Qazaxıstan-Belarus hərbi əməkdaşlığı genişlənir
Tarix: 31-10-2025 08:57 | Bölmə: Dünya
Qazaxıstan-Belarus hərbi əməkdaşlığı genişlənir

Qazaxıstan və Belarusun müdafiə nazirlikləri arasında 2026-cı il üçün xüsusi plan imzalanıb.

Reyting.az
xarici mediaya istinadla xəbər vereir ki, sənədi iki ölkənin hərbi idarələrinin rəhbərləri - Dauren Kosanov və Viktor Xrenin imzalayıblar.

Belarus Müdafiə Nazirliyinin məlumatında deyilir ki, sənəd iki ölkənin XİN başçıları arasında keçirilən görüşdə imzalanıb.

Qeyd edək ki, V.Xrenin MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Astanaya gəlib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər