İranlı nazir Trampın xüsusi elçisi ilə mesajlaşır
Tarix: 26-01-2026 20:55 | Bölmə: Dünya

İranlı nazir Trampın xüsusi elçisi ilə mesajlaşır

İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nın xüsusi elçisi Stiv Uitkoff arasında mesaj mübadiləsi aparılır.

Reyting.az xəbər verir ki, bunu İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əli Bəhreyni bildirib

ISNA-nın məlumatına görə, Əli Bəhreyni deyib ki, Abbas Əraqçi ilə Stiv Uitkoff arasında müxtəlif məsələlərlə bağlı qeyri-rəsmi mesaj mübadiləsi aparılsa da, bunu danışıq adlandırmaq çətindir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın 22-də ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin "ehtiyac üçün" İrana doğru hərəkət etdiyini bildirib. Bundan əvvəl o, İrana hərbi müdaxilə variantının aradan qaldırılıb-qaldırılmadığı sualına və gələcəkdə nə baş verəcəyini cavablandırmaqda çətinlik çəkdiyini bildirib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər