00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Mirzə Məhəmməd xan Qəzvini - Şərq ədəbiyyatının fədaisi - Fotolar
Tarix: 16-05-2020 12:15 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Şərq klassik ədəbiyyatından söhbət düşərkən istər-istəməz ədəbiyyatı sevən, arayıb-araşdıran, bu mənəvi xəzinənin xalqa çatdırılmasında böyük əmək sərf edən fədakar alimlər yada düşür. Onların içərisində ədəbiyyat elminin böyük fədaisi, görkəmli filoloq-şərqşünas Mirzə Məhəmməd xan Qəzvininin də öz yeri vardır.
Mirzə Məhəmməd xan Qəzvini 31 mart 1874-ci ildə Tehran şəhərində, Qəzvin darvazası məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Ağa ləqəbi ilə tanınan Mirzə Əbdülvahabdan almışdı. Onun ölümündən sonra Məhəmməd Əbdürrabbabadi əl-Qəzvinidən və digər müdərrislərdən dərs alaraq sərf, nəhv, ədəbiyyat və Ərəb şeirinə vaqif bir alim oldu. Babası Molla Əbdüləli Qəzvini də İranın alim şəxslərindən sayılırdı. Əslən Qəzvin vilayətinin Bəşəriyyət mahalından idilər.

Mirzə Məhəmməd xan Qəzvini Müəyyirilməmalik mədrəsəsində dərs demişdi. Nasiri Darültalif və Rarültərcüməsində çalışmışdı.
Mirzə Məhəmməd xan Qəzvini bir ara "Tərbiyət" qəzetində Ərəb dilindən məqalələr tərcümə edərək dərc etdirdi.
Mirzə Məhəmməd xan Qəzvini 1904-cü ildə kiçik qardaşı Mirzə Əhməd xanın dəvəti ilə İngiltərəyə getdi. Eduard Qranvil Braunun “Gibb memorial series” adıyla çıxarılan İslam əsərləri seriyasının nəşrində çalışma təklifini qəbul edərək iki il Londonda qaldıqdan sonra Gibb vəqfiyələri hesabına nəşr olunan bəzi əsərləri çapa hazırlamaq üçün getdiyi Parisdə "Bibliothèque Nationalede" (Milli kitabxanada) olan nadir əlyazmalarla məşğul oldu. London və Parisdəki çalışmaları nəticəsində önəmli bəzi kitabların tənqidi nəşrini hazırladı. I Dünya Müharibəsinin başlamasından bir il sonra, İran-Alman Cəmiyəti sədri və "Kavə" dərgisi naşiri Seyyid Həsən Tağızadənin dəvətiylə getdiyi Berlində altı il qaldı. Burada Kral Kitabxanasında (Die Königlichen Bibliothek) Ərəb və Fars dillərində əlyazmaları incələmə fürsəti tapdı, çeşidli elm adamları ilə tanış oldu və adı keçən dərgidə yazılar yazdı. Fəqət onun zehnini ən çox məşğul edən şey, 1912-ci ildə ilk cildini önəmli qeydlər əlavə etmək surətiylə çap etdirdiyi Ata Məlik əl-Cüveyninin "Cahanqüşa" adlı kitabının nəşrini tamamlamaq idi. 1920-ci ildə İranın Paris səfiri olan Məhəmmədəli xan Füruginin yaratdığı imkanlarla Parisə dönərək çalışmalarını davam etdirdi. Bu sırada oraya gələn İran saray naziri Əbdülhüseyn xan Teymurtaş da Qəzvininin çalışmalarının hökumət tərəfindən dəstəklənməsinə şərait yaratdı. Berlindən Parisə dönüşündə bir italiyan xanımla evləndi və ondan bir qızı oldu. Parisdəki iqaməti əsnasında "Cahanquşa"nın II və III cildlərini nəşr etmə imkanı tapdı. II Dünya Müharibəsinin başlanmasına görə Parisdən ayrılaraq xanımı və qızı ilə birlikdə oktyabr 1939-cu ildə Tehrana döndü. Bərabərində gətirə bilmədiyi şəxsi kitabxanasını savaşdan sonra Tehrana gətirtməyə müvəffəq oldu.

Mirzə Məhəmməd xan Qəzvini 27 may 1949-cu ildə Tehranda vəfat etdi və şəhərin cənubunda Şah Əbdülazim türbəsi yaxınındakı müfəssir Əbül-Fütuh ər-Razinin məzarının yanına gömüldü.
Avropada qaldığı uzun müddət içində ingilis, fransız və alman dillərini öyrənən, İslam elmləriylə məşğul olan, şərqşünaslarla yaxın dostluqlar quran, ərəbcə və farsca bəzi mətnlər xüsusunda onlara yardımçı olan Mirzə Məhəmməd xan Qəzvini elm aləmində etibar qazanmışdı. Vladimir Minorski "Hüdudul-aləm" adlı coğrafiya kitabının nəşrində böyük yardımlarını gördüyü üçün əsəri ona ithaf etmişdir. Qəzvininin özəlliklə Parisdəki iqamətgahı, İslami elmlərlə məşğul olan çeşidli millətlərə mənsub alimlərin görüş yeri olmuşdu. Ona məktubla sorulan elmi məsələləri mütləq cavablandıran Qəzvininin məktublarından bir qisminin risalə həcminə çatdığı bilinir (Togan, I/1-4, s. 171).
Əsərləri haqqında.
1. Şərh-i Hal-i Əbu Süleyman Məntiqi Sicistani. Bu əsər Əbu Süleymanın bioqrafiyasıyla birlikdə başda "Sıvanül-hikmə" olmaq üzrə bəzi kitabları haqqında bilgilər əks etdirir (Paris 1933).
2. Məqale-i Tarixi və İntiķadi Raci be Kitab-i Nefsetül-Masdır. Nurəddin Məhəmməd Münşinin əsəri haqqında bir incələmədir (Tehran, 1308 hş.).
3. Bist məqale-i Qəzvini. Qəzvininin müxtəlif dərgilərdə çıxan iyirmi məqaləsindən ibarətdir (Tehran, 1313 hş.).
4. Şərh-i hal-i Memduhin-i Şeyx Sədi. Digər müəlliflərin yazıları ilə birlikdə “Sədinamə” adlı əsərin içində nəşr edilmişdir (Tehran, 1316 hş./1937).
5. Tərcüme-i Əhval-i Məsud-i Səd-i Səlman. Məsudun həyatını və çalışmalarını ələ alan əsər Eduard Qranvil Braun tərəfindən ingilis dilinə tərcümə edilmişdir (JRAS), s. 693-740; a.e., s. 11-51).
6. Şərh-i Əhval-i Şeyx Əbül-Fütuh ər-Razi. Müfəssir Əbül-Fütuh ər-Razinin həyatını, əsərlərini, şeirlərini və təfsirində keçən nadir sözlərdən çalışma müfəssirin "Ruhul-cinan" adlı təfsirinin sonunda nəşr edilmişdir (Qum, 1404, s. 615-656).
7. Vəfayat-i Müasırin. Mirzə Məhəmməd xan Qəzvininin, çağdaşlarından vəfat edənlərin bioqrafiyalarını və onlarla ilgili xatirələrini əhatə edən əsər "Yadigar" məcmuəsində dərc edilmişdir (Tehran, 1326-1327).
8. Yaddaşthay-i Qəzvini. Müəllifin çeşidli mövzulara dair qeydlərinin ölümündən sonra toplanmasıyla meydana gələn bu əsər altı cild halında Tehran Universitetinin nəşrləri arasında çıxmışdır (Tehran, 1332-1341 hş.).

Mirzə Məhəmməd xan Qəzvininin müqəddimə və qeydlər əlavəsiylə tənqidi nəşrlərini gerçəkləşdirdiyi çalışmalar da bunlardır:
1. Məhəmməd Avfi, Lübabül-əlbab. İran ədəbiyyatında ilk şüara təzkirəsi olan əsərin ikinci cildini Eduard Qranvil Braun daha öncə çap etdirmişdi (Leiden, 1906).
2. Nizami Əruzi, Çahar məqalə (Leiden, 1909).
3. Mərziban bin Rüstəm, "Mərzibannamə". Əsərin Sədəddin Vəravini tərəfindən bəzi əlavələrlə birlikdə o günkü fars dilinə çevrilməsindən ibarətdir (Leiden, 1917).
4. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi, əl-Mucəm fi məayir-i əşaril-Əcəm (Leiden, 1909; Tehran, 1338).
5. Divan-i Hafiz-i Şirazi. Qasım Qəni ilə birlikdə gerçəkləşdirilən ən güvənli nəşrdir (Tehran, 1320 hş./1941).
6. Ata Məlik Cüveyni, Tarix-i Cahanquşa (Leiden, 1912-1927; digər çalışma və nəşrləri üçün baxın. Abbas İqbal Aştiyani, əd-Dirasatül-ədəbiyyə, VI/1-2, s. 126-129).

Mirzə Məhəmməd xan Qəzvini bir ədəbiyyat tarixçisi idi; minilliklərdən gələn bədii fikir tarixinin və tarixçiliyinin nəzəri və təcrübi aspektləri, ən müxtəlif problemləri ilə məşğul olur, ədəbiyyat tarixinin əsasını təşkil edən bədii təcrübə və onun nəzəri dərki problemlərini araşdırırdı. Allah rəhmət eləsin!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər