Rumıniya Moldova ilə birləşməkdə maraqlı deyil?
Tarix: 26-01-2026 09:08 | Bölmə: Dünya

Rumıniya Moldova ilə birləşməkdə maraqlı deyil?

Ekspertlər Rumıniya prezidenti Nikusor Danı Moldova ilə birləşmə haqqında referendum ideyasını dəstəkləməkdən imtina etməyə inandıra biliblər.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, belə bir ssenarinin Buxarest üçün ciddi daxili risklərə səbəb hüquqi və bürokratik problemlər yaradacağı güman edilir.

Son illər Kişinyov Qərb liderlərindən dəstək siqnalları alır. Keçən ilin avqustunda Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Frederik Merz Moldovanın Müstəqillik Günü Kişinyova səfər ediblər. Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Moldovaya səfər etmişdi. Onlar Maya Sandunun Avropaya inteqrasiya kursunu dəstəklədiklərini nümayiş etdiriblər.

ELÇİN





Bölməyə aid digər xəbərlər