00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Əzizulla xan Zərğami: şəcərəsinə layiq oğul - Fotolar
Tarix: 22-05-2020 18:35 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Əzizulla xan Güney Azərbaycanın Sərab vilayətində, eləcə də bütün İranda məşhur olan Zərğami soyuna mənsubdur. Bu soyun ulu babası Salehməhəmməd bəy Şatiranlı-Şəqaqidir. O, el içində Ocaq ləqəbi ilə tanınırdı.
Salehməhəmməd bəyin Məhəmmədsaleh bəy adlı oğlu vardı.
Məhəmmədsaleh bəy Salehməhəmməd bəy oğlu Şatiranlı-Şəqaqi Sərab vilayətində anadan olmuşdu. Elə başçılıq etmişdi. Səfəvilər dövlətinin bir çox savaşlarına qatılmışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Məhəmmədsaleh bəyin Xəlifəqulu bəy adlı oğlu vardı.
Xəlifəqulu bəy Hacı Məhəmmədsaleh bəy oğlu Sərab vilayətində doğulmuşdu. Molla yanında oxumuşdu. O, Sərab vilayətində dövran sürən Şəqaqi elinin başçısı idi. Məhin kəndində yaşayırdı. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı Xəlifəqulu bəyin Məhəmmədsaleh bəy adlı oğlu vardı.
Məhəmmədsaleh bəy Hacı Xəlifəqulu bəy oğlu Sərab vilayətinin Məhin kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Şəqaqi elinə başçılıq etmişdi. Elxan ünvanı ilə el əhlini döyüşlərə aparmış, vergi toplamışdı. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Məhəmmədsaleh xanın Xəlifəqulu bəy adlı oğlu vardı.
II Xəlifəqulu bəy Hacı Məhəmmədsaleh xan oğlu Sərab vilayətinin Məhin kəndində dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Şəqaqi elinə başçılıq etmişdi. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Xəlifəqulu bəyin Əli bəy, Mehdiqulu bəy adlı oğlanları vardı.
Əli bəy Hacı Xəlifəqulu bəy oğlu Sərab şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.
Nadir şahın ölümündən sonra paytaxtdakı qarışıqlıqdan istifadə edən Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, Məhəmmədhəsən xan Qacarla mübarizədə öz müstəqilliyini qoruyub saxlasa da, Kərim xan Zəndin nominal hakimiyyətini qəbul etməyə məcbur olmuşdu. Lakin onun ölümündən sonra Sərab xanlığı yenidən müstəqilliyə nail olmuş, öz sərhədlərini genişləndirməyə cəhd göstərmişdi.

Əli xanın Sadıq xan, Cəfərqulu xan, Qafar xan, Sarı xan, Məhəmmədəli xan adlı oğlanları vardı.
Əli xanın ikinci oğlu Cəfərqulu xan Sərab şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qardaşı Sadıq xana xidmət etmişdi. Xanlığın sərkərdələrindən biri idi.
Cəfərqulu xan 1797-ci ildə qardaşının adından Qaradağ xanlığını idarə etmişdi.
Cəfərqulu xanın Hüseynpaşa xan adlı oğlu vardı.
Hüseynpaşa xan Sərab şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.
Hüseynpaşa xanın Əsgər xan adlı oğlu vardı.
Əsgər xan Sərab şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı.
Əsgər xanın Hüseynpaşa xan adlı oğlu vardı.
II Hüseynpaşa xan Sərab şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Zərğaməssəltənə ləqəbini daşıyırdı.
II Hüseynpaşa xanın Əzizulla xan adlı oğlu vardı.
Əzizulla xan Hüseynpaşa xan oğlu 1884-cü ildə Sərab şəhərində dünyaya pənah gətirmişdi. İbtidai təhsilini mollaxanada almışdı. Gənclikdə İran Kazak briqadasının məktəbinə daxil olub və zabit dərəcəsini aldı. Sərvan (kapitan) rütbəsinə qədər İran Kazak briqadasında xidmət etdi. Burda Rza xanın diqqətini cəlb edən əmirlərdən və o dövrdə tanınmış zabitlərdən idi.
Daha sonra jandarma təşkilatına köçürüldü və bir neçə bölmə jandarma təşkilatının, o cümlədən Qəzvin, Zəncan və Sultanabad (Ərak) jandarma təşkilatlarının rəisi idi.
Əzizulla xan Zərğami uniformalı ordunun təsisindən sonra oraya köçürüldü və sərhəng (polkovnik) rütbəsi ilə hərbi məktəbə rəis təyin edildi. Burdakı xidməti fəaliyyəti dövründə özünü parlaq hərb sənəti bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim kimi göstərmişdi.
Əzizulla xan Zərğami 1930-cu ildə bütün ölkənin jandarma təşkilatının başçısı təyin edildi. O, burda sərkərdəlik bacarığı ilə yanaşı polis əməli də nümayiş etdirir. Onun rəhbərlik etdiyi hərbi hissənin nizam-intizam və təchizat məsələləri olduqca ciddi idi.

Əzizulla xan Zərğami 1934-cü ildə bütün ordunun qərərgah rəisi oldu ki, sonra bu şura ümumi heyət adlandırıldı və Rza şahın hakimiyyətinin sonuna qədər davam etdi. O, bir müddət də ali hərbi məktəbin rəisi olmuşdur.
Əzizulla xan Zərğami general-mayor rütbəsi ilə təqaüdə çıxmışdı.
Əzizulla xan Zərğami 1949-cu ildə Senatın ilk dövründə Təbrizdən senator vəzifəsinə seçilmişdi və bir dövr Senat məclisində idi.
Əzizulla xan Zərğami 1979-cu ildə və 94 yaşında Tehranda vəfat etdi. (Aqili, Baqir, İranın hökumət edən ailələri, Tehran, Namək, s. 499-500; Dr Baqir Aqili, İranın müasir siyasi və hərbi xadimlərinin tərcümeyi-halları) Rey şəhərində İmamzadə Abdullada dəfn edildi.
Əzizulla xan Zərğami zabitlik adını uca tutan şərəfli bir hərbçi ömrü yaşamışdı...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər