15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Putin raket almaq üçün Şimali Koreyaya üz tutub
Tarix: 06-09-2022 13:14 | Bölmə: Siyasət

Rusiya Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və raket alır ki, bu da qlobal sanksiyaların onun tədarük zəncirini ciddi şəkildə məhdudlaşdırdığını və Moskvanı hərbi təchizat üçün yaramaz dövlətlərə üz tutmağa məcbur etdiyini göstərir.
Reyting.az xəbər verir ki, bunu “The New York Times” qəzeti yazıb. Qəzet bildirir ki, bunu Amerika kəşfiyyatının bu yaxınlarda açıqladığı məlumatları sübut edir.
ABŞ hökumətinin nümayəndələri qeyd edirlər ki, Rusiyanın pilotsuz təyyarələr üçün İrana, indi isə Şimali Koreyaya üz tutması ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalar və ixrac nəzarətinin Rusiyaya öz ordusunu təmin etməyə mane olduğuna işarədir.
ABŞ rəsmisi bildirib ki, yaxın mənzilli raketlər və artilleriya mərmiləri ilə yanaşı, gələcəkdə Rusiyanın Şimali Koreyadan əlavə avadanlıq almağa çalışacağı da gözlənilir.
“Kreml Şimali Koreyadan ümumiyyətlə nəsə almaq məcburiyyətində qalmaqdan narahat olmalıdır”, - ABŞ Müharibə Araşdırmaları İnstitutunda rus qrupuna rəhbərlik edən Mason Clark bildirib.
Qəzet qeyd edir ki, iqtisadi sanksiyalar ən azı indiyədək Rusiyaya zərər verməyib. Ukraynaya genişmiqyaslı hücumdan sonra yüksələn enerji qiymətləri onun xəzinəsini doldurub və Moskvaya banklarının beynəlxalq maliyyələşdirmədən, ixrac və idxal məhdudiyyətlərindən kəsilməsinin nəticələrini yumşaltmağa imkan verib. Ayrı-ayrı rus oliqarxlarına qarşı sanksiyalar da prezident Vladimir Putinin hakimiyyətini sarsıda bilməyib.
Amma Rusiyanın öz ordusunu yenidən qura bilməsindən söhbət gedərkən, Amerika rəsmiləri bildiriblər ki, Avropa və ABŞ-ın iqtisadi fəaliyyətləri rəsmi Moskvanın bu istiqamətdə planlarına təsir edib. Yəni, Amerika və Avropanın tətbiq etdiyi sanksiyalar Rusiyanın bəzi silahların istehsalı üçün silah və ya elektronika almaq imkanını əngəlləyib.
Moskva ümid edib ki, Çin bu məhdudiyyətlərdən yan keçməyə kömək edəcək və Rusiya ordusunu təchiz edə biləcək. Lakin son günlər Amerika rəsmiləri bildiriblər ki, Çin Rusiya neftini endirimlə almağa hazır olsa da, Rusiya ordusuna yönəlmiş ixrac məhdudiyyətlərini nəzərdən keçirir, hərbi texnika və ya komponentləri satmağa cəhd etmir. Ona görə də Rusiya diqqətini İran və Şimali Koreyaya yönəldir.
Qeyd olunur ki, Şimali Koreyadan silahların alınması ilə bağlı hər hansı saziş Pxenyandan silahların yayılmasının qarşısını almaq məqsədi daşıyan BMT qətnamələrinin pozulması olacaq.
ABŞ rəsmisi diqqətə çatdırıb ki, Şimali Koreya ilə yeni razılaşma Moskvanın çarəsizliyini göstərir. Amerika Sahibkarlıq İnstitutundan hərbi ekspert Frederik Kaqanın fikrincə, Şimali Koreyaya üz tutmaq Rusiyanın müharibə aparmaq üçün lazım olan ən sadə vasitələri istehsal edə bilməməsinə işarədir. Axı Şimali Koreyanın istehsal etdiyi 152 millimetrlik artilleriya mərmisində və ya “Katyuşa” tipli raketdə yüksək texnologiyalı heç nə yoxdur.
“Kremlin Şimali Koreyadan və ya hər hansı bir şəxsdən artilleriya mərmiləri və ya raketlər almasının yeganə səbəbi Putinin Rusiya iqtisadiyyatını hətta ən sadə səviyyədə belə müharibəyə səfərbər etmək istəməməsi və ya bacarmamasıdır”, - Kaqan deyib.
Müharibənin bir neçə ayı ərzində məlum olub ki, Rusiya Federasiyasının yüksək dəqiqlikli silahları, məsələn, qanadlı raketlərin uğursuzluq dərəcəsi yüksəkdir. Müharibənin ilkin mərhələlərində bu silahların yarısı və ya daha çoxu ya atəş açmır, ya da hədəfə dəymirdi. Eyni zamanda, bu yüksək dəqiqlikli silahın ehtiyatları da tükənmişdi ki, bu da rusları raketlərə daha az arxalanmağa və bunun əvəzinə öz strategiyasını Ukraynanın şərq regionunda şəhəri viran edən vəhşi artilleriya atəşi ətrafında qurmağa məcbur etdi.
Qəzet bildirir ki, Rusiyanın daha çox artilleriya sursatına ehtiyacı olduğunun aşkarlanması Moskvanın təchizat problemlərinin təkmil tanklar və ya yüksək dəqiqlikli raketlər üçün yüksək səviyyəli komponentlərdən daha dərin olduğunu göstərir. Əgər Rusiya Şimali Koreyada daha çox artilleriya mərmisi axtarırsa, o, artıq onların çatışmazlığı ilə üzləşib və ya buna yaxınlaşır.
“Böyük ehtimalla, bu, Rusiya hərbi sənaye kompleksinin irimiqyaslı uğursuzluğunun əlamətidir və bu, Rusiya Silahlı Qüvvələri üçün çox ciddi nəticələrə gətirib çıxaracaq”, - Kaqan deyib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək