Prezident Petronun Maduro ilə bağlı təklifi var
Tarix: 28-01-2026 09:10 | Bölmə: Dünya

Prezident Petronun Maduro ilə bağlı təklifi var

Kolumbiya prezidenti Qustavo Petro oğurlanmış Venesuela lideri Nikolas Maduronun ABŞ-da deyil, öz ölkəsində mühakimə olunmasının vacibliyini bildirib.

Reyting.az xarici mediaya istinadla bildirir ki, Q. Petro bu maraqlı və qeyri-adi bəyanatı Boqotada çıxışı zamanı verib.

Q. Petro deyib ki, N. Maduro geri qaytarılmalıdır, çünki o, faktiki olaraq oğurlanıb: “O, Amerikada deyil, Venesuela məhkəməsində mühakimə olunmalıdır”.

Kolumbiya prezidentinin sözlərinə görə, Venesuelaya qarşı hərbi əməliyyat bütün Latın Amerikasının tarixinə və sivilizasiya irsinə ziddir.

ELÇİN





Bölməyə aid digər xəbərlər