Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 10-02-2026 08:05 | Bölmə: Dünya

Rusiyanın Samara vilayətinin sakini və yerli ictimai-siyasi fəal kimi tanınan Qriqori Yeremeyev vilayət dumasının iclası zamanı deputatlara səslənib.
Reyting.az-ın məlumatına görə, qəfil tribunaya çıxan Q. Yeremeyev deputatlara çağırış edib ki, onlar Rusiyanın prezidenti Vladimir Putinlə birlikdə bu ölkə tərəfindən hücuma məruz qalan Ukraynaya qarşı "Xüsusi hərbi əməliyyatın uğursuzluğunun məsuliyyətini bölüşsünlər". Lakin Yeremeyevə öz çıxışına davam etdirməyə imkan verilməyib və fəal bu çağırışın müqabilində sonradan 30 min rubl cərimələnib.
Vilayətin Leninski Rayon Məhkəməsində Yeremeyevin barəsində Rusiya ordusunun "diskreditasiyası" maddəsi ilə (KoAP 20.3.3) inzibati cərimə qərarı çıxarılıb. Məlum olub ki, onun barəsində yenidən açılan cinayət işi məhz 2025-ci ilin 23 dekabrında Samara qubernatorluq dumasında Q. Yeremeyevin çıxışdan sonra açılıb. Bəzi mənbələrə görə, bu əyalət fəalı demək olar, Rusiya Ədliyyə nazirliyinin reyestrinə, yəni "xarici agentlər" siyahısına real namizəddir.
Yeremeyevin çıxışında xüsusilə vurğulanıb ki, Rusiya ordusu Ukrayna cəbhəsində öz məqsədlərinə nail olmayıb və bu, tamamilə mümkünsüz görünür. O, həmçinin belə bir dəhşətli müharibənin xeyli insan itkilərinə və resursların israfına çevrildiyini də deyib.
Samaralı fəal deputatlara səslənən zaman onların da çox böyük bir sınaq qarşısında olduqlarını söyləyib. Yeremeyev Rusiyanın keçirdiyi xüsusi hərbi əməliyyatlar barədə həqiqəti deməyə, müharibə meydanındakı "uğursuzluğu" etiraf etməyə, buna görə də bütün məsuliyyəti prezidentlə bölüşməyə çağırıb.

Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər