Rusiyada şəhərin yarısı işıqsız və istiliksiz qalıb
Tarix: 05-02-2026 08:30 | Bölmə: Dünya

Rusiyada şəhərin yarısı işıqsız və istiliksiz qalıb

Rusiya Federasiyasının Çita vilayətində (Hazırda Zabaykalsk vilayətinin tərkibinə daxildir-red.) havanın temperaturu mənfi 32 dərəcədən aşağı düşüb.

Reyting.az xəbər verir ki, bu barədə yerli “Baza Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Çita şəhərində birləşmiş istilik elektrik stansiyasında baş vermiş qəzadan sonra on minlərlə sakin işıqsız və istiliksiz qalıb.

Hadisənin ilkin səbəbi kimi yerli istilik elektrik stansiyasında baş vermiş qəza göstərilir.

“Evlərdəki akkumulyator radiatorları işıq kəsildikdən sonra soyumağa başlayıb. Bütün bunlar mənfi 32 dərəcə Selsi temperaturunda baş verir”, - məlumatda deyilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər