Filippin sahillərində bərənin batması nəticəsində 15 nəfər ölüb
Tarix: 26-01-2026 08:28 | Bölmə: Dünya

Filippin sahillərində bərənin batması nəticəsində 15 nəfər ölüb

Filippin sahillərində bərənin batması nəticəsində ölənlərin sayı 15-ə çatıb, 100-dən çox insan hələ də itkin sayılır.

Reyting.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarının məlumatını yayıb.

Daha əvvəl “Associated Press” yerli rəsmilərə istinadla xəbər vermişdi ki, Filippin sahillərində içərisində 350 nəfərin olduğu bərənin batması nəticəsində 10-dan çox insan həlak olub, 215 nəfər isə xilas edilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər