00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Mirzə İbrahim xan Münşizadə: İranı titrədən irəvanlı
Tarix: 14-06-2020 13:01 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Qüdrətli şəxsiyyət təkcə tarixi izah və şərh etmir, tarixə təsir edir, onu yeni ideyalara, milli və dövlətçilik taleyi ilə bağlı istiqamətə yönəldir. Belə şəxsiyyətlərdən biri də Mirzə İbrahim xan Münşizadədir.
Mirzə İbrahim xan İrəvanda tanınmış münşiyevlər soyundandır. Bu soyun ulu babası Mirzə Əli münşidir. Mirzə Əli xanlıq sarayında rus üsul-idarəsi dönəmində münşi vəzifəsində çalışmışdı.
Mirzə Əlinin Kərim adlı oğlu vardı.
Kərim Mirzə Əli oğlu İrəvan şəhərinin Dəyirmanküçəsi məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə ünvanı daşıyırdı.
Mirzə Kərim İrəvan Ruhani Məclisində işə düzəlmiş, dövlətdən bəy ünvanı almışdı.

Mirzə Kərim bəy Münşiyev kollec qeydiyyatçısı çini daşıyırdı.
Nasirəddin şah Qacar Avropaya 3-cu səfərindən qayıdarkən Mirzə Kərim bəy Münsiyev şahdan xahiş edir ki, ona İran vətəndaslığını qəbul edib İrana gəlməsinə icazə versin. Şah bu xahişi qəbul etmisdi. İrana mühacirət etdikdən və İran vətəndaşlığını qəbul etdikdən sonra Münşiyev soyadı Münşizadə ilə əvəz olunmuşdu.
Mirzə Kərim bəy 1889-cu ildə 11 yaşlı oğlu İbrahim bəylə Tehrana gəlmiş və Kazak briqadasında xidmət etməyə baslamışdır.
Nasirəddin şah Qacar Mirzə Kərim bəyə xan ünvanı və sərhəng (polkovnik) rütbəsi vermişdi.
Mirzə Kərim xan Münşizadə Hacı Nazənin xanım Hacı Molla Məhəmmədhəsən bəy qızı ilə ailə qurmuşdu. İbrahim bəy adlı oğlu vardı.
İbrahim xan Mirzə Kərim xan oğlu 1878-ci ildə İrəvan şəhəri Dəyirmanküçəsi məhəlləsində doğulmuşdur. İbtidai təhsilini atasından almışdı. Sonra rus-tatar məktəbində oxumuşdu. 1889-cu ildə ailəsi ilə birlikdə Tehran şəhərinə köçmüşdü.
İbrahim xan da Tehrandakı kazak dəstəsinə daxil olmuşdu. Ata-oğul xidmət etdikləri müddətdə həmişə rus əsgərlərinə nifrətlə yanaşırdılar. Rus zabitləri də onların hərəkətlərini izləyirdilər və ata-baladan şübhələnirdilər. Sərhəng (polkovnik) Mirzə İbrahim xan Münşizadə 1907-ci ilin əvvəllərində dostu və həmkarı general Əsədulla xan Əbülfətzadə ilə birlikdə Kazak briqadasındakı xidmətindən kənarlaşdırıldı. Onlar məşrutəçilərə qosuldular. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş., c. III, s.) Burda o, Heydər xan Əmioğlu ilə tanış oldu. Onun vasitəsilə Tehran sosial-demokrat təşkilatına daxil olaraq, hərəkatın ön sıralarında mübarizə aparmışdı. Məşrutə inqilabı qələbə çaldıqdan sonra, Münşizadə ölkədə müxtəlif vəzifələrdə xidmət etmişdir. O cümlədən 1910-cu ildə Firuzkuhda və basqa yerlərdə polis rəisi işləmişdir.
1916-cı ildə Mirzə İbrahim xan Münşizadənin təşəbbüsü ilə xainlərindən intiqam almaq üçün ölkədə “Cəza komitəsi” təşkil olundu. Komitə onun göstərişi ilə fəaliyyət göstərirdi. Onun üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan götürməyə başladılar.
Cəza komitəsinə Mirzə İbrahim xan Münşizadə sədr, Əsədulla xan Əbülfətzadə icraçı heyətin başçısı, Məmmədnəzər хan Müşkəlülməmalik isə inzibati işlər müdiri seçilmişdi.
Sonralar bu komitəyə Kərim Dəvatgər, dövlət buğda anbarının rəisi Mirzə İsmayıl хan Şirazi və Hacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daхil oldular.
Cəza komitəsinin məramnaməsi əldə yoxdur. Əvəzində başqa sənədlər var. “Komiteyi-Möcəzat”ın elamiyyələri, müraciətnamələri, komitənin sədri İbrahim xan Münşizadənin bu təşkilatın məqsədi haqqında polis idarəsində verdiyi ətraflı izahat və digər bu kimi materiallar göstərir ki, Cəza komitəsinin məqsədi imperialistlərə satılmış yerli siyasi xadimləri məhv etməklə ölkənin müstəqilliyini qorumaq, onun müstəmləkəyə çevrilməsinin qarşısını almaq idi. Belə bir mühüm məqsəd üçün bu təşkilat hökumət kabinəsini dəyişdirmək, vətənpərvər siyasi xadimləri, o cümlədən Cəza komitəsi başçılarını və tərəfdarlarını mühüm vəzifələrə yerləşdirməklə demokratik üsul-idarə yaratmaq istəyirdi.

Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı. Hacı Zaman хan Kürdüstani komitənin bütün sirlərini faş etdi. Onun hiyləsilə Komitə uzvləri Kürdustana, Bani səhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər.
Komitə üzvlərinin vasitəsi ilə əhalini soyub-talayan bir neçə nəfərə ölüm hökmü kəsildi. Ölümə məhkum olanlar arasında, Tehran dövlət buğda anbarının rəisi Mirzə İsmayıl xan Şirazi də vardı. O, 17 fevral 1917-ci ildə qətlə yetirildi. Onun ingilis səfirliyi, şəxsən Mirzə Həsən xan Vüsuqəddövlə ilə yaxınlığı vardı. Mirzə İsmayıl xanın öldürülməsi xəbəri Tehranda həyəcana səbəb oldu. Hədələr göstərirdi ki, qatilləri ciddi cəza gözləyir. Bu vaхt komitə üzvü Kərim Dəvatgər komitənin sirlərini açmaq fikrinə düşdü. 3 aprel 1917-ci ildə “Komiteyi-Möcəzat”ın fəalları Rəşidəssultan Seyid Murtuza ilə birlikdə satqın Kərim Davətgəri cəzalandırdı. (Ə.Ə. Şərif, Xunbəhayi İran, s. 270)
Bu hadisədən sonra Cəza komitəsinin adı İranda daha da hallanmağa başladı. Məşrutə hərəkatının görkəmli inqilabçılarından Hacı Baba xan Ərdəbili, Mirzə Əli Zəncani də komitənin üzvülüyünə qəbul olundu. (Ə.Ə. Şərif, Xunbəhayi İran, s. 278)
1917-ci ilin aprel ayının axırında İbrahim xan Münşizadənin başçılığı ilə Cəza komitəsi Xarici İşlər nazirliyində mühüm vəzifələr tutan və xaricilərə xidmət göstərən Məcdüssəltənə, Etilaüddövlə və Mənşurülmülkü öldürmək qərarına gələrək, onun icra edilməsinə göstəriş verdi. Lakin bir neçə gün sonra həmin üç nəfərin öz vəzifələrindən istefa vermələri və gizlənmələri məlum oldu. (Ə. Ə. Şərif, Xunbəhayi İran, s. 278)
Mirzə İbrahim xan Münşizadə dostu Əsədulla xan Əbülfətzadə ilə bacarıqlı, qorxmaz, zirək gənc icraçı tapmağa və komitəyə cəlb etməyə çalışırdılar. 1917-ci ilin may ayının önlərində Ələkbər xan, Mahmud xan, Mehdi xan və Abbasqulu Mücahid kimi vətənpərvərlər komitənin icra heyətinə üzv oldular. (Ə.Ə. Şərif, Xunbəhayi İran, s. 280)
Cəza komitəsinin fəaliyyətinin davam etdiyi aprel, may aylarında qərb vilayətləri cəbhəsindən Tehrana qayıtmış mübariz vətənpərvərlərdən on nəfərlik bir qrup komitəyə müraciət edərək, ona üzv olmaq və ya başqa bir terror komitəsi təşkil etmək niyyətində olduğunu bildirdi. Həmin qrupun nümayəndəsi Hüseyn xan Lələ komitə ilə əlaqə yaratmaq üçün Mirzə Ələkbər Ərdaqi və İmadülkittab kimi tanınan Mirzə Ələkbər Seyfi ilə görüşür. Hüseyn xan Lələ Ərdaqinin və İmadülkittabın Məşrutə inqilabı dövrü silahdaşlarından idi. Həmin qrupun görkəmli üzvlərindən Hüseyn xan Lələ, Ehsanulla xan Dustdar, Hacı Ələsgər Mücahid, Əbdülhüseyn xan Şərəfülmülk komitə üzvlüyünə qəbul olunurlar. O vaxtda qədər komitənin mərkəzi komitəsinin üzvləri 5 nəfərdən ibarət idi.

Qeyd etmək lazımdır ki, “Cəza komitəsi” öz terrorçuluq əməlləri ilə Tehranda böyük qorxuya, panikaya, həyəcana səbəb olmuşdu. Dövlətin bütün məqam sahibləri, idarə məsulları və məmurları dəhşət içində idilər. Gecə evlərində rahat yata bilmirdilər. Xarici ölkələrin diplomatik nümayəndələri də rahatsız olmuşdular. Hər terror əməliyyatının ardınca yazıçı Ərdaqi və xəttat İmadülkittab qorxusaçan elamiyyələr yazıb jelatin çapı ilə çoxaldıb, küçə və xiyabanlarda yayırdılar. “Növbəti sənsən” şüarı satqın və rüşvətxor məmurları gizlənməyə məcbur edirdi.
Tarixçi Müvərrixüddövlənin yazdığına görə elə hallar olmuşdu ki, komitənin polis tərəfindən tutulmuş üzvü “Cəza komitəsi”nin tələbi nəticəsində dərhal azad olunmuşdu. (Sepehr, İran və Birinci müharibə, s. 420)
“Cəza komitəsi”nin yaratdığı qorxu hətta Baş nazir Mirzə Həsən xan Vüsuqüddövləni (1874-1950) istefa verməyə məcbur etmişdi. Ondan sonra Baş nazir Mirzə Məhəmmədəli xan Əlaüssəltənə (1829-1936) oldu. Onun dönəmində “Cəza komitəsi”nin fədailəri Tehran ruhanilərindən Ayətullah əl-üzma Mirzə Möhsün Müctəhidi öldürdülər. Komitənin verdiyi elamiyyədə qeyd olunurdu ki, Mirzə Möhsün Müctəhid vətənin müstəqilliyinə qarşı hazırlanmaqda olan yeni fitnəkarlığın ən böyük iştirakçılarından biri idi. Əgər öldürülməsəydi bu fitnəkarlıq tezliklə həyata keçirilə bilərdi. (Sepehr, İran və Birinci müharibə, s. 425)
Mirzə İbrahim xan Münşizadə 8 iyul 1917-ci ildə hökumət xəzinədarı vəzifəsini daşıyan Müntəxabüddövlənin öldürülməsinə qərar verdi. Komitənin zəruri xərclərini ödəyə bilmədiyindən ondan yardım istəmişdi. O da ödəmədən boyun qaçırmışdı. Müntəxabüddövlə komitənin fədailəri tərəfindən terrora məruz qaldı. Onun öldürülməsindən sonra hökumət başçıları arasında vahimə artdı. Bütün məmurları vəhşət bürüdü. Müntəxabüddövlə Vüsuqüddövlənin kürəkəni idi. Bu kimi terrorçuluq əməllərindən ruhlanan “Cəza komitəsi” dövlətə bir siyahı təqdim etdi. Siyahıda işdən çıxarılası və işə qəbul ediləsi adamların adları vardı. (Ə.Ə. Şərif, Xunbəhayi İran, s. 287) Siyahıya əlavə edilən məktubda qeyd edilirdi ki, əgər komitənin tələbləri tezliklə həyata keçirilməsə, vəzifədən uzaqlaşdırılmaları göstərilən dövlət qulluqçular haqqında qərar qəbul ediləcəkdir. Əbülhəsən Ehtişaminin yazdığına görə, komitənin hökumət kabinəsinə verdiyi tələblər nazirlərin əhval-ruhiyyəsinə dərin təsir bağışladı. Nazirlərdən bəziləri, o cümlədən Ədliyyə naziri Mümtazüddövlə (Mirzə İsmayıl xan Mirzə Ələkbər xan oğlu Mümtaz 1880-1933-Ə.Ç.) komitənin tələbləri ilə razılaşmaq istədi, lakin Daxili işlər naziri Müstaşarüddövlə (Mirzə Sadıq xan Mirzə Cavad xan oğlu Müstəşarəddövlə 1863-1953-Ə.Ç.) komitənin tələblərini rədd etməyi təklif etdi. Uzun müzakirədən sonra hökumət kabinəsi komitənin təqib edilməsi və onun təşkilatçılarının tutulması işini Daxili işlər naziri Müstəşarəddövləyə tapşırdı. (Ehtişami Ə. Bazikərani siyasət.. Tehran, s.43)
1917-ci ilin avqust ayının 13-də komitənin başçıları həbs edildilər. Bir çox polis məmurları vəzifədən istefa verdilər. Heç kim istintaqı boynuna götürmədi. Əhməd xan Səfa adlı saf-sadəlövh bir polis məmuru tapdılar. O, işin təhqiqatını öhdəsinə aldı. İlk istintaqdan sonra gecə evinə gedərkən yolda öldürüldü. Qəsdçi tapılmadı. (Sepehr, İran və Birinci müharibə, s. 421)
Baş nazir Mirzə Məhəmmədəli xan Əlaüssəltənə komitənin başçılarını çox incitmədi. Ondan sonra, 1918-ci ilin may ayında Baş nazir seçilən Səmsamüssəltənə Nəcəfqulu xan Bəxtiyari (1846-1930) komitə başçılarını zindandan azad etdi. Yalnız Bahadurüssəltənə komitə üzvlərinin qorxusundan zindanda qaldı.

1918-ci ilin avqust ayında Vüsuquddövlə yenidən Baş nazir oldu və dərhal “Cəza komitəsi”nin bütün üzvilərini həbs etdi. Komitə üzvləri dar ağacından asıldılar. General Əsədulla xan Əbulfətzadə və polkovnik Mirzə İbrahim xan Münşizadə zahirən Xorasan tərəfdə olan Kelata sürgün edildilər. 1918-ci ilin sentyabr ayında yolda ikən Vüsuqüddövlənin tapsırığı ilə Simnanla Damğan arasında gullələndilər.
Mirzə İbrahim xanın Davud xan adlı oğlu vardı.
Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatına təsir edən bir sima olmalıdır. Eynən Mirzə İbrahim xan Münşizadə kimi...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər