00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
İrəc xan Mətbui: qubalı mühacirin taleyi - Fotolar
Tarix: 25-07-2020 09:29 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Azərbaycan tarixi nə qədər araşdırılsa da, bir çox tarixi hadisə barədə bu günə qədər hələ də tam ətraflı tarixi faktlar ortaya qoyulmayıb. Zəif araşdırılmış istiqamətlərdən biri də mühacirət tarixidir. Bu baxımdan hələ çox zəif öyrənilən mühacirət irsinə, mühacirlərin həyat və fəaliyyətinə aid aparılan hər bir araşdırma Azərbaycan tarixinin, mədəniyyətinin, milli ideologiyasının dolğunlaşması yolunda atılan addımdır. Mühacirət irsi Azərbaycan tarixinin, mədəniyyətinin, bütövlükdə milli-mənəvi sərvətimizin tərkib hissəsidir.
Mühacirət probleminin daha dərindən və hərtərəfli araşdırılması üçün arxivlərdə mövcud olan sənədlərin də tədqiq edilməsi vacibdir. Tarixi qaynaqlara baş vurmaq gərəkdir. Biz zəhmət çəkdik. İrana getdik. Aradıq, araşdırdıq. İstəyimiz budur ki, ərsəyə gətirdiyimiz yazılardan təhsil, vətənpərvərlik tərbiyəsi və təbliğat işində faydalansınlar.
Cənub Qafqaz Rusiyanın tərkibinə qatıldıqdan sonra Azərbaycan xanlıqlarından Qacarlar dövlətinə axınlar başlandı. Quba xanı Şeyxəli xan 1822-ci ildə vəfat edəndən sonra onun övladaları Abbas mirzəyə sığındılar. Abbas mirzə onları ömürlük məvacib və mülklə təmin etdi.

1879-cu ildə Qacarlar dövlətinin hökmdarı Nasirəddin şah Qacarın (1848-1896) istəyi ilə İran Kazak briqadası yarananda Şeyxəli xanın iki nəvəsi - Hüseyn ağa və Həsən ağa bu briqadada yüksək rütbəli zabit kimi xidmət edirdilər. Yazımız Həsən ağanın oğlu İrəc xan haqqındadır.
İrəc xan Həsən ağa oğlu Mətbui 1896-cı ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra İran Kazak briqadasının məktəbində oxumuşdu. Daha sonra Rusiyaya yollanmış, hərbi akademiyada ali hərbi təhsil almışdı. Bu təhsil ocağını tamamlayandan sonra İrana dönmüşdü. İran Kazak briqadasında xidmətini davam etdirmişdi.
İrəc xan Mətbui İran Kazak briqadasının keçirdiyi bir çox hərbi əməliyyatlarda iştirak etmişdi.
İrəc xan Mətbui birinci qiyamda Tehrana yollanmış, Rza xan Sərdar Sipəhi dəstəkləmişdi. Bir müddət Rza xanın adyutantı olmuşdu.
İrəc xan Mətbui yeni ordu quruculuğunda iştirak etmiş, alaylardan birinə başçılıq etmişdi. O, 1926-cı ildə sərhəng (polkovnik) rütbəsinə layiq görülmüşdü. Bu rütbə ilə Xorasanda qərar tutan Şərq ordusu komandanı Canməhəmməd xan Əmir Əlainin müavini idi.
İrəc xan Mətbui 1935-ci ildə sərtib (briqadir) rütbəsi ilə öz qoşununa, Xorasan Şərq ordusuna komandan təyin edilir. Bir il sonra Məşhəd şəhərində başlanmış qiyamı yatırır. Belə ki, Gövhərşad məscidində Şeyx Bəhlul xütbəsində dövlət əleyhinə sözlər danışılır. Həmin dönəmdə Rza şah Pəhləvi dövlət səviyyəsində avropalaşma, müasirləşmə kampaniyası aparırdı. Əhaliyə ənənəvi islam geyiminin, əba-qəbanın, hicabın əvəzinə müasir Avropa geyimləri, kostyum, şlyapa və digər bürüncəklər təklif edilirdi. Dövlət məmurları iri şəhərlərdə hicablı qadınları polis məntəqəsinə gətirib, məcburən üzlərini açmış, dini geyimlərini cırmışdılar. Bu kimi əməllər şiə molla-müctəhidlərinin narazılığına səbəb olmuşdu. Bir çox dini hövzələrdə, o cümlədən Qumda, Məşhəddə Rza şahın əleyhinə təbliğat aparılırdı. Qızışan müridləri qarışıqlıq törədirlər. Xorasan ostandarı Fətulla xan Pakrəvan sərləşkər (general-mayor) İrəc xan Mətbui ilə məsləhətləşib, mərkəzə məlumat verirlər. Mərkəzdən qiyamın yatırılmasına buyruq gəlir. İrəc xan lazım gələrsə, silah işlədilməsinə göstəriş verir.

Həmin dövrdə Rza şah Pəhləvinin silahlı qüvvələri tərəfindən bütün İranda 2 mindən – 5 min nəfərədək adam öldürülmüşdü. Hadisələr zamanı qızışmış kütlə tərəfindən ordunun 2 zabiti, 18 sərbazı halak edilmişdi. Əhaliyə atəş açmaq istəməyən 2 əsgər yerindəcə güllələnmişdi. 1 əsgər isə özünü öldürmüşdü. Qiyamçılardan 800-1200 nəfər öldürülmüş, 100-500 nəfər arası adam yaralanmış, 800 nəfər həbs edilmişdi. Bu kimi faktlar sonralar İrəc xan Mətbuinin məhkəməsində dəlil kimi istifadə edilmişdi.
İrəc xan Mətbui 1938-ci ildə sərləşkər (general-mayor) rütbəsi almışdı. (Baqir Aqili, Rza şah və qoşuni mütəhidəlşəkil, Tehran, Nəşri Namək, 1384/2007, s. 561)
İrəc xan Mətbui sonra Təbriz ordusunun komandanı olmuşdu. Bundan əlavə, Ərdəbil hərbi birləşməsinə də rəhbərlik edirdi.
İrəc xan Mətbui 1941-ci ildə ordudan tərxis olunub, hərbi məhkəmədə çalışmağa başlamışdı.
İrəc xan Mətbui Tehrandan İran Milli Məclisinə senator seçilmişdi. Bir neçə çağırış Milli Məclisin üzvü olmuşdu.
İrəc xan Mətbui mütləqiyyəti, monarxiyanı dəstəkləyən şəxslərdən idi. Ona görə də, şah rejiminin daxili müxalifətə, separatçı qüvvələrə qarşı mübarizə və siyasətindən danışdıqda, bu rejimi dəstəkləyən qüvvələri, o cümlədən İrəc xanı da qeyd etməmək mümkün deyil, lakin onlar geniş sosial kütlələri əhatə etmirdi. Bu qüvvələr, ilk növbədə, xalqın aşağı təbəqəsindən çıxmış və sonradan rejimin idarə olunmasında yüksək dövlət vəzifələrinə çatmış məmurlar ordusu və ordu mənsubları, eləcə də daxili asayişi bərpa və qoruyan qüvvələr idi. Bü qüvvələr Məhəmmədrza şahın devrilməsinə qədər onu dəstəklədilər və durumun son dərəcə qaçılmaz olduğunu, Şah rejiminin artıq sona çatdığını gördükdə monarxiyanı dəstəkləməyin mənasız olduğunu dərk edib mübarizədən qaçdılar.

İrəc xan Mətbui 1979-cu ildə həbs edilib, Evin zindanına atılmışdı. Orda İran İnqilab məhkəməsinin qərarı ilə edam edilmişdi.
Keçmişdən gələn bir çox hadisələri dəqiq analiz və təsbit etdikcə çox qaranlıqlara işıq düşür.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər