15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Deputat: “Artıq vəsait şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinə yönəldilməlidir”
Tarix: 20-02-2023 10:32 | Bölmə: Siyasət

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında xəstəliyin Konstitusiyaya zidd olaraq “Sosial sığorta haqqında” qanunla sosial sığorta hadisəsi kimi nəzərdə tutulmadığını deyib. O, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə dair hökumətin təkliflərinə qarşı çıxıb.
Reyting.az xəbər verir ki, Q. Həsənquliyev Milli Məclisdəki çıxışı ilə bağlı müsahibəsində deyib:
- Konstitusiyanın 38-ci maddəsinin 3-cü bəndində deyilir: “Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”. “Sosial sığorta haqqında” qanunun 4-cü maddəsində sosial sığorta hadisəsinə aşağıdakıların daxil olduğu göstərilir:
- pensiya yaşına çatmaq;
- əlilliyin müəyyən edilməsi;
- ailə başçısını itirmək;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
- hamiləlik və doğum;
- uşağın anadan olması;
- uşağa qulluq;
- ölüm;
- sanatoriya-kurort müalicəsi zərurəti.
Göründüyü kimi, Konstitusiyaya zidd olaraq, xəstəliyə görə sığorta almaq hüququ qanunla nəzərdə tutulmur. Təcrübədə, xəstəliyə görə müavinət əmək qabiliyyətini müvəqqəti itirmək halı kimi qəbul olunur və buna görə ödəmə edilir. Halbuki bunlar Konstitusiyada ayrı-ayrı sığorta hadisələri kimi nəzərdə tutulur.
Bizdə xəstəliyə görə əmək qabiliyyətinin 31 faizdən çox itirilməsi əlillik yaradır və insanlara əlilliyə görə pensiya ödənilir, amma xəstəliyə görə əmək qabiliyyətinin 31 faizdən az itirilməsi sosial sığorta hadisəsi sayılmır və Konstitusiyaya zidd olaraq heç bir odəniş edilmir.
Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsinə dair qanunun 19-cu maddəsinə əlavə edilməsi nəzərdə tutulan dəyişikliyə gəldikdə isə, onu deyə bilərəm ki, Dövlət Sosial Müdafiə Fondu Konstitusiyanın 109-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanı kimi formalaşdırılıb. “Sosial sığorta haqqında” qanunun 19.1- ci maddəsində deyilir ki, sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Əlavə olunan 19.1-1 -ci bənddə isə deyilir ki, sərbəst vəsait investisiyaya yönəldilə bilər. Ümumiyyətlə, dövlət hakimiyyət orqanlarının biznes fəalyyəti ilə məşğul olması yolverilməzdir. Bu halda isə investisiyalar nə qədər az riskli sahələrə yönəldilsə də, onun itirilməsi ehtimalı var. Dövlət Sosial Müdafiə Fondu özəl sosial-sığorta şirkəti deyil ki, biznes fəaliyyəti ilə məşğul olsun. Bundan başqa, 2023-cü il üçün sosial müdafiə xərclərini qarşılamaq üçün dövlət büdcəsindən sosial müdafiə fonduna təqribən 1.5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Belə anlaşılır ki, hökumət sosial müdafiə fonduna artıq vəsait yönləndirir ki, investisiyaya yönəltsin. Büdcə gəlirləri imkan verirsə, bunun üçün Nazirlər Kabineti, iqtisadi inkişaf, maliyyə nazirliyi və həmin nazirliklərin strukturlarında yüksək ixtisaslı kadrlar var. Əgər artıq vəsait varsa, şəhid ailələrinin, müharibə əlillərinin, pensiyaçıların, tibb işçilərinin, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir, investisiya kimi qoyulmamalıdır. Yoxsul insanların sosial müdafiəyə çox böyük ehtiyacı var.
Son vaxtlar mərkəzi icra hakimiyyəti orqanlarına Konstitusiyaya zidd olaraq göstərdikləri xidmətə görə özlərinin müəyyənlişdirdiyi haqq almaq səlahiyyəti verilir. Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsində düzünə göstəriş var ki, heç kim qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Dövlət orqanlarının göstərdikləri xidmətə görə qanunla müəyyən olunmuş həcmdə rüsum tutula bilər. “Dövlət rüsumu haqqında” qanunun 1-ci madəsi ilə tanış olun:
1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.
1.3. Bu Qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz.
Çox təəssüf ki, dövlət idarəetməsinin fəlsəfəsinə zidd olaraq dövlət orqanları biznes subyektlərinə çevrilir, hərə gördüyü iş üçün haqq müəyyən edir.
- Təkliflərinizin nəzərə alınma ehtimalı varmı?
- Bu ehtimal sıfıra yaxındır. Amma ümid edirəm ki, peşəkar parlament üzvü və vicdanlı insan kimi tanıdığım İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc və müvafiq komitənin sədri Musa Quliyev mənim qaldırdığım bütün məsələlərlə razılaşmasalar da, qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edəcəklər.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək