Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-02-2026 20:27 | Bölmə: Dünya

Avropa İttifaqının səfirləri Ukraynaya 90 milyard avroluq kreditin maliyyələşdirilməsi mexanizmini razılaşdırıblar. Bu pulun 30 milyard avrosu Ukraynanın büdcəsinin maliyyələşdirilməsinə, 60 milyard avrosu isə silah alışına yönəldiləcək. Avropa Komissiyası Avropa İttifaqının (Aİ) büdcəsindən kredit üzrə faiz ödəyəcək.
Reyting.az-ın məlumatına görə, Aİ Şurası bildirib ki, Şura Avropa Parlamenti ilə erkən razılaşma əldə etməyə çalışır ki, ilk ödəniş bu ilin ikinci rübünün əvvəlində həyata keçirilsin.
Kredit 2025-ci ilin dekabr ayında Aİ sammitində Rusiya aktivlərinin müsadirə edilməsi əvəzinə təsdiqlənib. Macarıstan, Çexiya və Slovakiya Kiyevin Aİ maliyyələşdirməsində iştirakdan imtina ediblər.
TASS-ın istinad etdiyi bəyanatda deyilir: "Bu qərar 24 Aİ ölkəsinin iştirakı ilə gücləndirilmiş tərəfdaşlıq proseduru çərçivəsində qəbul edilib".
"Politico"nun məlumatına görə, vəsait Avropa Komissiyasının borclanması yolu ilə toplanacaq və Kiyevin maliyyə çatışmazlığı ilə üzləşə biləcəyi yaza qədər Ukraynanı dəstəkləmək üçün istifadə olunacaq. Kredit üzrə faizlər, o cümlədən cari yeddi illik maliyyə planında istifadə olunmamış vəsaitlər Aİ büdcəsindən ödəniləcək. Hər hansı bir çatışmazlıq üzv dövlətlər tərəfindən ödəniləcək.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər