London Ukraynaya silah almaq üçün yüksək məbləğ ayırmağa razıdır
Tarix: 12-02-2026 00:09 | Bölmə: Dünya

London Ukraynaya silah almaq üçün yüksək məbləğ ayırmağa razıdır

Böyük Britaniya Ukraynaya Amerika silahlarının alınması üçün 150 milyon funt sterlinq ayırmağa razılıq verib.

Reyting.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

“Politico” nəşri yazır ki, vəsait NATO-nun PURL (Ukrayna üçün prioritet tələblər siyahısı) təşəbbüsü çərçivəsində ayrılır.

Qeyd olunur ki, Böyük Britaniya bu təşəbbüsə qoşulan sonuncu NATO müttəfiqidir.

Proqram çərçivəsində 2025-ci ilə qədər Ukrayna üçün təxminən 5 milyard dollar vəsait toplanıb. Fevralın əvvəlində NATO-nun baş katibi Mark Rutte bildirib ki, o, alyansın bu il əlavə 15 milyard dollar toplaya biləcəyinə əmindir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər