Rusiyanın 84 PUA-sı hədəfə tuş gəlib
Tarix: 29-01-2026 12:53 | Bölmə: Dünya

Rusiyanın 84 PUA-sı hədəfə tuş gəlib

Yanvarın 29-da gecə saatlarında Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın hücum üçün istifadə etdiyi 105 dronundan 84-nü zərərsizləşdirib.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.

Bildirilir ki, 28 yanvar saat 18:00-dan etibarən Rusiya qüvvələri 105 ədəd “Şahed”, “Gerbera” və “Italmas” pilotsuz uçuş aparatı (PUA), eləcə də digər növ dronlarla Ukraynaya hücuma keçib. Ukrayna Silahlı Qüvvələrinin hesablamalarına görə, bunlardan təxminən 70-i “Şahed” PUA-ları olub.

Məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında, cənubunda, mərkəzində və şərqində Rusiyanın 84 “Şahed” PUA-sını və digər növ dronları sıradan çıxarıb.

Yeddi yerdə 18 hücum PUA zərbəsi qeydə alınıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər