15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur?
Tarix: 18-01-2023 14:08 | Bölmə: Siyasət

Kamal Salayev
AMEA Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi
kamalsalayev1988@gmail.com
Erməni millətçiləri Ermənistanda məqsədyönlü şəkildə gürcüfobiyanı yayırlar. Erməni xadimləri vaxtaşırı olaraq mətbuatda, Ermənistanın kanallarında antigürcü, gürcüfobiya ruhlu çıxışlar edərək ictimaiyyətdə gürcü xalqına qarşı nifrət yaradırlar. Bu baxımdan sübut olaraq, Ermənistanın “Noyan Topan” telekanalında [1] çıxış edən gürcüfob erməni xadimi Razdan Madoyanın antigürcü xarakterli çağırışlar etməsini və onu dinləyən aparıcının ona haqq qazandırmasını göstərmək olar.
R. Madoyan, beynəlxalq neft platformalarında qətllərin törədilməsinə dair çağırışlar edir və beləcə, erməni millətçilərinin ölkələrarası arapozuculuq fəaliyyətini həyata keçirməyə çalışır. Belə bir arapozuculuq fəaliyyətinin həyata keçirilməsində isə məqsəd - Gürcüstan üzərindən hər hansı tranzitin, enerji qovşağının formalaşmasının qarşısını almaqdır.
Erməni millətçiləri məskunlaşdıqları Gürcüstan ərazilərində də qəsdən gürcüfobiyanı yayaraq gürcülərə qarşı nifrət yaradır və gürcüfobiyadan təzyiq mexanizmi kimi istifadə edərək gürcüləri sıxışdırmağa, ərazilərini ələ keçirməyə çalışırlar. Başqa sözlə, erməni millətçiləri ruslarda gürcülərə qarşı nifrət oyadaraq Rusiyanın hərbi potensialı hesabına Gürcüstanın ərazilərini ələ keçirmək istəyirlər. Belə bir fakt məlumdur ki, 2006-cı ildə “Cavaxk” separatçı təşkilatının yaradıcılarından biri olan R. Madoyan Rusiya hərbi bazasının Axalkalakidən çıxarılmasına qarşı çıxanlardan biri olub. Erməni separatçıları Samtsxe-Cavaxetini “Cavaxk” kimi qələmə verərək həmin ərazidə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyətindən sonra tamamilə iflasa uğrayan “Artsax” ssenarisini həyata keçirməyə çalışıblar.
Eməni millətçiləri hər dəfə eyni yalanlarla mediada çıxış edərək, Ermənistanın əsassız ərazi iddialarının həyata keçirilməsinə çalışırlar.

Xatırlatmaq istəyirik ki, Razdan Madoyan bundan əvvəl 2021-ci ilin oktyabrın 8-də də Ermənistanın “Noyan Tapan” kanalının efirində çıxış etmişdi [2]. Həmin vaxt “erməni politoloqu” R. Madoyan, ermənilərin “Cavaxk” kimi qələmə verərək mənimsəməyə cəhd göstərdiyi Samtsxe-Cavaxeti rayonunun guya tarixən Ermənistana məxsus olduğunu qeyd etmişdi. R. Madoyan hələ bir arsızcasına guya gürcülərin “Cavaxk” rayonunu Ermənistandan oğurladığını bildirmişdi.
Daha əvvəlki tarixə diqqət yetirərək, R. Madoyanın 2006-cı ilin martın 14-də verdiyi müsahibəyə [2] nəzər salsaq, görərik ki, R. Madoyan həmin vaxtda da Samtsxe-Cavaxeti rayonunun guya heç vaxt Gürcüstana məxsus olmadığını bildirmişdi. Göründüyü kimi, erməni millətçiləri qəsdən ildən-ilə eyni təxribatları müxtəlif yollarla davam etdirərək, mediada antigürcü xarakterli çıxışlar edərək ictimaiyyətə gürcüfobiyanı yeritməyə çalışırlar ki, burada da məqsəd Ermənistanın əsassız ərazi iddialarını reallaşdırmaq və erməni yalanlarını beynəlxalq ictimaiyyətə sırımaqdır.
Qeyd edək ki, gürcü ziyalıları erməni millətçilərinin yalanlarını açıq-aşkar ifşa edirlər. Gürcü politoloqu Zurab Abaşidze Samtxse-Cavaxeti məsələsi ilə bağlı erməni yalanlarına fikrini bu şəkildə bildirir: “Bu bəyanatlar heç bir halda Gürcüstan cəmiyyətinin əhvalını əks etdirmir. Bu cür bəyanatların ayrı-ayrılıqda verilməsi təxribat kimi qiymətləndirilməlidir”. Eksperin sözlərinə görə, bütün bu təxribatların reallıqla heç bir əlaqəsi yoxdur [3].
Tarixə nəzər saldıqda aydın şəkildə görmək olur ki, ermənilərin gürcülərə qarşı hədsiz dərəcədə nifrəti olub. Gürcü yazıçısı, milliyyətçə abxaz olan Sergi Sacay “Sakartvelos Respublika”da dərc olunan məqaləsində erməni vəhşiliklərindən bəhs edib:
“Əsir və ya mülki şəxslər ağaca bağlanıb, başlarına təkər taxılıb yandırılıb. Nə qədər qadın zorlanıb... Bir gürcü qadını erməni ailəsində gizlənərək Yaştxva kəndində ilişib qalıb. Qadına xəyanət edərək onu cəlladların yanına atıblar. O, bütün batalyon tərəfindən zorlanaraq dəli olub” [4].
Gürcü xalqı daim köməyə ehtiyacı olanların yanında olub. Erməni millətçiləri isə gürcülərin xeyirxahlığından sui-istifadə edərək onlara xəyanət ediblər, nifrət bəsləyiblər.
Gürcü yazıçısı Sergi Sacay, saxtakar erməni müəllifi olan gürcüfob Xocanın - Baqramyan batalyonu haqqındakı kitabına nəzər salıb və həmin kitab barəsində fikrini bu şəkildə bildirib:
“Bu günlərdə aqressiv separatizmin ideoloqlarından biri olan Xoca adlı şəxsin gürcülərə qarşı etnik təmizləmə və soyqırım törədən zaman xüsusi qəddarlığı ilə seçilən Baqramyan adına erməni batalyonunun hərbi yolu haqqındakı kitabı ilə rastlaşdım. Kitabı vərəqlədim, silahlı qaniçənlərin siyahısında yedizdirdiyim, onlara kömək əlini uzatdığım, qonşumu, işçimi, haqq yoluna saldığım bir çox həmvətənlərimin adlarını gördüm. Bu haqda əvvəllər bilirdim, amma əllərimlə toxunanda gözlərimə inanmadım, doğrudanmı bu qədər xəyanət etmək olar?” [4].
Xoca kimi gürcüfob erməni “tarixçiləri” real tarixi məqsədyönlü şəkildə saxtalaşdıraraq, yeri gəldikdə gürcü xalqına qarşı gürcüfobiyadan istifadə edərək öz cinayətlərinə, məkrli niyyətlərinə haqq qazandırmağa çalışırlar.
Qeyd edək ki, 1993-cü il fevralın 9-da yaradılan Baqramyan batalyonu gürcülərlə qarşı xüsusi qəddarlığı və insanlığa sığmayan amansız cinayətləri ilə tarixdə qalıb. Gürcü tarixçisi Bondo Arveladze yazır: “Ermənistan hökuməti baqramyanların əməllərinə qiymət verməsə, gürcü-erməni qardaşlığından danışmaq ikiüzlülük olar... Baqramyanın cinayətlərini əks etdirən sənədli foto və videolar var” [4].
Ermənistanda gürcüfobiya ilə yanaşı həm də azərifobiya mövcuddur. Erməni millətçiləri daim gürcüləri və azərbaycanlıları gözdən salmaq üçün müxtəlif çirkin yollara əl atıblar. Erməni faşistləri öz məkrli niyyətlərindən ötrü təkcə gürcülərə qarşı yox, azərbaycanlılara qarşı da etnik təmizləmə siyasəti və soyqırmı həyata keçiriblər. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək küçə və meydanlarda toplaşan dinc əhalini amansızcasına qətlə yetirib. Həmin faciə zamanı yüzlərlə dinc əhali, başqa sözlə, günahsız azərbaycanlılar həlak olub. Ümummilli lider Heydər Əliyev ilk dəfə 1990-cı ilin yanvarın 21-də tarixi faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək bu hadisənin hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə yad olduğunu bildirmişdi.
Ümummilli lider 1991-ci ilin martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərək 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etmişdi: “...1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
1997-ci ilin yanvarın 31-də ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşü zamanı deyib:
“...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır” [5].
Bu gün ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən 20 Yanvar şəhidlərinin ruhu şaddır. Ümummilli lider Heydər Əliyevin yolunun layiqli davamçısı prezident İlham Əliyevin sayəsində 20 Yanvar şəhidlərinə və əlillərinə yüksək səviyyədə qayğı göstərilir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzlərinin yaradılması, 20 Yanvar əlillərinin və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzillə təmin olunması prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində həyata keçirilib [6].
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. Bu gün artıq fəxrlə qeyd edə bilərik ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
İstifadə olunmuş mənbələr:
1. Раздан Мадоян призывает к диверсиям на нефтепромыслах Азербайджана и убийству турецких дипломатов /04.01.2023/ https://www.youtube.com/watch?v=-nIbdOK5Xt4&t=1s
2. Ermənistan gürcülərin “Cavaxk”ı oğurladığını zənn edir /15.11.2021/ https://www.fact-info.az/news?id=14054
3. Грузинский политолог: «Джавахк не является сепаратистским регионом» /01.05.2011/ https://noev-kovcheg.ru/mag/2011-08/2529.html
4. Как армяне убивали грузин – Свидетели. Часть II /05.02.2020/ https://ru.axar.az/news/politika/442450.html
5. "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 20 yanvar 1990-cı il faciəsinin ildönümləri ilə bağlı çıxışlarına dair ümumi tarixi arayış /Tarix: 17.01,2023/ https://lib.aliyevheritage.org/az/5649464.html
6. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər /20.01.2022/ https://president.az/az/articles/view/55283
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək