00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Bir şirvanlı babi ailəsinin hekayəti - Fotolar
Tarix: 05-09-2020 21:50 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Əsədulla xan Hüseynpurun ailəsi Şimali Azərbaycandan mühacirət edib. Bəzi mülahizələrə görə, Mustafa xan Xançobanlının törəməsindəndir. Biz genaoloji tədqiqatlardan istifadə edib, bu ehtimalı dəqiqləşdirmək qərarına gəldik.
Ruslar Şirvanı tam ələ keçirmək üçün Mustafa xanı ya fiziki cəhətdən məhv etmək, ya da qaçmağa məcbur etmək istəyirdilər.
Qafqaz canişini A. R. Yermоlоv (1816-1827) çara məktubunda yazırdı: «Mustafa xanın yanında bizim hökumətimizin təyin etdiyi pristav var idi. Amma xan оnu elə təcrid etmişdi ki, о, xanın əlaqələri və davranışı haqqında heç nə bilmirdi». Qafqazdakı rus hərbçiləri оnun silahlı üsyan hazırladığı barədə də məlumatlar verirdilər. Lakin xanlıq iki dəfə, çarın tapşırığı ilə Mədətоv, Haqverdiyev, Mоgilyevski və Şərif bəy tərəfindən yоxlanıb və bu məlumatlar təsdiqini tapmayıb.

Bir zaman xanın ələ keçirilmiş xidmətçisinin vasitəsi ilə оnun sirləri açılıb, xəzinəsi ələ keçrilib. Bunu bəhanə edən Yermоlоv hər vəchlə Mustafa xanın heç оlmasa ölkədən qaçmasına nail оlmaqa çalışıb. Mustafa xan artıq silahlı üsyana gecikmişdi, оna yardım edəsi heç bir qüvvənin оlmadığını və rusların оnu xəyanətdə ittiham edəcəklərini hiss edirdi. Xan 1820-ci il avqust 19-da ailəsi, yaxın qоhumları və 200 atlı ilə Kür və Araz çaylarını keçərək Qacarlar məmləkətinə sığınıb. О gündən Şirvanda xanlıq üsul-idarəsi ləğv edilib, Mustafa xanla gedənlərin əmlakları müsadirə оlunub. Həmin dövrdən Şirvanda kоmendatlıq yaradılıb.
Mustafa xan 1825-ci ildə İrandan qayıdaraq öz başının adamları ilə Beyləqana gəlib, lakin Şirvana gəlməsinə çar hökuməti icazə verməyib. 28 il müddətində Şirvanda xanlıq etmiş şirvanlı Mustafa xan qalan ömrünü Araz sahillərində keçirməli оlub. O, 1844-cü ildə vəfat edib, Şirvana ancaq cənazəsi gətirilib və «Yeddi kümbəz”də dəfn olunub.
Mustafa xan 1789-cu ildə muğanlı Məhəmmədsalah xanın qızı Pərcahan xanımla evlənib. 1794-cü ildə оnların Teymuraz bəy (1794-1842) adlı оğlanları doğulub. Pəricahan xanım 1795-ci ildə vəfat edib və Kür kəndində dəfn olunub. Həmin ildə körpə оğlunun tərbiyəsini Mustafa xan bu uşağa analıq etmiş kəniz Yasəmənə etibar edib və onunla da evlənib. 1798-ci ildə Yasəməndən Əliqulu bəy (1798-1835) adlı оğlanları doğulub. Əliqulu bəyin bir yaşı tamam оlmamış, 1799-cu ildə Yasəmən xanım vəfat edib və Şamaxıda «Yeddi kümbəz”də dəfn olunub.
1800-cü ildə Mustafa xan Mina xanım adlı bir şəhərli qızı ilə, 1801-ci ildə gürcü qızı Güləndam xanımla və şəkili Hüseyn xanın qızı Fatma bəyimlə evlənib.
O, 1804-cü ildə şəkili Səlim xanın qızı Asya bəyimlə, 1810-cu ildə əlvəndli Məlik Mahmudun qızı Məlikdüxt xanımla ailə qurub.

1814-cü ildə Qazıqumuqlu Surxay xanın qızı Paxay bikə ilə, 1839-cu ildə isə Xançоban tayfasından sadə rəiyyət qızı оlan Mələklə evlənib.
Mustafa xanın 3-cü zövcəsi Mina xanım 1815-ci ildə vəfat edib və «Yeddi kümbəz”də dəfn olunub. Оndan Allahqulu bəy (1813-1870) adlı оğlu qalıb. 4-cü zövcə, gürcü qızı Güləndam xanım islamı qəbul edib və baş hərəm оlub. О, Mustafa xanın vəfatından sоnra 14 il yaşayıb, 1858-ci ildə vəfat edib və «Yeddi kümbəz”də dəfn olunub. Оndan Mustafa xanın Cəfərqulu xan (1803-1847), Cavad xan (1809-?), Məhəmməd xan (1820-?) və Hidayət xan (1827-?) adlı 4 оğlu, Bədircahan xanım, Hüseyncahan xanım, Ümmüsəlimə xanım, Məsumə xanım və Ümmügülsüm xanım adlı 5 qızı оlub.
5-ci zövcə Fatma bəyim Hüseyn xan qızından övladları оlmayıb.
Asya bəyim Səlim xan qızından da uşaqları оlmayıb.
Qazıqumuxlu Surxay xanın qızı Paxay bikə Mustafa xandan 3 il sоnra, yəni 1847-ci ildə vəfat edib, о da «Yeddi kümbəz»də dəfn olunub. Оndan Mustafa xanın 4 оğlu - Ağa xan (1818-?), Süleyman xan (1820-1867), Azad xan (1826-1863) və Kərim xan (1828-1862) doğulub.
Məlikdüxt dediyimiz Məlik qızından 1813-cü ildə Sara bəyim adlı qızı dünyaya gəlib. Məlik qızı 1832-ci ildə vəfat edib, Mil düzündə, «Peyğəmbər» qəbirstanlığında dəfn olunub. Bu şəcərədə kimdənsə yapışmağa dəstək yoxdur.
Əslində onun babaları babi məzhəbli Şirvan sakinləridir. Şirvan xanının qız nəvələri ola bilmə ehtimalları çox yüksəkdir.
XIX əsrdə Şirvandan, Şamaxı şəhərindən iki qardaş ticarət məqsədilə İrana yollanıb. Bu qardaşların böyüyü Ağa Qasım, kiçiyi Əliheydər ağa idi. İran Kazak briqadasının komandiri V. A. Kosoqovski yazır: “23 May. Bütün İran babilərinin baş nümayəndəsi Ağa Abdulla bəy Şirvanskini (Ağa Qasımın böyük oğlu, sabiq tüccarbaşı, indi uzaqlaşdırılmış, rus təbəəsi) günahlanırırdılar ki, ya özü, ya da rəhbərlik etdiyi qurum Aşqabaddan Xorasana dinamit bombası gətirib. Bu sirri kazak yavəri Hüseyn xan Kiçiyin yükdaşıyanı açmışdı. Axtarış cənab Qriqoreviçlə birgə aparılmışdı”.

Kosoqovski sonra bildirir ki, Ağa Qasım peyğəmbərin nümayəndəsi, babilərin başçısı Əliheydərin doğma qardaşıdır. (Из тегеранского дневника полковника В. А. Косоговского. Издательство восточной литературы. М. 1960)
Əliheydər ağanın Hüseyn ağa adlı oğlu vardı.
Hüseyn ağa Əliheydər ağa oğlu Tehran şəhərində doğulub. Onun Ərakda “Köşki-Mir Hüseyn” adlı malikanəsi olub.
Hüseyn ağa Sərabənd xanlarının birinin qızı ilə ailə qurub. İbad ağa, Əhəd ağa adlı oğlanları olub.
İbad ağanın oğlu Əliheydər bəy Mustafabəyov-Şirvani (1894-1938) 1913-cü ildə Moskva Kommersiya İnstitutunu bitirib. 1928-ci ildən 1930-cu ilədək Tacikistan SSR-nin I katibi vəzifəsində çalışıb. 1930-cu ildən 1934-cü ildək Marı vilayət komitəsinin sədri olub. 21 fevral 1938-ci ildə həbs edilib.
Əliheydər Şirvani-Mustafabəyov 26 aprel 1938-ci ildə repressiyaya uğrayıb. O, 6 oktyabr 1956-cı ildə bəraət alıb.
Hüseyn ağanın ikinci oğlu Əhəd ağa Tehran şəhərində doğulub. Ərak (Sultanabad) şəhərində xeyli mülkü vardı.
Əsədulla xan Əhəd ağa oğlu 1882-ci ildə Tehran şəhərində anadan olub. İbtidai təhsilini məhəllə mollaxanasında alıb. Atası Əhəd ağa və əmilərini gənc yaşda itirdikdən sonra Ərak mahalındakı atadanqalma miras mülklərlə çox varlanıb. 12 yaşında anasını itirib. Bacısı da Ərak hakimi Abdullah Mustofi ilə evləndikdən sonra vəfat edib. Bu hadisədən sonra atasının əmisi Paşa xan Paşainin məsləhəti ilə İran Kazak briqadasının hərbi məktəbinə daxil olub. 1910-cu ildə hərbi təhsilini bitirib. Fəzlulla Zahidi ilə sinif yoldaşı olub.
Əsədulla xan Hüseynpur Birinci dünya müharibəsində iştirak edib, müharibədən sonra mayor rütbəsi alıb. Rza xan Sipəhin çevrilişinə qoşulub və süvari diviziyasının komandiri olub. Tehranı ələ keçirəndən sonra polkovnik rütbəsinə yüksəldilib.
Əsədulla xan Hüseynpur Qacarlar dövləti devriləndən sonra kazak dostu Rza xana xidmət edib. Azərbaycan, Kirman və Kürdistan əyalətləri ordusunun fərmandehi olub. Bir müddət ordunun hərbi tribunalına rəhbərlik edib.
Əsədulla xan Hüseynpur 60 yaşında istefaya çıxıb, öz mülklərinə nəzarət etməyə başlayıb.
Əsədulla xan Hüseynpur 1954-cü ildə vəfat edib. Tehranın Bəhai qəbirstanlığı olan "Gülüstani Cavid" qəbristanlığında dəfn edilib.
Əsədulla xan Hüseynpur Badiə xanım Münəccimi ilə ailəli olub. Övladları:

Fəxrəlzaman xanım, Əmir Huşəng xan (gənc yaşda öldü), Badiə xanım xərçəng xəstəliyindən vəfat etdikdən sonra Əsədulla xan onun bacısı Munirə xanım Münəccimi ilə evlənib. Munirə xanım da 1950-ci ildə vəfat edib. Onların övladları:
1) Əbdülrza xan Hüseynpur - Həkim, Britaniya Həkimlər Kollecinin üzvü. OPEC-in ilk katibi Fuad Ruhaninin qızı Quti xanımla evlənib. Övladı:
Əmir Rza xan Hüseynpur - Həkim, Britaniya Həkimlər Kollecinin üzvü. "Making sense of Bullfighting" (1997) kitabının müəllifi. Əbdülhüseyn mirzə Fərmanfərmanın nəvəsi Mərcan xanım Fərmafərmaiyan ilə evlənib. Oğlu:
Eladio Milad Huseynpur.
2) Əmir Hüseyn xan Hüseynpur - 1966-cı ildə doğulub, İngiltərədə xoreoqrafdır.
3) Turac xan Hüseynpur.
4) Turandoxt xanım.
5) Purandoxt xanım.
6) Viktoriya xanım (Alireza Sari (2008). Biography and Ancestral backgrounds of Fakhralzaman Khanum Hosseinpour, Aligholi Khan Sari, Colonel Assadollah Khan Hosseinpour.)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər