15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vuçiç Əliyevdən nəyi öyrənmək istəyir?
Tarix: 24-11-2022 14:43 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb. Serbiya tərəfinin Azərbaycan prezidentinin səfərinə xüsusi önəm verməsini qeyd etmək lazımdır. Ölkəmizin başçısını Serbiya prezidenti Aleksandar Vuçiç şəxsən qarşılayıb və səfərin yekununda özü yola salıb.
Azərbaycan prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya qırıcılarının səmaya qalxması isə rəsmi Belqradın diqqətinin xüsusi nümunəsi kimi xarakterizə oluna bilər.
Belqradın peşmanlığı
Serbiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yaxşı olub. Rəsmi Bakı Belqradın ən çətin günlərində belə dəstəyini hiss etdirib. Hətta Bakı koronavirusla mübarizə üçün Belqrada bir neçə dəfə humanitar yardım da göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini bu günə qədər tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Lakin təəssüf ki, Serbiya Azərbaycanın ən çox dəstəyə ehtiyac duyduğu bir zamanda Ermənistana yardım əlini uzadıb. 2020-ci ildə Azərbaycanla sərhəddə döyüş başlamazdan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilmişdi. Azərbaycanın da reaksiyası özünü çox gözlətməmiş, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılmış, Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilmişdi.
Serbiya prezidenti A. Vuçiç Azərbaycan prezidenti İ. Əliyevə zəng edərək, sərhəddə Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı erməni ordusunun Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi. Bu çərçivədə Serbiya baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycana gəlmişdi.
Balkan və Abşeron yarımadalarını birləşdirən maraqlar
Yaxın keçmişdə baş verən neqativ hallara baxmayaraq, rəsmi Bakı ilə Belqrad arasında münasibətlər bu gün də yüksək səviyyədədir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev həm prezident Aleksandar Vuçiç ilə, həm də baş nazir Ana Brnabiç ilə təkbətək görüş zamanı “Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik”,- deyib.
Həqiqətən də bu gün iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfəyə yaxın artaraq 9.2 milyon dollara yüksəlib. Mövcud ticarət dövriyyəsinin daha da artırılması nəzərədə tutulub. Bundan başqa, Serbiya Azərbaycan ilə qaz nəqli sahəsində də əməkdaşlıqda maraqlıdır. Rəsmi Belqrad digər Balkan ölkələri, Yunanıstan, Albaniya, Bolqarıstan, hətta Şimali Makedoniyanın Azərbaycandan daha sərfəli və keyfiyyətli qaz almasının fərqindədir. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra Serbiyanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib.
Bəsmi Bakı da Serbiya ilə enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Serbiyanın coğrafi mövqeyi gələcəkdə Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı ölkəmizin rolunu daha da artıra bilər.
Vuçiç Əliyevdən nə öyrənmək istəyir?
Prezidentin Serbiyaya səfərinin ən diqqətçəkən məqamı heç şübhəsiz Serbiya prezidenti A. Vuçiçin prezident İ. Əliyevlə ikili görüş zamanı “Biz Azərbaycanla bir çox sahədə müxtəlif imkanlara malikik. Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük. Bu da BMT çərçivəsində həyata keçirilir və bu, təqdirəlayiq haldır. Amma mən fikirləşirəm ki, biz prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”,- sözləri oldu.
Serbiya prezidenti “Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük”,- deyərkən əslində, bir müddətdir yenidən alovlanan Kosovo münaqişəsinə diqqət çəkir.
Məlum olduğu kimi, Serbiya Kosovo ilə son 10 ilin ən böyük gərginliyini yaşayır. Kosovo noyabrın 21-dən etibarən ərazisinə daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimənin tətbiqi ilə bağlı qərar qəbul edib. Kosovo hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı yerlərə göndərib. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir.
Vuçiç ehtimal serb-alban silahlı toqquşmasından çəkinir və “biz prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”,- sözləri ilə açıq şəkildə Azərbaycan prezidentinə “mən nə etməliyəm?” sualını ünvanlayır. Düzdür, Kosovo və keçmiş Dağlıq Qarabağ münaqişələri eyni olmasa da, Serbiyanın üzləşdiyi problem 44 günlük Vətən müharibəsində Azərbaycanın üzləşdiyi problem ilə eynidir.
Vuçiç yaxşı bilir ki, Qərb bu məsələdə Kosovoya açıq şəkildə dəstək verir. Belqrad isə proseslərin gərginləşməsində maraqlı deyil. Çünki Kosovonun təkbətək müharibədə Serbiyaya qalib gələ bilməyəcəyi kimi, rəsmi Belqrad da Kosovoya hərbi müdaxilə edə bilməz.
Kosovoda NATO-nun sülhməramlı qüvvələrinin mövcudluğu Belqradın əl-qolunu bağlayan digər bir faktordur. Kosovonun şimalında stabilliyə hər hansı təhlükə yaranacağı təqdirdə NATO müdaxilə etməyə hazır olduğunu bildirib.
Rəsmi Bakı Kosovonun müstəqilliyini bu günə qədər tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Lakin Serbiyanın müsəlman kosovo albanlarının hüquqlarına da hörmət etdiyi bəllidir. Azərbaycan ən yaxşı halda Kosovo ilə Serbiya arasında vasitəçilik missiyasını təqdim edə, mövcud gərginliyin azalması istiqamətində diplomatik dəstək nümayiş etdirə bilər.
Turan Rzayev
Politoloq
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək