00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Xudayar xan Xudayari - Fotolar
Tarix: 07-06-2020 22:17 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Xudayar xan Xudayari hərbçi idi. Xidmətdə leytenant rütbəsindən generala qədər yüksəlmişdi. Əlbəttə, bu onun iradəsinin, dözümünün və istedadının nəticəsidir. Doğrudur, bəzi tədqiqatçılar hesab edirlər ki, Xudayari “üzüyola”, “ələbaxım”, “nəverim” bir zabit olmuşdur. Bəziləri isə onu “çəpik” və “çalışqan” hərbçi kimi dəyərləndirirlər. Əslində nizam-intizamlı adamlar idarəçiliyin bütün səviyyələrində öz işgüzar qabiliyyətlərini üzə çıxarırlar. Beləliklə, daha yaxından tanış olaq.
Xudayar xan 1873-cü ildə Mazandaranda, Savadkuhda anadan olmuşdu. 1892-ci ildə Qacarlar dövründə təşkil edilmiş İran Kazak briqadasında xidmətə başlamışdı. 1906-cı ildə yavər (mayor), 1917-ci ildə sərhəng (polkovnik), 1921-ci ildə sərtib (briqadir) idi. 1925-ci ildə mirpənc (general-mayor) rütbəsinə layiq görülmüşdü. Daha sonra əmir ləşkər dərəcəsinə çatdırılmışdı.
Xudayar xan Xudayari Rza xanın yaxın dostu idi. Rza xan ona “həmşəhri” (yerli) deyə müraciət edirdi. Çalışırdı ki, Rza xanın yanında boynubükük gəzsin. Rza xan özündən uzunları xoşlamırdı.
Xudayar xan Xudayari Rza xanın taxt-taca yiyələnməsində xeyli çaba-çalışma göstərmişdi.

Xudayar xan Məşrutə hərəkatı dönəmində yavər (mayor) rütbəsi ilə Lyaxovun yanında qulluq edirdi. Həmin dövrdə rus qoşunlarının Təbrizi işğal etmələrinə, Gilana daxil olmalarına və Ənzəli limanına üç min desant çıxarmalarına baxmayaraq, Məhəmmədəli şahı taxtda saxlaya bilmədilər. Çünki artıq gec idi. Azadlıqsevər xalq qarşısında gücsüzlüyünü hiss edən Məhəmmədəli şah 1909-cu ildə Rusiya səfirliyində gizləndi. Bunu bilən kazakların komandanı Lyaxov üsyançı qoşunun komandanı Məhəmmədvəli xan Tənkabuninin (1846-1926) və Əliqulu xan Sərdar Əsədin (1858-1917) yanına gedərək onlara təslim oldu. Xudayar xan da onunla birlikdə idi. Tehran tutulan günün ikinci yarısında, beş yüz deputatın iştirakı ilə Bəharestan sarayında "Fövqəladə Ali Məclis" adı ilə iclas keçirildi. Bu məclis Məhəmmədəli şahı taxtdan saldı və onun 12 yaşlı oğlunu İran şahı təyin etdi. Qacar elinin başçısı yaşlı Əlirza xan Əzdülmülk (1825-1910) şahın regenti, qəyyum oldu. Bir il və 20 gün davam edən kiçik diktatura dövrü beləcə sona yetdi. Məhəmmədəli şah töhmətlə İrandan qovulduqdan sonra Rusiyaya gedərək Odessada məskunlaşdı.
Rusiyada Sovet hökumətinin qurulması İranda qüvvələr nisbətini dəyişdi. Sovet hökuməti Rusiya və İngiltərə arasında çar hökumətinin bağladığı bütün məxfi müqavilələri dərc etdi. Onların arasında nüfuz zonalarına bölünməsi haqqında Rusiya və İngiltərə arasında bağlanmış müqavilə də vardır. Orada qeyd olunurdu ki, dünya müharibəsi bitdikdən dərhal sonra rus əsgərləri İran ərazisindən çıxarılacaqdır. Rus qoşunlarının İrandan çıxarılması 1918-ci ilin yanvarında başlandı, martında sona yetdi. İranda yalnız ingilislərin xidmətinə keçmiş general Baratovun komandanlığı altında ağ qvardiyaçı dəstələr qalmışdı. Belə bir vəziyyətdən istifadə edən ingilislər İranda öz mövqelərini daha da gücləndirdilər. Buna görə də 1919-cu il avqust ayının 9-da Vüsuqəddövlə İngiltərənin Bağdaddakı Ali komissarı ser Persi Saksdan 130000 ingilis lirəsi alaraq, İngilis hökuməti ilə müqavilə bağladı (Fərruxi Yəzdi, 1919, №17) Bu müqavilə "İranın inkişafı və rifahı üçün Böyük Britaniyanın yardımı haqqında saziş" adlansa da, əslində, praktiki olaraq İranı müstəmləkə asılılığına salırdı. İngilislər Məclis tərəfindən müqavilənin təsdiqini gözləmədən onun maddələrini yerinə yetirməyə tələsdilər.
Bir çox ingilis nümayəndələri İran hökumətində mühüm vəzifələr tutdular. Lakin İran xalqının 1919-cu il müqaviləsi əleyhinə etirazları və ictimai rəyin təzyiqlərin Baş nazir Mirzə Həsən xan Vüsuqəddövlə (1874-1950) hökumətinin süqutuna səbəb oldu. Bundan əlavə, dost Sovet hökumətinin etirazları və tanınmış İran xadimlərinin, o cümlədən Əhməd şah Qacarın etirazları, həmçinin bu müqavilə əleyhinə Amerika hökumətinin bəyanatı İranda İngiltərə siyasətinin məğlubiyyətinə gətirib çıxardı. Öz planlarının İranda həyata keçmədiyini görən ingilislər tutduqları istiqaməti dəyişdilər. Bunun səbəbi Rusiya ilə 2.500 km ümumi sərhədə malik olan İranın strateji mövqeyinin həmişə böyük əhəmiyyətə malik olmasıdır. Buna görə də onlar İranda yeni strategiyaya əl atdılar. Onlar bu planı Əhməd şahın əli ilə həyata keçirə bilmədiklərinə görə hərbi çevriliş etmək və Qacarlar sülaləsini devirmək üçün tədbirlər gördülər. İngilislər bu məqsədi həyata keçirmək üçün general Ayron Saydinin məsləhəti ilə İran Kazad diviziyasının zabiti yavər (mayor) Rza xanın üzərində dayandılar.
Bu arada Xudayar xan sərhəng (polkovnik) rütbəsi ilə təltif edilmişdi. Qacarlar sülaləsinin sonuncu şahının – Sultan Əhməd şahın hakimiyyəti ingilis səfirinin, nüfuzlu və kobud daxili quldurların təsiri altında idi. Dövlət xəzinəsi tamamilə boşalmışdı. Əyalətlərdə və şəhərlərdə mərkəzi hakimiyyətin heç bir izi görünmürdü. Aclıq və çatışmazlıqlar ölkənin bir çox bölgələrini bürümüşdü. Bəzi bölgələrdə ərzaq çatışmazlığına baxmayaraq, qida məhsullarını aclıq çəkənlərə çatdırmaq qeyri-mümkün idi. Xaricilərin müdaxiləsi və ölkə daxilindəki xaos, ölkədaxili əlaqələri tamamilə dağıtmışdı. Ümidsizlik və çaşqınlıq vətənpərvərlərin ürəyini bürümüşdü. Bir çox siyasətçilər və hərbçilər ingilislərə işləyirdilər. Bu zaman baş komandan Rza xan Qacarlar sülaləsini devirmək üçün zəmin hazırlayırdı.
Dördüncü çağırış Məclisinə seçkilər 1921-ci ilin iyununda başladı. Bu Məclisin dövründə ölkədə qeyri-sabitlik hökm sürdü. Ayətullah Seyid Həsən Müdərris (1870-1937) başda olmaqla Məclisin əksəriyyətini əhatə edən Dəyişikliklər Partiyası özünün parlament fəaliyyətinə başlamışdı.
21 fevral 1921-ci ildə Rza xan Seyyid Ziyaəddin Təbatəbai (1888-1969) ilə birləşib çevriliş etdi. Onun nəzarətində olan əsgərlər 150 km. mərkəzdən qərbdə, Qəzvində yerləşdirilmişdi. Hədə ilə hökuməti qan tökmədən istefa verməyə məcbur etdi.
Çevrilişdən sonra Təbatabai Baş nazir oldu. Rza xan bütün Qacarlar ordusunun baş komandanı oldu. 1921-ci ilin aprel ayında Hərbi nazirlik postunu tutdu.

Beləliklə, 1921-ci il fevralın 22-də kazaklar ingilislərin köməyi ilə hərbi çevriliş etdilər. Onlar Əhməd şahı məcbur etdilər ki, Seyid Ziyaəddin Təbatəbaini Baş nazir vəzifəsinə təyin etsin. Lakin onun kabineti xalq tərəfindən müdafiə olunmadı. Cəmi 100 gün bu postda davam gətirə bildi. Bir neçə hökumətdə Rza xan Hərbi nazir vəzifəsini tutdu. Rza xan 1923-cü ildə ingilislərin köməyi ilə Baş nazir oldu və ingilislərin yeritdiyi yeni siyasətin həyata keçirilməsi üzrə aktiv fəaliyyətə başladı. Rza xanın İngiltərə tərəfindən dəstəklənməsi, Əhməd şahın zəifliyi və ölkədə olmaması, Rza xan tərəfindən ictimaiyyətin siyasi cəhətdən aldadılması və rəqiblərin dəf edilməsi sülalənin dəyişməsi üçün zəmin hazırladı. Nəhayət, Rza xan siyasi şəraitdən və ingilislərin yardımından faydalanaraq 1925-ci ildə sülalə hakimiyyətini dəyişdirmək üçün Məclisi çağırdı. Deputatların bir çoxunun ondan asılı olduğu məclis Qacarlar sülaləsini taxtdan saldı və Rza xanı şah elan etdi. O zamandan etibarən Rza xanın İran üzərində idarəçiliyi və ingilislərin yeni siyasəti həyata keçirilməyə başlandı. İngilislər öz nüfuzlarını möhkəmləndirmək üçün Rza xanı vətənpərvər, xarici müdaxilənin əleyhdarı kimi qələmə verməyə başladılar.
Rza xan şah olana qədər ingilislərin məsləhəti ilə ictimai rəyi öz xeyrinə dəyişməyə çalışmış və özünü şəriətin və etiqadın müdafiəçisi kimi göstərmişdi. Lakin hakimiyyətə gəldikdən dərhal sonra dinə qarşı çıxmağa və ölkədə Qərb mədəniyyətini güclü surətdə təbliğ etməyə başladı.
1925-ci il dekabrın 13-də Məclisin beşinci çağırışında Rza xan Pəhləvi İran şahı seçildi.
Xudayar xan Xudayari bu hadisələr ərəfəsində öz komandirinin, Rza xan Şeştirin yanında qərar tutmuşdu.
Xudayar xan Xudayari Rza şah Pəhləvinin dövründə Qəzvinin general-qubernatoru olmuşdu.
Şah onu Poçt-Teleqraf naziri təyin etmişdi. 1929-1930-cu illərdə Sepah bankın direktoru vəzifəsində çalışmışdı.
Xudayar xan böyük mülkədar idi. Qum-Dizabad yolu boyunca mülkü vardı.
Xudayar xan Xudayari 1950-ci ildə vəfat edib.
Güclü xarakter, prinsipiallıq, səmimiyyət, məsuliyyəti öz üzərinə götürmək cəsarəti komandir üçün istisnasız olaraq hamının xoşuna gəlmək arzusundan qat-qat vacibdir. Yalnız bu psixoloji xüsusiyyətlərin birləşməsi əsasında hərbi liderin yeni keyfiyyəti yaranır, bu keyfiyyət əsgərlərə də sirayət edir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər