Fidan Lavrovla Ukraynadakı müharibəni müzakirə edib
Tarix: 07-08-2025 17:20 | Bölmə: Dünya
Fidan Lavrovla Ukraynadakı müharibəni müzakirə edib

Türkiyənin Xarici işlər naziri Hakan Fidan rusiyalı vəzifədaşı Sergey Lavrovla Rusiya və Ukrayna arasında müharibənin həllinə yönəlmiş sülh danışıqlarının hazırkı vəziyyətini müzakirə ediblər.

Reyting.az
bildirir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzetinə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.

Diplomatik dairələrdəki mənbələrin məlumatına görə, cümə axşamı, avqustun 7-də Fidan Lavrovla telefon danışığı aparıb. Söhbət zamanı əsas diqqət Rusiya və Ukrayna arasındakı danışıqlarda son hadisələrə yönəldilib.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff və Kremlin rəhbəri Vladimir Putinin görüşündən sonra Tramp Zelenski və digər Avropa liderlərlə telefonla danışıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər