Qəzzanı yenidən bombalayırlar
Tarix: 26-01-2026 18:54 | Bölmə: Dünya

Qəzzanı yenidən bombalayırlar

İsrail ordusu 10 oktyabr 2025-ci ildə imzalanmış atəşkəs razılaşmasının ziddinə olaraq Qəzza zolağına yenidən hava və artilleriya zərbələri endirib.

Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, İsrail ordusu Cəbəliya qaçqın düşərgəsinin şərq məhəllələrinə zərbələr endirib.

Məlumata görə, İsrailin döyüş təyyarələri Mərkəzi Qəzza zolağındakı Əbu əl-Əcin məhəlləsinə və ətraf ərazilərə də çoxsaylı hava hücumları həyata keçirib. Hava zərbələri ilə yanaşı, artilleriya atəşləri də davam edir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər