15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Paşinyan susub, Vardanyan danışır...
Tarix: 07-12-2022 13:51 | Bölmə: Siyasət

Bir neçə gündür ki, Nikol Paşinyan susub. Əvəzində Ruben Vardanyan hər gün danışır, həm də radikal mesajlar verməklə. Görünür, Araik Arutunyanın başının dəstəsilə Fransada səfərdə olması da Vardanyanın işinə yarayıb və meydanı boş gördüyündən daha da fəallaşıb.
Reyting.az xəbər verir ki, bunu təqaüddə olan polkovnik-leytenant, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ermənistanın baş naziri Nikol Paşinyan və Qarabağda separatçı fəaliyyətlə məşğul olan Ruben Vardanyanla bağlı moderator.az saytında yazıb.
İlham İsmayıl qeyd edib ki, 9 dekabra Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. Onun ehtimalına görə, Paşinyan sülh müqaviləsinin bağlanmasının qaçılmaz olduğunu parlament üzvlərinə və erməni cəmiyyətinə elan edəcək. Vardanyan isə maksimalist mövqeyini davam etdirir.

İlham İsmayıl
İ. İsmayıl daha sonra yazır:
Paşinyanın yerini radikal şəkildə doldurmaq məqsədilə Vardanyan hər gün açıqlamalar verir, Qarabağ erməniləri qarşısında “barışmaz milli qəhrəman” obrazı yaratmaqla məşğuldur. 5 dekabrda Əsgəranda yerli erməni əhalisi ilə görüşən Vardanyan faktiki bizə meydan oxuyub və Azərbaycana qarşı hansı vasitələrdən istifadə etməyin vacibliyini də vurğulayıb: “Heç bir razılaşma bu məsələni ( yəni, Qarabağ məsələsini) həll edə bilməz, çünki bizim burada yaşamağımızı istəməyən qonşu dövlət var. Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər. Biz bütün istiqamətlərdə mübarizəmizi davam etdirməliyik: diplomatik, hərbi, siyasi, informasiya. Biz ayıq və hazır olmalıyıq”. Vardanyanın “diplomatik, siyasi, informasiya” mübarizəsini hardasa başa düşmək olar, bəs “hərbi” mübarizə deyəndə Rusiya milyarderi hansı hərbi potensialı nəzərdə tutur? “Artsax müdafiə ordusu” adı ilə Azərbaycan ərazisində hələ də qalan silahlı dəstələrimi? Təbii, ona qulaq asan ermənilər də bu çağırışa inanmayıblar, amma bir ümidləri də var ki, bunu deyən Kremldən göndərilib və bəlkə sabah Rusiya hansısa formada bu sınıq-sallax erməni silahlı qüvvələri möhkəmlədəcək? Özlərinə saxta tarix düzəldib, illuziyalara inanan erməni toplumundan bunu da gözləmək olar, amma “pozdno, Rita”. Bir “yumşaq hücumla”- ekoloji etirazla 3 saat ermənilərin “həyat yolunu” kəsən Azərbaycanın kəskin hücumu hələ qarşıdadır və Volkovun nala-mıxa vurması zaman məsələsidir-bir az tez, bir az gec.
Vardanyan bununla kifayətlənməyib və dünən Feysbuk səhifəsində Kreml emissarı “Artsax xalqı öz gələcəyini Azərbaycanın tərkibində görmür”,- yazmaqla, guya radikal əhval-ruhiyyədə olduğunu nümayiş etdirmək istəyib. Sülhün yeganə variantı barədə sərsəm fikirlərini bizə ünvanlayaraq öz aləmində yol göstərmək niyyətinə düşüb. “Azərbaycan da anlamalı və qəbul etməlidir ki, sülhə nail olmağın yeganə yolu eyni regionda yan-yana yaşamaqdır, amma birlikdə deyil”. Biz də deyirik ki, Vardanyan və cəmi ermənilər nəhayət “anlamalı və qəbul etməlidir ki”, birgəyaşayış istəmirlərsə “ çamadan, Laçın yolu, Gorus”. İstəyirlərsə getsinlər Gorusa və “eyni regionda yanaşı yaşayaq”. Bizimlə birgəyaşayışa mənəvi haqlarının olmadığını birinci ermənilər bilir və törətdikləri cinayətlərin müqabilində üzlərinin olmadığını anlayırlar. Biz böyüklük göstərib onların təhlükəsizliyinə və Azərbaycan vətəndaşları kimi hüquqlarına təminat veririk, amma erməni xisləti əsrlərdir ki, dəyişməz olaraq qalır.
Amma, Vardanyanın heç də həmişə öz sözünü demədiyi, hansı təlimatla Moskvadan yola salındığı bizə məlumdur, ona görə də, Xankəndi ətrafında baş verənlərə sadəcə seyrçi qalmaq olmaz. Onun arxasında dayanan qüvvə asanlıqla bölgədə təsirinin azalmasına imkan verməmək üçün hər cür təxribatlara əl ata bilər, necə ki, Vardanyanın simasında bunun təməlini qoyub. Hətta, mümkündür ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını öz moderatorluğu ilə həyata keçirib müsbət imic qazansın, proseslərin Qarabağa keçməsini uzun müddətə dondursun. Nəqliyyat infrastrukturunun açılması, delimitasiya və demarkasiya işləri, anklav kəndlərin məsələsi uzun müddət tələb etdiyindən, konkret olaraq Qarabağ istiqamətində proseslərin arxa plana keçməsi Rusiya siyasətinin əsas hədəfidir. Məqsəd Qarabağda Rusiya hərbi kontingentinin qalma müddətinin 2030-cu ilə daşımaqdır. Düzdür, Rusiya-Ukrayna müharibəsi, Rusiya siyasi hakimiyyətində mümkün dəyişikliklər, digər qlobal güclərin bölgəyə təsir imkanları, eyni zamanda və ən əsası, Azərbaycanın bu siyasətlə barışmaması bizim 2025-ci ilin noyabrında Xankəndi və ətrafında dövlət nəzarətimizin yaranması ilə nəticələnə bilər.
Dekabrın sonuna separatçı rejim idarəetmə sistemində dəyişiklik edib referendum keçirməyə hazırlaşır. Məqsəd Ruben Karlenoviç Vardanyanı Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə şəriksiz lider etmək, qondarma prezident idarəetməsinə və paralel olaraq parlamentin fəaliyyətinə xitam verməkdir. Separatçı rejimin hansı idarəetmə sisteminə keçməsi bizim üçün fərq etməz. İstənilən idarəetmənin ömrü bizim 2025-ci ilədək dövlət nəzarətimizin yaranmasına qədərdir. Bəri başdan separatçılar da, havadarları da bunu bilməlidirlər”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək