Rusiya ordusu Ukraynada yeni üstünlüklər əldə edib
Tarix: 26-01-2026 14:08 | Bölmə: Dünya

Rusiya ordusu Ukraynada yeni üstünlüklər əldə edib

Rusiya ordusu Ukraynada yeni mövqelər uğrunda savaşda müəyyən üstünlüklər qazanıb. Ruslar Orexovo-Vasilyevka yaxınlığında, eləcə də kəndin daxilində irəliləyiblər.

Reyting.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupunun analitikləri bildiriblər.

Qeyd edək ki, Orexovo-Vasilyevka Çasovı Yarın şimalında yerləşir. Burada Rusiya Federasiyası Slavyansk-Kramatorsk aqlomerasiyasına doğru irəliləyib.

Daha əvvəl “DeepState” analitikləri rusların Donetsk bölgəsindəki iki yaşayış məntəqəsinin yaxınlığında irəliləməyə müvəffəq olduqlarını bildirmişdilər.

Analitiklərin fikrincə, ruslar Predteçin və Stupoçki yaxınlığında da üstünlük qazanıb, irəliləyişə nail olublar.

ELÇİN





Bölməyə aid digər xəbərlər