Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-02-2026 07:53 | Bölmə: Dünya

Estoniya sularında uzun sürən fasilədən sonra ilk dəfə üç böyük buzqıran gəmi yeni missiyasına başlayacaq. Şaxtalı hava şəraiti səbəbindən eyni vaxtda işləyən bu gəmilər qışın yaratdığı fəsadları aradan qaldıracaq. Məlumata görə, güclü şaxtalar səbəbindən buzlaşma davam edir.
Reyting.az Estoniya mətbuatına istinadla bildirir ki, müstəqil ekspertlər və hökumət nümayəndələrinin dediklərinə görə, şaxtalı hava, həmçinin buzlaşma fevral ayı boyunca davam edəcək.
Rəsmilər bildiriblər ki, Baltik dənizinin təxminən 25 faizi buzla örtüldüyündən, yaz fəslində vəziyyət daha da kritik ola bilər.
Ümumiyyətlə, buz mövsümü bu il Estoniya ərazisində erkən başlayıb. Elə buna görə də, buzqıran gəmilər təcili hərəkətə gətirilib və onlar Pärnu ətrafında işə 7 yanvardan, Kundada, həmçinin Sillamyae bölgəsində buzlaqların təmizlənməsinə isə yanvarın 27-dən start veriblər. Tallin şəhəri yaxınlığındakı buzlaq sahələrinin təmizlənməsinə isə bu həftədə başlanılacaq.
"Aktualnaya kamera" kanalının verdiyi məlumata görə, fevral ayının 10-da "Tarmo" buzqıran gəmisinin Muuqa körfəzinə yollanacağı barədə xəbər artıq öz təsdiqini tapıb. Bildirilir ki, bu gəmi təlimatlandırıldığı kimi marşrutu üzrə Botnica Sillamyaedə və Kunda ərazilərində, digər "EVA-316" buzqıran gəmisi isə Pärnu körfəzində çalışır.
Rəsmi məlumatlara görə, Baltik dənizinin artıq təxminən dörddə biri buzla örtülüb. Soyuq havanın fevral boyu davam edəcəyi, vəziyyətin daha da çətinləşəcəyini nəzərə alan Estoniya hökumətinin vəziyyətlə bağlı təcili tədbirlər planı hazırladıqları bildirilir. Eyni zamanda, Estoniya rəsmiləri qeyd ediblər ki, ölkə belə kritik vəziyyətdə hətta Finlandiyanın buzqıran gəmilərini də əraziyə cəlb edə bilməyəcəklər. Səbəb kimi bənzər şaxtalı hava şəraitinin Finlandiyada da hökm sürməsi göstərilir.
Mütəxəssislərin sözlərinə görə, ola bilsin, təhlükə hələ irəlidədir, çünki ən ağır şaxtalı, buzlu hava şəraiti yazda, küləyin buz parçalarını Estoniya sahillərinə doğru gətirdiyi dövrdə yarana bilər.

Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər