Türkiyə Suriyaya 11 yük maşını humanitar yardım göndərib
Tarix: 26-01-2026 08:09 | Bölmə: Dünya

Türkiyə Suriyaya 11 yük maşını humanitar yardım göndərib

AFAD və Türk Qızıl Ayparası beşi 50 ton un, biri adyal, beşi uşaq bezi və qidası ilə yüklənmiş avtokarvanı yola salıb

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, AFAD-ın açıqlamasına görə, Suriya hökuməti ilə YPG terror təşkilatı arasında atəşkəsin uzadılmasından sonra Ayn əl-Ərəbə əyalətinə humanitar dəhliz açılıb.

Suriya hökumətindəki humanitar diplomatiya şöbəsinin intensiv səyləri sayəsində humanitar dəhlizin açılması ilə bağlı mühüm proses başa çatıb. Bölgəyə humanitar yardımın dəhliz vasitəsilə çatdırılmasına başlanılıb.

V. QULİYEV






Bölməyə aid digər xəbərlər