00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Faciə və fəlakətin memarı - Ənvər Çingizoğlu yazır
Tarix: 11-04-2021 19:23 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Mirzə Əbülqasim seyid əsillidir. Hüseyni seyidlərinə məxsusdur. Onlara Həzara seyidləri də deyilir. Babası Mirzə Hüseyn, ulu babası Mirzə İsa, babasının babası Mirzə Əbülfət Möhrdardır.
Atası Mirzə İsa Mirzə Hüseyn oğlu Fərəhani 1733-cü ildə İranın Ərak əyalətində anadan olub. Qaemməqam ləqəbini daşıyırdı.
Mirzə İsa Fərəhani İranda Mirzə Bözörg (böyük) kimi tanınırdı. Ağaməhəmməd şah onun ləyaqətini görüb, dövlət qulluğuna götürüb. (Nasir Nəcmi, Abbas Mirzə, Bakı, "Yazıçı", 1993, s.7)
Mirzə İsa Fərəhani vəliəhd Abbas mirzənin vəziri olub.
Mirzə İsa Fərəhani 1822-ci ildə vəfat edib.
Mirzə İsanın Əbülqasim, Musa adlı oğlanları vardı.
Mirzə Əbülqasim Mirzə İsa oğlu 1779-cu ildə İranın Ərak əyalətində doğulub və ibtidai təhsilini atasından alıb. Qaemməqam ləqəbini daşıyırdı. Adolf Berje yazır: “Vəliəhdin yanında sədr-əzəm kimi bir vəzifə var idi, Qaemməqam şəxsində (fəxri tituldur, Nazirin birinci müavininə verirdilər) Mirzə Bözörq idi. Fərəhanda doğulmuş və seyid əsilli idi, yəni peyğəmbərin törəmələrindən idi, o, tutduğu mövqeyə görə dövlətdə ikinci şəxs sayılırdı və şahın xüsusi hörmətini qazanmışdı. Abbas mirzəni tərbiyə etmək ona tapşırılmışdı, onun tərbiyəsində əvəzedilməz təsiri var idi. Xüsusi güclü ağıla malik olmasa da, daha çox “une grande tete pour les petites affaires”, onun barəsində bizim Tehranda (1818-1827) vəkilimiz Mazaroviçin dediyi kimi, Mirzə Bözörq hiyləgərliyi ilə seçilirdi, ən əsası isə Rusiyaya qarşı barışmaz düşmənçilik axtarırdı və hər vasitə ilə ziyan vurmağa çalışırdı. O, ölümünə qədər Abbas mirzənin yanında qalırdı, özünün yerini verəcəyi böyük oğlu vəzir Mirzə Əbülqasım oldu, Qaymməqam titulu da ona çatdı. Atasını həm hiyləgərlikdə, o qədər də ağılda geridə qoyan və şair şöhrəti qazanmış, Mirzə Əbülqasım özünün ədəbsizliyi, pula hərisliyi və hədsiz şöhrətpərəstliyi ilə məşhur idi. Təkcə onun adından İran əsirdi və onu heç görmək istəmirdi. Məhəmməd şahın əmri ilə o, öldürülmüşdü, səbəbi isə onun şahı devirmək və İranın indiki şahı kiçik yaşlı Nasirəddinin adından şahlıq etmək idi. Mirzə Bözörqun başqa oğlu Musa xan adlı idi, Fətəli şahın qızı Şəmsbaz xanımla evlənmişdi. Amma Yermolovun gəlişi zamanı onun 17 yaşı da yox idi və heç bir vəzifə daşımırdı”.(P. Berje. A.P.YERMOLOVUN İRANA SƏFİRLİYİ/tərtibçi Ə. Çingizoğlu.–Bakı, Mütərcim, 2014, - 80 səh.)

A. Y. Sokolov da Mirzə Əbülqasimin Rusiya elçisi Yermolovu qarşılamasını yazır: “Bu zaman həmin artilleriyanı təşkil etmiş ingilis xidmətçisi mayor Lindezey səfirin yanına gəldi. Topçulardan sonra Təbrizin ətrafına qədər ingilis sayağı iranlılardan yenicə düzəldilmiş piyadalar və süvarilərdən ibarət batalyonlar və eskadronlar üzrə iki sırada ordu düzülmüşdü. Cənab səfir batalyona və eskadrona yaxınlaşanda baraban və şeypur sədaları altında hərbi nizamla salam verirdilər. Bu qarşılama zamanı həmin piyadaları və süvarini hazırlayanlar ingilis qulluqçuları kapitan Qart və Poruçik Villok da səfirin yanına gəldilər. Bu parad şəhər ətrafında qeyri-mütəşşəkil Kürdüstanın cəsur atsürənlərin düzənlənməsi ilə pərakəndə musiqisi altında başa çatırdı. Bu paradda iştirak edən orduların sıralarında 16 min adam var idi. Olardan nizami dəstələri ingilis sayağı qəşəng geyimdə topçular, atlılar və piyadalar idi. Şəhərə üç verst qalmış görüşə Təbrizin vəziri Qayımməqam Mirzə Bözörgün oğlu öz müşayiətçiləri ilə Mirzə Əbülqasım gəldi. Atlardan düşmədən qarşılıqlı salamlaşma oldu və Acıçay üstündəki körpüdən keçədən sonra qabaqçadan göndərilmiş musiqiçi komandası səfirliklə birləşdi və mərasim əmrə əsasən təntənəli olaraq davam etdi, bu əmr əvvəlcədən səfirliyə təqdim olunmuşdu və mərasim şəhərin ətrafından səfirliyin qalması üçün ayrılmış evə qədər musiqi sədaları altında hərəkət etdi. Bu, həddindən artıq böyük olan ev Qayımməqam Mirzə Bizurqa məxsus idi. Birinci həyətə lazımı qədər sərbazlardan ibarət gözətçilər qoyulmuşdu, onlar səfiri faraqat halında baraban sədaları altında salamladılar. Gözətçilər səfirin Təbrizdə qaldığı dövrdə hər gün dəyişirdi”. (Aleksandr Yeqoroviç Sokolov, Gündəlik qeydlər, Redaktə, dəqiqləşdirmə, ön söz: Ənvər Çingizoğlu, Bakı: Mütərcim, 2013, -75 səh.)
Mirzə Əbülqasim Qaemməqam əvvəlcə atasının yanında katib kimi xidmət etmişdi. Abbas mirzənin hərbi səfərlərinin iştirakçısı olub.
Mirzə Əbülqasim atası inzivaya çəkiləndən sonra vəliəhdin siyasi xəttinin bütün ağırlıqlarını çiyninə götürüb. Mirzə İsa 1822-ci ildə vəfat edəndən sonra oğlanları arasında canişinlik uğrunda mübarizə başlayıb. Hacı Mirzə Ağası Bayat-Makulu Mirzə Musanın tərəfdarı olmasına baxmayaraq mübarizədə Mirzə Əbülqasim qalib gəlib. Fətəli şah onu atasının canişini təyin edib. O, atasının bütün imtiyazlarına nail olub. “Seyidəlvüzəra” və “Qaemməqam” ləqəbləri ilə təltif olunub. Vəliəhd Abbas mirzənin vəziri vəzifəsini icra etməyə başlayıb. Onunla Hacı Mirzə Ağasının arasına ixtilaf düşüb. Bu ixtilafı çağdaş tarixçilər müxtəlif adlarla vəsf edirlər. Bu ixtilaf nəticəsində Mirzə Əbülqasim Qaemməqam üç il vəzifədən kənarlaşdırılıb. O, Təbrizdə öz evində əyləşərək yaradıcılıqla məşğul olub.
Mirzə Əbülqasim Qaemməqam üç ildən sonra - 1825-ci ildə Cənubi Azərbaycan pişkarı təyin edilib. Elə həmin ildə də vəliəhdin vəziri olub.
1826-cı ildə Fətəli şah Azərbaycana səfər edib. Azərbaycanın əyan və əşrafından ibarət məclis təşkil olunub. Şahın məqsədi ikinci dəfə ruslara qarşı savaş açıb, onları Qafqazdan çıxarmaq idi. Qaemməqam şahın müharibə planlarına qarşı çıxıb. Şah onu təkrar vəzifədən kənarlaşdırıb və Xorasana göndərib. Qacarlar dövləti II Rus-İran müharibəsində məğlub olub, Qraf İ. F. Paskeviç (1782-1856) Təbrizə qədər gəlib. Fətəli şah Qaemməqamı Xorasandan geri çağırıb, könlünü alıb, köhnə vəzifələrini bərpa edib, onu yenidən Azərbaycana göndərib.
Mirzə Əbülqasim Qaemməqam “Türkmançay müqaviləsi”nin iştirakçılarından biridir.
Mirzə Əbülqasim Qaemməqam Abbas mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaradıb, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoyub.
Professor Səid Nəfisi yazır ki, Qacar qoşunlarının yenidən qurulması istiqamətində müxtəsər olaraq aşağıdakı işlər görüldü: Tehranda və İsfahanda iki toptökmə zavodu tikildi, əvvəllər İranda tətbiq olunmayan süngü döyüşü qaydaları öyrədildi. Qoşunlarda vahid geyim forması tətbiq olundu, piyada, atlı, topçu, istehkam qoşun növləri və qisimləri yaradıldı, dağ toplarından istifadəyə və “sərbaz” (əsgər) sözünün tətbiqinə başlanıldı. Yeni qoşun dəstələrinin Təbrizdə formalaşmasına başlananda yuxarıda qeyd edildiyi kimi, dövrün tanınmış şəxsi və yazıçısı, sonralar Qacar sarayının sədr-əzəmi olmuş Mirzə Əbülqasım Fərahanidən xahiş olundu ki, sıravi hərbçilər üçün yeni bir ad tapsın. Həmin dövrdə sıravi silahlılara rus sözü olan “soldat” kimi müraciət olunurdu. Fərahaninin təklifi ilə qəbul olunan “sərbaz” sözü “sər” və “baxtən” fars sözlərindən düzəldilmişdi ki, “baş qoymaq ”, “baş vermək ” mənasında idi. Yəni, sərbaz o şəxslər adlandırılırdı ki, onlar başlarını qurban verməyə hazır idilər.(Səid Nəfisi, Tarixi ictimai və siyasiyi İran dər dövreye müasir, cilide əvvəl, Tehran, 1383, s. 144).
Abbas mirzə ölərkən Mirzə Əbülqasim Qaemməqama vəsiyyət edib ki, böyük oğlu Məhəmməd mirzənin şahlığa çatmasına yardımçı olsun. Fətəli şahın vəfatının ardından 8 noyabr 1834-cü ildə Mirzə Əbülqasım Fərahaninin dəstəyilə Təbrizdən Tehrana gedərək taxta çıxmaq istədi. Ancaq Fətəli şahın ölkənin müxtəlif yerlərində vali və hakim olan altmışa qədər oğlanlarından bəziləri və Qacar xanədanına mənsub bir çox əmir-əyan onun hökmdarlığını tanımadı. Bu arada Tehran valisi olan əmisi Əli mirzə Zıllussultan özünü hökmdar elan etdi. Ordusunu cülus mərasiminin baş verəcəyi Tehrana sövq edəcək maddi imkanlardan məhrum olan Məhəmməd mirzə, Rusiya və İngiltərə təmsilçiləri ilə bərabər yola çıxdı. 2 yanvar 1835-ci ildə Tehrana daxil oldu; cülus mərasimi 31 yanvarda baş tutdu. Fəqət Şirazda öz adına xütbə oxudan və bəzi üləma tərəfindən dəstəklənən əmisi Fars valisi Hüseynəli mirzə Fərmanfərmanın itaət altına alınmasından sonra taxta əyləşə bildi. Məhəmməd şah taxta çıxdığında ölkə siyasi qarışıqlıqlar və iqtisadi sıxıntılar içindəydi. Şah uzun bir müddət bu problemlərlə mübarizə etmək məcburiyyətində qaldı. (B. English, Cəng-i Iran və Engilis, Cüdai-yi Herat (trc. S. Pira - M. Ətəhadiəh), Tehran, 1381 hş., s. 9-49, 111-167)
Mirzə Əbülqasim Qaemməqam Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (Baş nazir) vəzifəsində çalışıb. Onun Baş nazirliyi dönəmində Qacarlar dövləti ilə İngiltərə arasında ticarət əlaqələri yaradılıb.
Mirzə Əbülqasim Qaemməqam görkəmli ədib idi.
Mirzə Əbülqasim Qaeməqam 1835-ci ildə Hacı Mirzə Ağasının təhriki ilə Tehranda qətlə yetirilib.
Mirzə Əbülqasimın törəmələri Qaeməqami soyadını daşıyırlar.
Mirzə Əbülqasimin Əli adlı oğlu vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər