15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qüdrət Həsənquliyev: “Manipulyativ və dözümsüz davranışı Valeh Ələsgərova yaraşdırmadım”
Tarix: 27-05-2022 18:44 | Bölmə: Siyasət

Bu gün “Ələt azad iqtisadi zonası haqqında” qanuna əlavə və düzəlişlər müzakirə olunarkən BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin çıxışından sonra Valeh Ələsgərov deputatlara səbr arzuladı və xüsusi vurğuladı ki, layihə Prezident Administrasiyası da daxil olmaqla bir çox dövlət qurumlarında müzakirə olunub, heç kim Konstitusiyaya zidd heç nə aşkar etməyib və layihə Azərbaycan prezidentinin imzası ilə Milli Məclisə daxil olub. Görəsən, Q. Həsənquliyevin çıxışının hansı hissəsi Ələt azad iqtisadi zonasının idarəetmə qurumunun sədri V. Ələsgərovu qıcıqlandırıb?
Reyting.az-ın xəbərinə görə, Q. Həsənquliyev bu suala cavabında bildirib ki, V. Ələsgərov indiki təyinatına qədər uzun illər vitse-spiker olmasaydı emosional bir təsərrüfat işçisi kimi dediklərinə əhəmiyyət verməmək də olardı: “Lakin vitse-spiker kimi ona hər zaman hörmətlə yanaşmışam. Əvvəla, nəzərə almır ki, Azərbaycan prezidenti qanun layihələrini Milli Məclisə müzakirə üçün göndərir. Milli Məclis nə toy məclisi deyil ki, ancaq tərif deyilsin, nə də notarial orqan deyil ki, layihələri müzakirələrsiz təsdiq edib geri qaytarsın.
İkincisi, Azərbaycan prezidentinə dövlət başçısı kimi hamımızın hörməti var və Milli Məclisin müzakirəyə çıxardığı layihələrin təqribən 99.99 faizi prezidentin imzası ilə gəlir.
Bundan başqa, prezident Milli Məclisin açılış iclasında da söylədi ki, o, Milli Məclisdən keyfiyyətli qanunlar gözləyir.
Mənim fikirlərimlə Valeh Ələsgərov razı olmaya da bilər, necə ki,Tahir Mirkişili də razılaşmadı, amma fərqli mövqeyini ədəb çərçivəsində ifadə etdi. Sözün doğrusu, o cür manipulyativ və dözümsüz davranışı Valeh Ələsgərova yaraşdırmadım. Arqumentlər zəif olanda gərək şəxsiyyətə hücum etməyəsən.
Sualınızın ikinci hissəsi ilə əlaqədar isə düşünürəm ki, onu qıcıqlandıran bəzi dəyişikliklərin Konstitusiyaya zidd olmasını əsaslandırmağım, dəyişikliklərin sahibkarlar arasında ayrı-seçkiliyə yol aça biləcəyi ilə bağlı narahatlığımı ifadə etməyim oldu”.
Q. Həsənquliyev xatırladıb ki, Ələt azad iqtisadi zonası gömrük rüsumlarından və vergilərdən azad ərazi kimi ölkəyə xarici investisiya cəlb etmək məqsədilə yaradılıb: “İndi yerli şirkətlərə də ixracı stimullaşdırmaq adı ilə həmin ərazidə fəaliyyət imkanı yaradılır və Qanunun 24.2-ci maddəsinə görə, onlar Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürə biləcəklər (yəni ofşorlara).
İxracı stimullaşdırmaq lazımdırsa, qəbul edilən qərarlar bütün sahibkarlara şamil olunmalıdı.
Prezident qeyri-neft sektorunda ixracı stimullaşdırmaq üçün “İxracın və investisiyaların təşviqi” Fondu yaradıb və ixrac olunan malın gömrük dəyərinin 3 faizi dövlət büdcəsi hesabına sahibkara qaytarılır. Bu yetərli deyilsə, əlavə qərarlar qəbul oluna bilər, amma hamı üçün. Konstitusiyanın 149-cu maddəsi tələb edir ki, normativ hüquqi aktlar “bərabər mənafelərə bərabər münasibətə” əsaslanmalıdır.
Bundan başqa, əlavə olunan 16.1-1-ci maddəyə əsasən, Azad Zonanın səlahiyyətli qurumu müəyyən kateqoriyadan olan işçilərin gəlirlərinə vergi tətbiq edə bilər. Bu da Konstitusiyanın 94-cü maddəsinə ziddir. Həmin maddənin 15-ci bəndinə görə, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər barədə Milli Məclis 63 səs çoxluğu ilə qanun qəbul etməlidir. Bu səlahiyyət heç bir dövlət orqanına verilə bilməz”.
BAXCP sədri əlavə edib ki, Tahir Mirkişilinin “Milli Məclis vergilərin növlərini müəyyənləşdirir,vergi dərəcələrini qanunvericiklə digər dövlət orqanları da müəyyənləşdirə bilər və qanunvericilikdə bu barədə nümunələr var” yanaşması təcrübədə olsa da, Konstitutsiyaya ziddir: “Bənzər fikri Komitə iclasında Dövlət Vergi Xidmətinin əməkdaşı Samirə xanım da bəzi mallara aksiz dərəcələrinin Nazirlər Kabineti tərəfindən təyin olunmasını nümunə kimi göstərməklə səsləndirmişdi. Vergilər Məcəlləsinin 190-2-ci maddəsi də bu mənada Konstitusiyanın kobud şəkildə pozulmasıdır. 1991-ci ildə qəbul olunmuş “Aksizlər haqqında” qanunda da qeyd olunurdu ki, hər il büdcə qanunu ilə yanaşı, aksiz vergilərinə cəlb olunan malların siyahısı və dərəcələri də Milli Məclis tərəfindən təsdiq olunur. Ali nümayəndəli orqanın (parlamentin) iştirakı olmadan heç bir dövlət idarəetməsi hakimiyyət bölgüsünə əsaslanan hüquqi dövlətdə vergi dərəcələrini, rüsumları müvafiq icra hakimiyyəti orqanı təkbaşına müəyyən edə bilmir. Bizim Konstitusiya da buna yol vermir.
Layihəni müdafiə edən bəzi şəxslər Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 5.4-cü maddəsinə istinad edərək bildirirlər ki, Ələt azad iqtisadi zonasında fərqli hüquqi tənzimləmə ola bilər. Bəli, amma fərqli hüquqi tənzimləmə o demək deyil ki, onu fərqli orqan həyata keçirə bilər. Vergi və rüsumlarla bağlı məsələ Milli Məclisin müstəsna səlahiyyətinə aiddir. Normativ Hüquqi Aktlar Konstitusiya Qanununun 2-ci maddəsində deyilir ki, referendumla qəbul edilmiş aktlar, qanunlar, prezident fərmanları Konstitusiya ilə ziddiyyət təşkil etdikdə Konstitusiya tətbiq olunur.
Bundan başqa, “Ələt azad iqtisadi zonası haqqında” qanunun 26-cı maddəsinə də dəyişiklik edilir. Həmin normaya görə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələr də Azad Zonanın müstəsna yurisdiksiyasına aiddir. Bu isə Konstitusiyanın 71-ci maddəsinin kobud pozulmasıdır. Həmin maddənin 7-ci bəndində deyilir ki, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələri məhkəmələr həll edir. Bu hüquq məhdudlaşdırıla bilməz. Əmək hüquqları insanların fundamental konstitusion hüququdur. Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsində deyilir ki, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azdlıqların dövlət təminatı qanunlar qəbul edilməklə qorunur. O cümlədən 94-cü maddənin 16-cı bəndinə görə, Milli Məclis əmək hüquqlarının qorunması və tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsini qəbul edib. Ona görə Azad Zonanın səlahiyyətli qurumu əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsindən fərqli qaydalar nəzərdə tuta bilməz. Bunu yalnız Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 3-cü fəslinin normaları nəzərə alınmaqla Milli Məclis qanun qəbul etməklə edə bilər”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək