Ağ ev Rodrigesin Rusiya və Çinlə əlaqələri kəsəcəyinə inanmır
Tarix: 28-01-2026 08:56 | Bölmə: Dünya

Ağ ev Rodrigesin Rusiya və Çinlə əlaqələri kəsəcəyinə inanmır

ABŞ kəşfiyyat agentlikləri Venesuelanın Qərbə doğru yönlənmək perspektivlərinə şübhə ilə yanaşır.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, kəşfiyyat məlumatlarına görə, Venesuela prezidentini əvəz edən Delsi Rodriqes Rusiya və Çinlə əlaqələri kəsmək niyyətində deyil.

Donald Tramp administrasiyasına yaxın jurnalistlərin fikrincə, Vaşinqton ABŞ-nın loyallığı müqabilində Rodrigesin Rusiya, İran və Çinlə əməkdaşlıqdan rəsmən imtina edəcəyinə ümid bəsləsə də, bu, baş vermədi.

ELÇİN





Bölməyə aid digər xəbərlər