15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Təbii fəlakət: hümanitar yardımın arxasında gizlədilmiş siyasi maraqlar
Tarix: 13-02-2023 15:35 | Bölmə: Siyasət

Qəhrəmanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ sonrası dünyanın hər yerindən - həm hökumətlər səviyyəsində, həm mülki insanlar, həm də humanitar təşkilatlar vasitəsilə Türkiyəyə yardımlar edilir.
Türkiyəyə humanitar yardım edən ölkələr arasında xüsusilə Ermənistan, Yunanıstan və İsrail diqqət çəkir. Bu ölkələri digərlərindən seçdirən cəhət onların daha çox yardım etməsi deyil, əksinə, Türkiyə ilə siyasi münasibətlərin pis, gərgin və durğun olmasıdır.
Təsadüfi deyil ki, hazırda ən düşündürən suallardan biri rəsmi Ankaranın bu üç ölkə ilə münasibətlərinin bundan sonra necə olacağıdır.
Ankara-Təl-Əviv münasibətlərinin inkişaf tempi artacaq
2010-cu il mayın 31-də baş verən “Mavi mərmərə” hadisəsindən sonra gərginləşən İsrail-Türkiyə münasibətləri hazırda sürətli toparlanma mərhələsinə qədəm qoyub. Türkiyə və İsrailin xarici işlər nazirlərinin 15 ildən sonra qarşılıqlı səfərlər təşkil etməsi, iki ölkə başçılarının telefon danışığı Ankara və Təl-Əviv arasında “buzları” əridib. Qarşılıqlı şəkildə səfirliklərin öz fəaliyyətini bərpa etməsi ilə de-fakto diplomatik münasibətlər də bərpa olunub.
Düzdür, Türkiyə ilə İsrail arasında bir sıra məsələlər hələ də həll edilməyib və Təl-Əvivin Türkiyədə baş verən təbii fəlakət sonrası etdiyi yardımların iki ölkə arasında həllini gözləyən məsələlər baxımından da müsbət təsiri ola bilər.
Onu da qeyd etmək lazımdır ki, İsrail Azərbaycandan sonra Türkiyəyə ikinci ən böyük humanitar yardım edən ölkədir. Bu fakt belə İsrail-Türkiyə münasibətlərinin bundan sonra da inkişaf edəcəyi və Ankaranın Təl-Əvivin humanitar yardımlarına siyasi sferada müsbət reaksiya verəcəyini göstərir.
Lakin iki ölkə arasında dəyişməyəcək məsələlər də var. Xüsusilə də Ankaranın Fələstinə dəstəyi Qüds və Qəzza problemləri ilə bağlı sərgilədiyi mövqeyin dəyişəcəyi real deyil.
Aralıq dənizində durğunluq
Öncə onu qeyd etmək lazımdır ki, rəsmi Afina Türkiyədə baş verən təbii fəlakətin ardınca Ankaraya yardım edən ilk 10 ölkədən biridir. Hadisədən bir neçə saat sonra Yunanıstan baş naziri Kiriakos Miçotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib, dəstəyə hazır olduğunu bildirmişdi.
Bundan başqa, Yunanıstan hazırda Türkiyədə geniş xilasetmə qrupu ilə axtarış-xilasetmə işlərində iştirak edir. Yunanıstanın “Katimerini” qəzeti kimi ən radikal mediaları belə Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək məqsədli paylaşımlar edir.
Bütün bunlar hər nə qədər müsbət olsa da, Afinanın atdığı bu addımlar heç də təsadüfi və ya sırf humanizmdən irəli gəlmir:
Birincisi, Yunanıstan özü də Türkiyə ilə eyni seysmik qurşaqda yerləşir və ən azı Türkiyə qədər təbii fəlakətə məruz qalır. Hətta gözlənilən mərmərə zəlzələsi Yunanıstan üçün də potensial təhlükədir.
Afina yaxşı bilir ki, ehtimal təbii fəlakət zamanı ona ən böyük yardımı edəcək ölkə məhz Türkiyədir və bu gün edilən istənilən humanitar yardım sabah onun özünə də ediləcək.
İkincisi, Yunanıstan Türkiyəyə etdiyi humanitar yardımlar ilə həm də sətiraltı mesaj verir. Yəni iki ölkə arasındakı gərginlikdə Afina tərəfi günahkar deyil, müqəssir təkcə Türkiyədir. Edilən humanitar yardımlarla bunu da təsdiqləməyə çalışırlar.
Bütün bunlara baxmayaraq rəsmi Ankara Afinanın etdiyi yardımları unutmayacaq və iki ölkə arasında münasibətlər bir müddətlik normallaşa bilər. Prinsip etibarilə 1999-cu il zəlzələsindən sonra Türkiyə və Yunanıstan arasında münasibətlər normallaşsa da, bir müddət sonra gərginlik yenidən alovlandı. Digər tərəfdən, iki ölkə arasında gərginliyin məhz Yunanıstan tərəfindən artırıldığını müşahidə etmək olar. Rəsmi Afinanın istər 12 adaları hərb məqsədli istifadə etməsi, istərsə də Türkiyənin dəniz sərhədlərini tanıması iki ölkə arasında tez-tez gərginliyin artmasına gətirib çıxarır. Afina faktiki olaraq özünü ərköyün uşaq kimi aparır və Qərbi Türkiyəyə təzyiq etməyə çağırır. Bu mənada iki ölkənin münasibətləri bu hadisədən sonra normallaşsa da, bu, yalnız bir müddət çəkəcək və yunan tərəfi gec-tez münasibətləri gərginləşdirəcək addım atacaq.
İrəvanın manipulyasiya cəhdi
Türkiyədə baş verən təbii fəlakət sonrası bu ölkəyə yardım göndərənlərdən biri də Ermənistandır. Ermənistan yardımlardan əlavə əraziyə xilasetmə qrupu da göndərib.
Ermənistanla bağlı ən diqqətçəkən məqam isə şübhəsiz, humanitar yardımların 1993-cü ildən bəri ilk dəfə olaraq Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara-Alican sərhəd-keçid məntəqəsi vasitəsi ilə Türkiyəyə çatdırılmasıdır. Amma Ermənistanın Türkiyəyə səmimiliyi şübhə altındadır. Məsələ ondan ibarətdir ki, İrəvan təbii fəlakətdən öz maraqları naminə istifadə etməyə çalışır:
Birincisi, Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması Ermənistanın istəyi ilə baş tutub. Rəsmi İrəvan baş verən hadisənin miqyasını yaxşı bilir və Ankaranın hər cür yardıma xüsusilə də sərhəd ölkələrindən gələcək yardımlara ehtiyacı olduğunu yaxşı bilir. Buna görə də Türkiyənin bu həssas zamanından istifadə edərək Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılmasına nail oldu. Düzdür, bu humanitar məqsədli və müddətlik nəzərdə tutulsa da, nəticə etibarilə 30 il sonra belə bir hadisə baş verdi və Ermənistan prosesin ardının gəlməyi üçün bütün səylərini artıracaq.
İkincisi, Ermənistan Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılmasından bir neçə aspektdə, xüsusilə də Azərbaycan ictimaiyyəti daxilində narazılıq yaratmaq üçün istifadə edir. Ermənistan hakimiyyətinə bağlı teleqram və media resurslarında artıq Azərbaycan ictimaiyyətində qıcıq yaradacaq yazılara, paylaşımlara rast gəlinir.
Rəsmi İrəvan bu yolla iki ölkə münasibətlərinə də zərər verməyə çalışır. Lakin daxili auditoriyanı manipulyasiya etmək bir yana, Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması çətin ki, Bakı ilə Ankara arasında narazılıq yaratsın. Çünki sərhədin açılmasından Azərbaycan tərəfinin xəbəri var və mümkündür ki, iki ölkə başçılarının telefon danışığı zamanı bu məsələ ətrafında müzakirələr olub. Türkiyə Azərbaycanın bu məsələdəki həssaslığını bilir və buna görə öncədən sərhədin humanitar məqsədlə müvəqqəti açıldığını qeyd edib.
Üçüncüsü, Türkiyədə təbii fəlakətin baş verdiyi ərazidə kifayət qədər çox erməni yaşayır və Ermənistanın bu prosesdə iştirakı həm də erməni əsilli türk vətəndaşları ilə bağlıdır. Rəsmi İrəvan bu yolla Anadoludakı ermənilərə təsir etmək və gələcəkdə öz siyasi maraqları üçün onlardan istifadə etmək istəyir.
O ki qaldı Ermənistanın Türkiyəyə humanitar yardım etməsinin iki ölkə münasibətlərinin normallaşmasına, bu fakt həlledici amil deyil. Türkiyə birmənalı şəkildə bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistandan və onun atacağı konstruktiv addımlardan asılıdır. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığı, Türkiyə və Azərbaycana ərazi iddialarından əl çəkmədiyi təqdirdə iki ölkə münasibətlər normallaşmayacaq.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək