00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Abbas mirzə Mülkara: kürd qızından belə oğul? - Fotolar
Tarix: 05-05-2020 10:37 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Məhəmməd şah Qacarın altıncı оğlu Abbas mirzə 27 noyabr 1839-cu ildə Tehran şəhərində anadan оlmuşdu. Şah onu atasının şərəfinə belə adlandırmışdı. O, mükəmməl saray təhsili almışdı. Mülkara ləqəbini daşıyırdı. Vəliəhd şahzadə sayıldığından Naibəssəltənə də adlanırdı.
Abbas mirzənin anası Xədicə xanım kürd və sünni məzhəbindən idi. Yəhya xan Çehriqinin bacısı olan Xədicə xanım həmişə qorxurdu ki, Məhdi Ülya şahın sevgisinə görə oğlunu zəhərləyəcək. Ona görə də İngiltərə hökumətinə oğlunun müdafiəsi üçün müraciət etmişdi.
Abbas mirzə Mülkara Əmir Kəbir Mirzə Tağı xan Fərahani ilə dost idi. Onunla İsfahana səfər etmişdi. Nasirəddin mirzənin tərəfdarları şahzadədən qeybət edir, böyük qardaşın qulağını doldururdular ki, vəzir onu taxt-taca layiq bilir.
Şahzadə sonra öz xatirələrində qeyd edir ki, bu əyan-əşrafın fitnəsi idi. Geri qayıdarkən Qumu ziyarət edirlər. Şah qardaşına və Xədicə xanıma bir neçə ay Qumda qalmasını tapşırır. Abbas mirzə bu tapşırıqdan boyun qaçırıb, mərkəzə dönür. Mərkəzə dönəndən on gün sonra şah Abbas mirzə Mülkaranı Qum hakimi təyin edir.

Bu kimi səbəblərdən Nasirəddin şah bu qardaşını heç sevməzdi. Lord Kerzon “İran və məsəleyi-İran” kitabının 1-ci cildinin 394 və 422-ci səhifələrində Mülkara haqqında belə yazır: “Polkovnik Stuartın dediyinə görə Məhəmməd şah Nasirəddin mirzəyə qarşı soyuq idi. Əksinə, digər qardaş Abbas mirzə Mülkara isə atasının, eləcə də anasının istəkli və ona yaxın övladı olmuşdur.
Məhəmməd şah Abbas mirzəyə o qədər hüsn-rəğbət bəsləyirdi ki, ona Naibüssəltənə ləqəbi vermişdi. Nasirəddin şah ona qarşı etinasızlığı hiss etdiyindən və bunun da səbəbi Mülkara olduğundan hakimiyyət taxtına əyləşdikdən sonra onu, biçarə qardaşını İraqi-Ərəbə sürgün etmişdi. Onun sürgün və ağır həyatı 28 il çəkmişdir. Uzun səy və cəhdlərdən, müxtəlif vasitələrdən sonra İrana qayıtmışdı". (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş., II c, s.223)
1852-ci ilin sеntyabrında qardaşı Nasirəddin şah оnu Bağdada sürgün еtdi. 1857-ci ildə İngiltərə - İran müharibəsi zamanı ingilislər Buşehr yolu ilə Borazcanadək və Xürrəmşəhr yolu ilə Əhvaza qədər irəliləmişdilər. Onlar Nasirəddin şahı hədələyirdilər ki, Abbas mirzənin Bağdaddan İranın cənubuna gəlməsinə icazə versin. Abbas mirzə Nasirəddin şah tərəfindən təhlükə olmadığına əmin olduqdan sonra İrana gəldi, ingilislər Nasirəddin şahın hakimiyyəti dövründə xüsusən onun iki vəliəhdinin ölümündən sonra da üçüncü vəliəhd olaraq Abbas mirzəni vəliəhd etmək üçün çox səy göstərirdilər, lakin nəticə hasil olmadı.

Fransanın məşhur xarici işlər naziri Kont dü Kebino 1857-ci il sənədlərindən birində bu barədə belə yazırdı: “Dünən sədr-əzəmlə (Mirzə Ağa xan Nuri) görüsüb söhbət etdim. O mənimlə çox səmimi və məhrəmanə danışdı və dedi ki, şah təxir salmadan qanuni vəliəhdini təyin etməlidir. Sədr-əzəm Rusiyanın məqsədləri ilə əlaqədar söhbəti bitirərək (söhbət Bəhmən mirzədən gedirdi) özünün Britaniyaya meylini bildirdi, şahın qardaşı Abbas mirzənin də ingilislərə rəğbət bəslədiyini bildirdi. O, indi Kərbəlada sürgündədir və sayiə gəzir ki, o, Londona səfər etmək istəyir, lakin hələ getməmişdir.
Sədr-əzəm fürsətdən istifadə edərək Abbas mirzənin Londona səfər etmək fikrini şaha bildirmiş, Nasirəddin şah da onun Londona yox, Tehrana gəlməsinə icazə vermişdir, həm də ona 3000 tümən maaş təyin etmək fikrindədir”. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş., II c, s.225)
Fransanın xarici işlər naziri daha sonra yazırdı ki, sədr-əzəm bundan çox məmnun idi ki, İran həm İngiltərə ilə silahla vuruşmaqdan, həm də daxili çəkişmə və intriqadan xilas olmaq, Abbas mirzədən xətər gəlməmək üçün şahı təcili olaraq özünə qanuni vəliəhd təyin etməyə məcbur etmişdi. Qərara alındı ki, şahın sevgili zövcəsindən, Ceyrandan olan oğlu vəliəhd təyin edilsin”.
Abbas mirzə Mülkara 1878-ci ilin yanvar ayında şahın icazəsi ilə İrana qayıtdı. Abbas mirzə Tehrana gəldikdən sonra ona Mülkara ləqəbi verilmiş və ildə 6 min tümən məvacib ona, 1500 tümən isə oğlu Məhəmməd mirzəyə təyin edilmişdi.
Abbas mirzə Mülkara 1878-ci ildə Zəncana vali göndərildi.
Abbas mirzə Mülkara 1879-cu ildə Çar hökumətinin razılığı ilə Tiflisdə olmuşdu. Sonra Mirzə Hüseyn xan Qəzvinin araçılığı ilə yenidən Tehrana qayıtmışdı.
Abbas mirzə Mülkara 1880-ci ildən 1885-ci ilədək Qəzvinin valisi olmuşdu. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş., II c, s.224)
Abbas mirzə Mülkara 1886-cı ildə İranın ticarət vəziri vəzifəsinə təyin еdildi. Bu barədə tarixçi Etimadüssəltənə Məhəmmədhəsən xan Müqəddəm yazır: “1303-cü il, 16 rəbiülsani, ticarət nazirliyi şahın qardaşı Mülkaraya verildi”. Abbas mirzə Mülkara mütənasib qamətli, zərif əndam, xos qiyafəli, alçaq səslə danışan sahzadə idi. O, işindən heç də razı qalmamışdı. Şahzadə saray adamlarının nazirliyin fəaliyyətinə müdaxilə etdiklərindən, ticarət nazirliyinin yalnız tacirlərin şikayətlərinə baxmaqla, pul yığmaqla məşğul olduğundan gileylənirdi.
Mənbələr göstərir ki, Məhəmməd şahın vəfatından sonra Nasirəddin şah anasının təhriki ilə kin bəslədiyi qardaşı Abbas mirzə Mülkaranı qətlə yetirmək barədə fikirləşirdi. Lakin o, ingilislərin himayəsində olduğu üçün ölümdən qaça bilmişdi.

Abbas mirzə Mülkara 1896-cı ildə İranın ədliyyə naziri vəzifəsinə göndərildi.
Abbas mirzə Mülkara müəllimi Rzaqulu xan Hidayətə görə əxlaqlı, tərbiyəli, savadlı bir şəxs idi. Ədəbiyyatı sevirdi və şeir yazırdı. Əliəkbər xan Dehxuda "Lüğətnamə" adlı əsərində ondan bəhs edir və fazil şəxs olduğunu bildirir.
Etimadüssəltənə Məhəmmədhəsən xan Müqəddəm “Məasir və asar” əsərində Abbas mirzə Mülkara haqqında belə yazır: “Bu məmləkətin şöhrətli elmləri olan hədis, təfsir və ədəbiyyat sənətləri üzrə dövrünün fövqəladə şəxsiyyətidir. Qədim və müasir dövrün böyük alimlərindən bəhrələnən kitab mühafizidir. O, həmçinin xarici dillərdən və elmi naliyyətlərdən də faydalanmışdır. (Etimadüssəltənə Məhəmmədhəsən xan, Əl-Məasir və əl-asar, Tehran, Daurültəba, 1306/1888, 227 səh. s. 191).
Abbas mirzə Mülkara 13 aprel 1897-ci ildə ürək tutmasından vəfat еdib.
Abbas mirzənin Məhəmməd mirzə, Məhəmmədhüseyn mirzə adlı оğlanları vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər