15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İranda gərginlik artır: hökumət ciddi problemi həll edə bilmir
Tarix: 11-01-2023 13:34 | Bölmə: Siyasət

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Qəzəb və ümidsizlik: İranda iqtisadi problemlər etirazları daha da körükləyir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi jurnalist Babək Dehqanpişədir.
Reyting.az-ın məlumatına görə, məqalədə deyilir ki, sosial-iqtisadi problemlər İranda hüquq və azadlıqlar uğrunda aparılan mübarizəyə əlavə təkan verir.
2022-ci ilin sentyabrında gənc kürd qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsinin kütləvi etiraz aksiyalarına səbəb olduğunu xatırladan müəllif bildirir ki, əslində, bundan bir qədər əvvəl – yaz aylarından ölkədə gərginlik müşahidə edilirdi:
“Qiymətlər sürətlə qalxır, milli valyuta dollara nisbətdə dəyər itirirdi. Etiraz aksiyalarının üçüncü ayında – dekabrda vəziyyət daha da pisləşdi, rəsmi hesabata əsasən, inflyasiya 48 faizi ötdü. Bu, 1995-ci ildən bəri İranda ən pis göstəricidir”.
Müəllif yazır ki, indi bəzi iranlılar evinə ət, hətta yumurta almaqda çətinlik çəkir.
Tehranda yaşayan iqtisadçılardan biri Babək Dehqanpişəyə telefonla verdiyi açıqlamada deyib ki, hökumət inflyasiyanın, korrupsiyanın qarşısını ala bilmir.
İranın uzun illərdir beynəlxalq sanksiyalar altında olduğunu yada salan Babək Dehqanpişə Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan sazişin bu sanksiyaları yumşaldacağına ümidləri doğrultmadığını vurğulayır.
Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə İranın və daha 6 ölkənin – ABŞ, Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniyanın iştirakı ilə imzalanıb.
Sazişdə Tehranın nüvə proqramı ilə bağlı sərt məhdudiyyətlərə əməl etməsi, nüvə obyektlərini beynəlxalq müşahidəçilərin üzünə açması müqabilində Qərbin, o cümlədən ABŞ-ın və beynəlxalq təşkilatların İrana tətbiq etdiyi bir çox sanksiyanı aradan qaldırmasını nəzərdə tutur.
Lakin Donald Trampın prezidentliyi dövründə – 2018-ci ildə ABŞ bu sazişdən çıxıb. 2020-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden sazişə qayıtmaq xəttini seçsə də, hələ bir nəticə əldə olunmayıb.
Babək Dehqanpişə yazır ki, ABŞ-ın nüvə sazişindən çıxması İranda iqtisadi problemlərin daha da artması ilə nəticələnib və iranlıların heç olmasa sosial-iqtisadi sahədə vəziyyətin düzələ biləcəyinə ümidlərini yerə vurub: “İran əhalisinin əksər hissəsi ümid edirdi ki, Cozef Bayden administrasiyası İranla nüvə sazişini bərpa edəcək, sanksiyalar zəifləyəcək. Amma 2022-ci ilin sentyabrından İranda etiraz hərəkatının baş qaldırması və hakimiyyətin aksiyalara çox amansız reaksiya verməsi nüvə sazişinin bərpası məqsədilə aparılan danışıqlarda yeni maneəyə çevrildi”.
Müəllif qeyd edir ki, İrandakı dini rejim ictimai narazılığı səngidə biləcək heç bir addıma, o cümlədən iqtisadi islahatlara getmir, əksinə, beynəlxalq təzyiqlərə baxmayaraq öz xalqı ilə daha qəddar davranır, həbsə atılmış etirazçıları edam etməklə məşğul olur: “Hökumətin aksiyaları yatırmaq cəhdlərinin 500 nəfərdən çox adamın ölümü, 19 min nəfərə yaxın adamın həbsi ilə nəticələndiyi bildirilir. Son həftələrdə artıq barəsində ölüm hökmü verilmiş bir neçə aksiyaçı dar ağacından asılıb.
Bir yandan repressiya güclənir, o biri yandan da iranlılar gündəlik dolanışıq qayğısı içindədir.
Tehranda taksi sürən bir gəncin dediyinə görə, etiraz aksiyaları başlanandan “Snapp!” şirkəti ilə işləyənlərin gəliri xeyli aşağı düşüb.
“Snapp” təxminən “Uber” kimi bir şirkətdir. İnsanlar olduqları və getmək istədikləri yeri göstərməklə onlayn üsulla şirkətə sifariş verib taksi çağıra bilirlər.
Tehranlı sürücünün sözlərinə görə, İran hökuməti etirazçıların aksiyalardan foto və video yaymasının qarşısını almaq üçün internetə girişi məhdudlaşdırdığı üçün “Snapp”dan istifadə imkanları da məhdudlaşıb.
Amma internetə giriş problemi aradan qalxandan sonra da “Snapp” vasitəsilə taksi çağıranların sayı çox artmayıb. Çünki rejimdən narazı vətəndaşlar taksi sürücülərinin onlar haqda məlumatları xüsusi xidmət orqanlarına ötürəcəyindən ehtiyatlanırlar”.
“Repressiyalar baha başa gəlir” – mərkəzi qərargahı Brüssel şəhərində yerləşən Beynəlxalq Krizis Mərkəzinin İran üzrə layihəsinin direktoru Əli Vaiz “Vaşinqton Post”a belə deyib.
O qeyd edib ki, hökumətin interneti məhdudlaşdırması da xalqa baha oturub, bu, yüz minlərlə adamın əmək bazarında sıxışdırılması ilə nəticələnib.
Babək Dehqanpişə “Qəzəb və ümidsizlik: İranda iqtisadi problemlər etirazları daha da körükləyir” məqaləsində vurğulayır: “Ötən il dekabrın sonunda hökumət milli valyutanın ucuzlaşmasının qarşısını almağa daha bir cəhd göstərərək Mərkəzi Banka yeni rəhbər təyin edib. Ancaq müşahidəçilərin fikrincə, bu kadr dəyişikliyinin çətin ki, qısa vaxtda bir nəticəsi olsun”.
“İranlıların çoxu üçün yalnız bir çıxış yolu qalıb” yazan müəllif həmin çıxış yolunun nədən ibarət olduğunu oxucuların diqqətinə İranda yaşayan bir proqramçının sözləri ilə çatdırır. Proqramçı belə deyib: “İslam inqilabından 44 il ötür. İnsanlar görürlər ki, hakimiyyətdə rasional yanaşmadan əsər-əlamət yoxdur, islahatlara zərrə qədər də ümid qalmayıb. Ona görə indi söhbət yalnız bir məsələdən – rejimi devirməkdən gedir”.(Novator.az)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək