15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İki dövlətin birləşməsinə fürsət yarana bilər
Tarix: 12-05-2022 16:34 | Bölmə: Siyasət

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə rəsmi Kremlin gücünü günbəgün tükədir. Rəsmi Moskva müharibəni inadla davam etdirmək istəsə də, muharibənin uzanması Kremlə əlavə problem yaradır. Bundan başqa, Rusiyanın Ukrayna müharibəsində məğlub olması “arxa baxçası” adlandırdığı bir çox regionda, konkret ölkələrdə nüfuzunu itirməsi ilə nəticələnə bilər. Belə ölkələrdən biri də Moldovadır.
Rusiyanın Ukraynada məğlub olub geri çəkilməsi ən çox Moldovanın maraqlarına uyğundur. Belə ki, rəsmi Kişinyov Ukrayna müharibəsi gedişində Kremlin ehtimal hədəf ölkələrindədir. Hətta bir müddət öncə Moldovanın Dnestryanı bölgəsində separatçı respublikanın paytaxtı Tiraspol şəhərində, "dövlət təhlükəsizlik nazirliyi"nin binası yaxınlığında partlayış baş vermişdi. Hadisə sonrasında Moldova prezidenti Maya Sandu Dnestryanıda baş verən hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmış, Rusiya silahlı bölmələri isə tanınmamış Dnestryanıda tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.
Rusiya keçmiş MDB ölkələri içərisində ən çox Moldovaya təsir etmək gücünə sahibdir. Belə ki, Moskva Kişinyova tanınmamış Dnesteryanı Qaqauziya və ya daxildəki rus meyilli qüvvələr üzərindən uzun illərdir təzyiq edir. Bu mənada Rusiyanın Ukrayna ilə müharibədə məğlub olması ya da “pir qələbə” qazanması Kişinyovun maraqlarına uyğundur.
Kremlin təzyiqi olmasa Unionizm hərəkətı qalib gələr!
Unionizim hərkatı çox bilinməsə də dünyanın ən köklü hərəkatlarındandır. Rumın dilində “Unirea” birlik deməkdir. Rumıniya və Moldovanın birləşməsi, ya da unionizm hərəkatı, Moldova və Rumıniyanın müasir dövlətlərində fərqli xüsusiyyətlərə və fərqli dəstək səviyyələrinə sahib olan ictimai və siyasi-iqtisadi hərəkatdır.
Bu ideya uzun bir tarixə sahibdir və XIV əsrdə ilk orta əsr Dunay knyazlıqlarının yaranmasından ta bu günə qədər davam edir.
Prinsip etibarilə moldovan deyə bir xalq yoxdur. Bu gün özünü moldovan adlandıranlar əslində rumınlar ilə eyni millətdir. 1918-ci ildə Kişinyovda yerləşən yerli idarəetmə orqanı qonşu ölkə ilə birləşmə qərarı verdikdən sonra Rumıniya ordusu Moldovaya daxil olub. 1940-cı ilin iyununda Sovet İttifaqı Moldovanı öz ərazisinə qatsa da, 1991-ci ildə Kişinyov müstəqilliyini qazana bilib.
Moldova müstəqil olduqdan sonra bu bir millətin iki dövlətinin birləşməsi yenidən gündəmə gəldi. Panrumınizm hərəkatı hər iki dövlətin siyasi ritorikasında əsas yeri tuturdu. Dövlətin rəsmi dili rumın dili, rəsmi dövlət valyutası isə leu olan Rumıniya və Moldovada XX əsrin sonlarına yaxın birləşmə hərəkatı bir qədər zəifləsə də XXI əsrin ikinci onilliyində yenidən gücləndi. Rumınlar Moldova ilə birləşmənin və Moldavanın Avropa İttifaqına inteqrasiyasının tərəfdarıdırlar. Hətta 2018-ci ildə Rumıniya Parlamenti tarixən “Bessarabiya” kimi tanınan bugünkü Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümü münasibətilə keçirdiyi birgə anma toplantısında Moldova ilə inteqrasiya niyyəti haqqında deklarasiyanı açıq elan etdi.
Moldovada isə vəziyyət bir qədər fərqlidir. Belə ki, moldovanlar əsrlərlə davam edən rus işğalının nəticəsi kimi bu birləşməyə rumınlar qədər maraq göstərmirlər. Eks-prezident İqor Dodon hakimiyyəti dövründə moldovanların təxminən 60 faizi birləşmə əleyhinə idi və ruspərəst mövqe sərgiləyirdi.
Moldovanın indiki prezidenti xanım Maya Sandu isə Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibəyə qədər bu məsələdə neytral mövqe sərgiləyirdi. Misal üçün, xanım Sandu Rusiya-Ukrayna müharibəsi öncəsi “Jurnal” TV-yə müsahibəsi zamanı iki ölkənin birləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən demişdi ki “Bu, yalnız xalqın dəstəyi ilə mümkündür. Hələ ki, xalq bunu istəmir və ya həmin hədəfi dəstəkləyən kritik kütlə hələ formalaşmayıb”.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi sonrası Kişinyovun da ehtimal hədəf olması xanım Sandu başda olmaqla, bir çox siyasi elita nümayəndəsinin Unionizm hərəkatına yanaşmasını dəyişdi. Hətta Moldovanın sabiq baş naziri Yuri Lyanke ölkəsinin hərbi təhlükəyə qarşı NATO və Avropa İttifaqının müdafiəsini təmin etməsi üçün Rumıniya ilə birləşməli olduğunu deyib. Moldova qanunvericiliyə görə, belə məsələlər respublika referendumuna çıxarılmalıdır.
Sandu nədən ehtiyat edir?
Hesab edirəm, indiki məqamda xanım Sandunu narahat edən bir sıra məqamlar var:
Birincisi, aydındır ki, Rumıniya və Moldovanın yenidən birləşməsinin öz xərcləri var. Moldova isə belə bir xərci qarşılayacaq iqtisadiyyata sahib deyil. Rəsmi statistikaya görə, Moldova Avropanın ən kasıb ölkələrindəndir. Lakin Moldovanın Rumıniyaya birləşməsinin faydaları da var. Belə ki, Moldova və Rumıniyanın birləşməsi ilk növbədə əhali artımının 1/6 çoxalmasına gətirib çıxara bilər. İqtisadi baxımdan isə bu birləşmə illik 1,5-2 faizlik, ümumi isə 4 faiz iqtisadi artıma səbəb olar. Bundan başqa, Moldovanın Rumıniyaya birləşməsi investisiya cəlbediciliyinin artması, daxili bazarın böyüməsi, bankların və iri biznes şirkətlərinin genişləndirilməsi ilə də nəticələnə bilər.
İkincisi, mümkündür ki, xanım Sandu bu müsbət dividentləri bilir, lakin daha ciddi risklərdən ehtiyat edir. İndiki məqamda ən çətin məsələ Dnestryanı və Qaqauziyadır. Kremlin belə bir birləşməyə razı olmayacağı ortadadır. Xüsusilə bu narazılığını qaqauzlar üzərindən sərgiləyir. Qaqauzlar Moldovanın Rumıniyaya birləşmsi halında öz müqəddaratını təyin edəcəyinə dair Kişinyova bir neçə dəfə xəbərdarlıq edib.
Bütün bunlara baxmayaraq Rusiyanın Ukrayna ilə müharibədə qələbə qazanması mümkün görünmür. Kreml hər gün gücünü biraz da tükədir. Rusiya müharibədə məğlub olsa, bu gün Baltik ölkələri və Polşada olduğu kimi, Ukrayna və Moldovaya da təzyiq imkanları zəifləyəcək. Bu isə rumınlara tarixi birləşmə üçün ən ideal fürsəti verəcək.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək