Putinin Sülh Şurasına bir milyard dollar köçürmək təklifinə cavab verilmir
Tarix: 26-01-2026 19:11 | Bölmə: Dünya

Putinin Sülh Şurasına bir milyard dollar köçürmək təklifinə cavab verilmir

Kreml Rusiyanın dondurulmuş aktivlərindən 1 milyard dolları Sülh Şurasına köçürmək təklifinə ABŞ-nın ictimai reaksiyasını hələ eşitməyib.

Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu məsələyə hələ heç bir ictimai reaksiya verilməyib.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya əvvəllər dondurulmuş aktivlərindən Qəzza zolağının yenidən qurulması və Fələstin probleminin həlli üçün ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına 1 milyard dollar köçürməyə hazırdır.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər