Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-02-2026 13:42 | Bölmə: Dünya

İsrail ABŞ-ı İranın ballistik raket inkişafı ilə bağlı müəyyən etdiyi “qırmızı xətti” keçəcəyi təqdirdə birtərəfli hərəkətə keçməyə hazır olması barədə məlumatlandırıb.
Reyting.az bildirir ki, “Jerusalem Post” qəzetinin İsrail təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən verdiyi məlumata görə, Qüds İranın raket proqramını öz təhlükəsizliyi üçün mövcudluq təhdidi hesab edir.
Mənbələr bildirir ki, İsrail müdafiə rəsmiləri son həftələrdə amerikalı həmkarları ilə bir sıra qapalı, yüksək səviyyəli məsləhətləşmələr keçiriblər və bu məsləhətləşmələr zamanı onlar İranın raket imkanlarını və istehsal infrastrukturunu zəruri hallarda məhv etmək niyyətlərini bildiriblər.
Rəsmilər vurğulayıblar ki, İsrail öz hərəkət azadlığını məhdudlaşdırmaq niyyətində deyil və İrana strateji silah sistemlərini dövlətin mövcudluğunu təhdid edə biləcək miqyasda yenidən qurmağa icazə verməyəcək.
Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərindən biri mövcud vəziyyəti İranın raket infrastrukturuna əhəmiyyətli bir zərbə endirmək və təkcə İsrailə deyil, həm də qonşu ölkələrə qarşı aktiv təhdidləri neytrallaşdırmaq üçün “tarixi fürsət” adlandırıb. Onun sözlərinə görə, ABŞ ilə danışıqlar zamanı Tehranın raket proqramı ilə əlaqəli əlavə hədəflərə zərbə endirmək planları da təqdim edilib.
Eyni zamanda, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın bu məsələyə mümkün yanaşması ilə bağlı narahatlıqlarını bildiriblər. Xüsusilə, onlar Vaşinqtonun Yəməndə husilərə qarşı son əməliyyatları modelləşdirərək özünü hədəf zərbələri ilə məhdudlaşdıra biləcəyindən qorxurlar.
“Onun bir neçə hədəf seçib uğur qazandığını elan edib İsraili nəticələri ilə məşğul olmağa buraxacağı ilə bağlı narahatlıqlar var, husilərdə olduğu kimi”, - deyə hərbi rəsmilərdən biri bildirib. O, qismən tədbirlərin əsas təhlükəni aradan qaldırmayacağını vurğulayıb.
Baş nazir Benyamin Netanyahunun ABŞ-a qarşıdakı səfəri zamanı İsrail Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yeni komandanı, briqada generalı Ömər Tişlerin müşayiət edəcəyi gözlənilir.
Tişler İsrail Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamiri təmsil edəcək, çünki hazırda Vaşinqtonda İsrail müdafiə nazirinin bu vəzifəyə namizədi təsdiqləməmək qərarından sonra İsrail hərbi attaşesi yoxdur.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər