zaman olub. Bu mənada bu yeni bir hadisə deyil. Bu istiqamətdə işlərin görüldüyü öncədən bəlli idi. Lakin ilk dəfədir ki, bu məsələ İsrail prezidenti səviyyəsində elan edilir.
Cənab Hersoq qeyd edir: "Ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi əlamətdar hadisənin şahidi olacağıq".
Buradan belə qənaətə gəlmək olar ki, rəsmi Bakı hələlik İsraildə səfirlik açmayıb. Ancaq bu istiqamətdə işlər görülür.
Hersoq daha sonra qeyd edir ki, bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq. Yəni yaxın zamanlarda Azərbaycan İsraildə ilk növbədə ticarət və turizm nümayəndəliyi açacaq. Hansı ki, bu sonrakı mərhələdə səfirliyin açılmasını zəruri edəcək.
Səfirlik nə zaman açılacaq?
İsrail prezidenti Azərbaycanın İsraildə səfirliyinin açılacağını qeyd etsə də, bu hadisənin nə zaman baş verəcəyinə dair konkret vaxt demir. Ancaq Hersoqun, "Mən Azərbaycanın səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim", - sözləri onu deməyə əsas verir ki, bu hadisə gələn il prezident İlham Əliyevin İsrailə rəsmi səfəri zamanı baş tuta bilər.
Səfirlik hansı şəhərdə açılacaq?
Hazırda ən aktual suallardan biri də məhz Azərbaycanın İsraildəki səfirliyinin hansı şəhərdə açılmasıdır. Başda ABŞ olmaqla, bir çox ölkə Təl-Əvivdəki səfirliyin Qüdsə köçürməsi istiqamətində qərarlar qəbul edib. Ancaq hesab etmirəm ki, rəsmi Bakı belə bir addım atsın. Məsələ ondadır ki, Azərbaycan da müsəlmanların çoxluq təşkil etdiyi ölkədir və Qüds məsələsində həssas insanların sayı kifayət qədərdir. Digər tərəfdən, rəsmi Bakı Türkiyə faktoruna görə heç vaxt səfirliyi Qüdsdə açmaz. Bu mənada mümkündür ki, Azərbaycanın İsraildəki səfirliyi məhz Təl-Əvivdə açılsın.
Bakı Təl-Əviv ilə Tehran arasında balansı pozur?
Aydın məsələdir ki, rəsmi Bakının bu illər ərzində İsraildə səfirlik açmamasının bir sıra səbəbləri var. Bunlardan biri də İran faktorudur. Rəsmi Tehran Azərbaycan-İsrail münasibətlərini hər zaman özü üçün potensial təhdid görüb. Hətta bunun qarşısını almaq üçün illərlə ölkədəki şiə inancına bağlı təbəqə arasında anti-israil düşüncəsi təbliğ edilib.
Azərbaycan isə öz növbəsində Qarabağ problemi ilə əlaqədar İsrail ilə İran arasında hər zaman balans siyasəti yeritməyə məcbur olub. Ancaq bu gün bu balansın pozulduğunu demək olar. Əslində bunun bır sıra səbəbləri var, lakin hesab edirəm, ən önəmli səbəb 44 günlük müharibə zamanı Tehran və Təl-Əvivin sərgilədiyi mövqedir.
Məlum olduğu kimi, İran 44 günlük müharibə zamanı Ermənistana göndərilən hərbi yardımın öz hava və quru məkanından keçməsinə şərait yaratdı. Müharibə sonrası məlum İran-Azərbaycan gərginliyini də bu balansı pozan amillərdən hesab etmək olar.
İrandan fərqli olaraq İsrail isə 44 günlük müharibə zaman Azərbaycana hərtərəfli yardım edib. Bu və digər səbəblər rəsmi Bakının bu iki ölkə arasında balans siyasətindən imtina etməsinə gətirib çıxara bilər.
Ankaranın mövqeyi necə olacaq?
Azərbaycanın İsraildə səfirlik açması Ankaranın da maraqlarına uyğundur. Ümumiyyətlə, Türkiyə ilə İsrail arasında gərginliyin olduğu bir dövrdə belə Azərbaycan iki ölkə arasında uzlaşmanın əldə edilməsinə səy göstərib. Rəsmi Bakı Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşması istiqamətində əlindən gələni edib. Bu gün də davam edir.
Hesab edirəm Türkiyə İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafı baxımından Azərbaycanın İsraildə açacağı səfirlik mühüm əhəmiyyət kəsb edir.
Türkiyə hazırda regionda enerji daşıyıcısı ölkə olmaq niyyətindir. İsrail də öz növbəsində "Tamar” və "Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur. Bunu Ankara da yaxşı bilir. Türkiyə onu da bilir ki, o, enerji ölkəsi deyil. Əksinə, Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Ankara "EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə, onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir. Bütün bunların baş verməsində ən önəmli məqam isə Azərbaycanın İsraildə səfirlik açmasıdır. Bu baş versə regionda Türkiyə-İsrail-Azərbaycan strateji iqtisadi əməkdaşlığı daha da inkişaf edə bilər.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək