Ruslar sərnişin qatarını PUA-larla vurub
Tarix: 27-01-2026 20:58 | Bölmə: Dünya

Ruslar sərnişin qatarını PUA-larla vurub

Rusiya ordusu Ukraynanın Xarkov bölgəsində Barvinkove-Lvov-Çop sərnişin qatarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri yazıb.

Baş nazirin müavini Oleksiy Kuleba deyib ki, ilkin məlumata görə, ruslar qatara üç “Şahed” PUA-sı ilə hücum edib. Zərbələr lokomotivə və sərnişin vaqonuna dəyib, yanğına səbəb olub.

O. Kuleba qatarda 291 sərnişinin olduğunu bildirib: “Onlar mümkün qədər tez təxliyə ediliblər. Hazırda iki yaralı var - onlar qatar heyəti tərəfindən təxliyə edilib və xəstəxanaya yerləşdiriliblər".

V. QULİYEV





Bölməyə aid digər xəbərlər