15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Mirzoyan faktları təhrif edir
Tarix: 29-11-2022 18:54 | Bölmə: Siyasət

Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” xəbər agentliyinə müsahibəsində Azərbaycanla Ermənistan arasında danışıqların mahiyyəti, sülh müqaviləsinin hazırlanması, delimitasiya prosesi, mina təhdidi, habelə ərazi bütövlüyünün tanınması kimi məsələlər üzrə fikirləri yanlış məcraya yönəltmək və təhrif etməyə cəhd göstərib.
Reyting.az-ın məlumatına görə, Azərbaycan XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Ararat Mirzoyanın bu cədləri tamamilə əsassız və qəbuledilməzdir.
A. Hacızadənin sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşdə iştirak üçün Ermənistan tərəfindən şərt irəli sürülməsi, qeyd edilən müsahibədə belə bir görüşün yalnız Fransa prezidentinin iştirakı ilə keçirilə biləcəyinin bir daha təsdiqlənməsi göstərir ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə sadiq deyil və liderlər arasında növbəti görüşün Praqada deyil, məhz 31 avqust tarixində eyni formatlı üçtərəfli görüşün Brüsseldə liderlər arasında razılaşdırıldığını unudub. Brüsseldə növbəti görüş barədə əldə edilmiş razılığa baxmayaraq, Azərbaycan tərəfinin xoş niyyətlə Praqada görüşə, habelə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə yanaşı Fransa prezidentinin iştirakına razılıq verməsindən təəssüf ki, növbəti mərhələdə sui-istifadə edilib, Fransa tərəfinin obyektiv və ədalətli vasitəçi olmadığını göstərib. Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan tərəfi Brüsseldə əldə edilmiş razılığa uyğun olaraq, liderlər arasında danışıqlardan imtina etməyib və danışıqların davam etdirilməsi öhdəliyinə sadiqdir.
"Delimitasiya prosesinin hansı əsasda aparılması barədə razılığa gəldikdə qeyd edək ki, Ermənistan xarici işlər nazirinin iddiasının əksinə, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlarda delimitasiyanın BMT nizamnaməsində və Alma-Ata bəyannaməsində qeyd edildiyi kimi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib və bu görüşlərdə delimitasiyanın hansı xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir müddəa olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur. Delimitasiya prosesi isə bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili əsasında həyata keçirilməlidir.
Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur. 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır.
Ermənistan xarici işlər naziri müsahibədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə suala müsbət cavab verməkdən belə çəkinib. Azərbaycan tərəfinin müharibədən sonra Ermənistana təklif etdiyi və uzun müddət Ermənistanın cavabsız qoyduğu dövlətlərarası münasibətlərin bərqərar olması və sülh müqaviləsi imzalanması üçün beş baza prinsiplərin əsasında qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünün təsdiq olunduğu Ermənistan tərəfinə məlumdur. Azərbaycan ərazilərinin 30 il ərzində işğal olunmasına və hərbi əməliyyatlar zamanı bütün imkanlara baxmayaraq, Azərbaycanın Ermənistan ərazisinə hücum etmədiyi də sirr deyil. Bütün bunların müqabilində, baş verən təxribatlarda Azərbaycanın təqsirləndirilməsi tamamilə əsassızdır.
Sülh müqaviləsinin hazırlanması ilə bağlı suala cavabında Ermənistan naziri bütün digər məsələlər kimi manipulyasiyaya yol verir. Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri sülh müqaviləsinin hazırlanması barədə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh müqaviləsinin elementləri üzrə ilk layihənin Cenevrə görüşündə kim tərəfindən təqdim olunduğu, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələsinə aydınlıq gətirərdi və bununla daha dolğun mənzərə yaranardı.
Ermənistan tərəfinin birtərəfli qaydada guya Azərbaycana bütün mina xəritələrini verdiyi və ən çox minalanmanın Azərbaycan tərəfindən həyata keçirildiyi barədə tamamilə əsassız iddialara gəldikdə qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, ilk 8 ay ərzində ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Bununla yanaşı, son mina partlayışlarının təqribən 55%-dən artıq hissəsinin Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verməsi və müharibədən sonra 268 nəfərin mina qurbanı olması bəllidir. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan və keçmiş təmas boyu əraziləri tam olaraq minalayan Ermənistanın faktları təhrif edərək, guya Azərbaycanın mina təhdidinin səbəbkarı olduğunu iddia etməsi riyakarlığın son həddidir. Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycan tərəfindən Ermənistanla sərhəd ərazilərdən çıxarılaraq nümayiş etdirilməsi iddiası isə, ən azı minaların təmizlənməsi işinin delimitasiya olunmamış sərhəddə Ermənistanın hərbi mövqelərinin müşahidəsi altında həyata keçirilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq, elementar məntiqə və hərbi biliklərə ziddir.
Ermənistan xarici işlər naziri erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsində də növbəti dəfə manipulyasiyalara yol verir. Bu məsələdə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər rəsmi şəxslərlə mövqelərinin uyğunlaşdırılmasını xarici işlər nazirinə tövsiyə edərdik. Armen Qriqoryan tərəfindən bildirildiyi kimi, erməni qüvvələrinin Azərbaycan ərazisindən cari ilin sentyabr ayında çıxarılması nəzərdə tutulsa da bu hələ baş verməyib. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir.
Üçtərəfli bəyanatın müddəalarını yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir", - deyə açıqlamada qeyd olunub.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək