Fransa Ukraynaya yeni döyüş təyyarələri verəcək
Tarix: 09-02-2026 18:07 | Bölmə: Dünya

Fransa Ukraynaya yeni döyüş təyyarələri verəcək

Ukrayna Fransanın yeni Mirage 2000 çoxməqsədli qırıcı təyyarələrinin gəlişini gözləyir.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Facebook”-da məlumat paylaşıb.

Bildirilir ki, “Mirage 2000” təyyarələrinin verilməsi ilə bağlı razılıq müdafiə naziri Mixaylo Fedorovla Fransa silahlı qüvvələr naziri Ketrin Votrin arasında aparılan danışıqların nəticəsidir.

Xüsusilə, nazirlər Ukrayna aviasiyasının və hava hücumundan müdafiənin gücləndirilməsini müzakirə ediblər.

Bəyanatda deyilir ki, Fransa tərəfi Ukraynaya Mirage 2000 təyyarələri tədarük etməyə hazırlaşır.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər